24 aprel 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

“Naftalan” Sağlamlıq Mərkəzi
 
  • AZ 1000, Badamdar qəs. (Qurd Qapısı restoranını yanı)
    Tel.:  (99412) 447 37 62, 4483766
    Fax:  (99412) 448 37 62
    Моb.: (99455) 210 18 81
    E-mail: info@naftalan-az.com
    Web: www.naftalan-az.net
 

Naftalanla müalicənin inkişaf tarixi haqqında qısa məlumat.

        Azərbaycanın çox saylı təbii müalicəvi faktorları sırasında Naftalan nefti bioloji təsir xüsusiyyətlərinə görə oz orijinallığı ilə seçilir, və dünyada analoqu yoxdur. Hələ, çox qədim zamanlardan, Naftalan nefti və onun müalicəvi əhəmiyyəti haqqında insanlarda məlumat olmuşdur. Yazılı məmbələrdə Naftalan haqqında məlumatlara Nizami Gəncəvinin, məhşur səyyah Marko Polonun əsərlərində rast gəlmək olar. İlk Naftalan quyuları 1890-cı ildə Alman mühəndisi Eqer tərəfində qazılmış və onun təşəbbüsü ilə Naftalandan Müxtəlif preparatlar hazırlanması məqsədi ilə kiçik bir zavod tilikmişdir. Az sonra Almaniyanın Drezden və Maqdeburq şəhərlərində Naftalandan müalicəvi məlhəmlər hazırlayan aksioner cəmiyyətləri yarandı.

       XIX əsrin sonlarında Alman istehsalı olan Naftalan etiketli Azərbaycan möcüzəsinin dünyanın bir sıra ölkələrində o cümlədən Almaniya İngiltərə, Fransa, Yaponiya, Avstriya və s. Məhşur olduğu tarixi faktır. Drezden Aksioner cəmiyyəti tərəfindən nəşr etdirilən kitab Naftalanın tibbi tətbiqinə həsr olunmuşdur ki, burada Eqerin məqalələrindən başqa 600-dən artıq həkimin Naftalanın müalicəvi əhəmiyyəti haqqında fikirləri yer almışdır. Təsadufi deyildir ki, məhşur alman dermatoloqu P.Q.Unna 1903-cü ildə demişdir ki, kimin Naftalanı varsa, onun hır şeyi var. Naftalanın Rusiyada məhşurlaşmasında bioloji və müalicəvi təsir xüsusiyyətlərinin öyrənilməsində Azərbaycan alimlərində Ş.M.Həsənov, A.İ.Qarayev, A.S.Həsənov, K.E.Eqerov, A.X.Quliyev, T.Q.Paşayev, E.M.Əfəndiyev, B.A.Eyvazov, S.M.Salixov, İ.M.İsmayılzadə, D.Q.Təqdisi, S.A.Quliyeva və başqalarının çox saylı elmi təhqiqatları əhəmiyyətli yer tutur. 1965-ci ildə Naftalanı daha dərindən öyrənmək məqsədilə yaradılan Elmi təhqiqat laboratoriyasının əsası 1936-cı ildə qoyulmuşdur. Bu addım Naftalan sanatoriyasını daha sürətlə inkişaf etməsinə səbəb oldu. Bunu nəticəsidiki keçmiş sovet respubilkalarından Naftalan vannaları qəbul etmək üçün Azərbaycana gələnlərin sayı onminlərlə idi. Misal üçün qeyd edək ki, 1987-ci il üçün rəsmi olara müraciət edən xəstələrin sayı 70099 nəfər olmuşdur.

       Artıq 100 ildən çoxdur ki, Naftalan öyrənilir və tətbiq edilir. Indiyədək Naftalanla bağlı 2700-dən artıq elmi iş, çoxlu sayda monoqrafiyalar, o cümlədən 270 yaxın namizədlik və doktorluq işləri görülmüşdür. Hal-hazırda Naftalan nefti bir sıra xəstəliklərin müalicəsində həkim, mütəxəssislər tərəfindən uğurla tətbiq edilməkdədir.

       2002-ci ildə bakıda fəaliyyətə başlayan Naftalan Sağlamlıq Mərkəzi XXI əsrin başlanğıcında tarixin sınağından çıxmış bu möcüzəli müalicə vasitəsinin Naftalanı yenidə tətbiq və təbliğ etmək missiyasını öz öhtəsinə götürmüşdür. Komplek müayinə metodları vasitəsilə naftalanla müalicəyə tibbi göstəriş və əks göstərişləri daha düzgün müəyyən edilməsi, nafatlan vannalarının müassir fizioterapevtik müalicə üsulları ilə kombinə olunmuş şəkildə tətbiqi, tibbi personalın diqqət və qayğısı, o cümlədən adekvat şərait, Naftalan Sağlamlıq Mərkəzində xəstələrin müalıcəsində daha effektiv nəticələr əldə olunmasına şərait yaradır.
   
  
 

Müalicə

Naftalan kompleksində Naftalanla müalicə ilə yanaşı aşağıdakı əlavə müalicələrdə aparılır.

Ozonoterapiya
Refleksoterapiya

Mülicəvi massajlar

Fizioprosedurlar (Saluks, Feniks, UZT)

          “Naftalan” Sağlamlıq Mərkəzi “Naftalan” korpusunda Sizlərə aşağıdakı xəstəliklərdən azad olmaq üçün unikal müalicə proqramlari təklif edir:

Terapevtik xəstəliklər.

. Nevroloji xəstəliklər. Periferik sinir sisteminin aşağıdaki xəstəliklərinin naftalanla unikal müalicə metodikası.

Uroloji xəstəliklər.

4.    Ginekoloji xəstəliklər.

5.    Dəri xəstəlikləri.

6.    Duz mağaralarında duzla müalicə - speleoterapiya

Bizim mərkəzdə Naftalanla yanaşı aşağıda göstərilən müalicə metodlarından da istifadə edirik:

Ozonoterapiya
Refleksoterapiya
Müalicəvi massajlar

Fizioprosedurlar (solluks, feniks, UST, parafinlə applikasiya, elektroforez və s.)

Mərkəzə müraciət edən pasientlər ilk növbədə qəbul həkimlərinin yanında olur, mütəxəssis həkimlər tərəfindən müayinə planı tərtib edilir və pasientlər buna uyğun olaraq müayinələrdən keçirlər. Bu zaman həm də Naftalan müalicəsinə və speleoterapiyaya göstəriş və əks-göstərişlər müəyyən olunur. Naftalan müalicəsinə aşağıdakı xəstəliklər göstərişdir:

 

1.    Terapevtik xəstəliklər.

Revmatik poliartritlər

Revmatoid poliartrid

Podaqra poliartriti (psevdopodaqra da daxil olmaqla)

Ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəlikləri)

Birincili və ikincili, xüsusilə də travmadan sonrakı deformasiya edici osteoartrozlar (qonartroz, koksartroz və s.)

Osteoxondroz (Kökcük simptomları olmadan)

Tendovaginitlər, sinovitlər, axillit və entezitlər

Reaktiv artritlər (kəskin olmayan dövrdə)

Qeyri-infeksion, infeksion-qeyri spesifik və digər mənşəli artridlər və artriozlar.

1.10.         Dismetabolik (xüsusilə diabetik, mədə-bağırsaq pozğunluqları nəticəsində, animiya, endokrinoloji səbəblərdən əmələ gələn) oynaq və damar patologiyaları( aşagı ətrafların obliterasiyaedici aterosklerozu)

1.11.         Reyno fenomeni

1.12.         Remissiya dövründə olan autoimmun mənşəli bəzi oynaq və əzələ patologiyaları.

1.13.         Mədə-bağırsaq sistemi xəstəliklərini qastrid, qıcqırma, köpmə (meteorizm), qəbzlik kimi əlamətlərinin Şərq təbabəti prinsiplərini əsas götürərək unikal metodika ilə naftalanla müalicəsi.

1.14.         Desensibilizəedici (orqanizmin həssaslığını azaldan) və immun qabiliyyətini yüksəldən naftalanoterapiya(allergik rinit, bronxit, bronxial astma, uşaqlarda raxit xəstəliyi).

1.15.         Spondilit və spondilyozlar (fəqərələrın iltihabi və degenerativ – distrofik dəyişiklikləri)

1.16.         Onurğanın inkişaf patologiyaları (skolioz, lordoz, kifoz)

 

2. Nevroloji xəstəliklər. Periferik sinir sisteminin aşağıdaki xəstəliklərinin naftalanla unikal müalicə metodikası.

2.1. Osterxondroz (radixlopatiyalar, sinir kələflərinin xəstəlikləri – pleksit və pleksalgiyalar)

2.2. Nevrit və nevralgiyalar (sinir şaxələrinin xəstəlikləri)

 2.3. Sinir-əzələ keçiriciliyinin pozulması ilə müşayiət olunan xəstəliklər (proqressiv əzələ distrofiyası)

3. Uroloji xəstəliklər.

          3.1. Xroniki prostatitlər (prostat vəzinin geniş yayılmış xəstəliyi olub 35-50 yaşdan yuxarı kişilərdə ən çox rast gəlinən patologiyadı)

          3.2. Xroniki uretrit (sidik kanalının qeyri-spesifik iltihabı)

          3.3. Xroniki sistit (sidik kisəsinin xroniki iltihabı)

          3.4. Xroniki epididimit (xaya artımlarının qeyri spesifik iltihabı)

          3.5. Enures (uşaqlarda gecə sidik saxlamanın pozulması)

          3.6. Uretral sindrom

          3.7. Kişi sonzuluğu (birincili və ikincili)

4. Ginekoloji xəstəliklər.

          4.1. Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri (vulvit, kolpit, servisit, uşaqlıq boynunun erroziyası, endometritlər, adneksit, salpingit və ooforitlər)

          4.2. Qadın cinsiyyət orqanlarında bitişmələr – kontrakturalar.

          4.3. Ayıbaşı pozğunluqları (dismenoreyya, oliqomenorreya, aminoreyya)

          4.4 Birincili və ikincili qadın sonsuzluğu

5. Dəri xəstəlikləri.

          5.1. Pullu dəmrov – psoriaz(remissiya və ya stasionar fazada)

          5.2. Ekzema (remissiya və ya stasionar fazada)

          5.3. Neyrodermit
          5.4. Dermatitlər

          5.5. İnfeksiyalaşmış bəzi dəri xəstəlikləri

 
 
 
 

          2003-cü ilin avqust ayının 25-də “Naftalan” Sağlamlıq Mərkəzinin ikinci kompleksi “Duzlaq” istifadəyə verilmişdir. “Duzlaq” kompleksi Naxçıvanın təbii duzu ilə tikilmiş 80 metr uzunluqda və 8 metr enində olan mağaralarda yerləşmişdir. Mağara iki şöbədən, qadın və kişi şöbələrindən ibarətdir. Burada allergenlərdən və mikroorqanizmlərdən uzaq bir mikroiqlim şəraiti yaradılmışdır (Eliminasion mühit). Mağaranın mikroiqlim şəraitini şərtəndirən parametrlər aşağıdakılardır:

          Atmosfer təzyiqi – 720-730 mm/c.s
          Nisbi rütubət – 38-46 %

          Na+ və Cl+ - ru 8-12 mq/m3.

          Temperatur – 22-24o.
          Hava axını sürəti – 0-0,1 m/s.
          Zəhərləyici qazlar yoxdur.
          Mikrob cismi – 1000-1200 volu m3
          Allergenlər yoxdur.
          O2 – 20%

10.                       Ventilyasiya – təbiidir.

 

          Duz mağarasında müalicə speleoterapiya adlanır və bu üsulla aşağıdakı xəstəliklər müalicə olunur:

 

Allergik konyuktivit.

Allergik rinitlər.

Allergik olmayan – digər mənşəli rinitlər.

Faringit, laringit və bronxitlər(allergik və qeyri-allergik).

Xronik obstruktiv bronxitlər.

Bronxial astma.

Pollinozlar.

Xronik yorğunluq sindromu, yuxusuzluq və nevrotik hallar.

Keçirilmiş kəskin bronxit və pnevmaniyadan sonrakı bərpa müalicəsi – reabilitasiya.

         

          Aşağıdakı xəstəliklər Duzlaqda müalicə üçün əks – göstərişdir:

Kəskin dövrdə olan bütün xəstəliklər.

Psixi xəstəliklər.

Narkomaniya və toksikomaniyanın bütün formaları.

Kəskin dövrdə qan xəstəlikləri.

Kaxeksiya – kəskin arıqlama halları.

Müxtəlif mənşəli və tez-tez baş verən qanaxmalar.

Aktiv vərəm prosesinin bütün formaları.

Hamiləlik – bütün dövrlərdə.

2 yaşa qədər uşaqlar.

10.                       Kəskin ürək və koronar çatmamazlıq.

11.                       Yüksək rəqəmlərlə ifadə olunan arterial hipertenziya və şəkərli diabet.

 
 

Naftalan Sağlamlıq Mərkəzində müalicənin ana xəttini Naftalan təşkil etməsinə baxmayaraq, onunla yanaşı ozonoterapiyadan da geniş istifadə olunur. Ozonoterapiya – Ozon-Oksigen qaz qarışığının xəstəliklərdə tətbiq edilməsidir. Ozonoterapiyanın aşağıdakı tətbiq üsulları var:

Ozonlaşmış fiziolojı məhlulların damcı üsulu ilə venaya köçürülməsi.

Kiçik və böyük autohemoterapiya (xəstənin öz qanının ozonlaşdırılıb yenidən xəstəyə köçürülməsi)

Ozonun birbaşa oynaq və oynaq ətrafına yeridilməsi.

Ozonun bağırsaq daxilinə yeridilməsi.

Ozonlaşmış maye ilə bağırsaqların yuyulması və s.

Ozonoterapiya zamanı orqanizmdə maddələr mübadiləsi sürətlənir, qanın toxumalara daşınması və oksigenlə təchiz olunması yüksəlir.

Ozonoterapiyanı naftalanla müalicə olunan bütün xəstəliklərə tətbiq etmək olar.

Revmatizm (revmatik poliartrit və s.)

Revmatoid artrit.

Deformasiya edici poliosteoartrozlar (DOA)

Neyrodermit

Mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri.

Şəkərli diabet və onun fəsadları.

Obliterasıyaedici endoarteriit.

Ürəyin işemik xəstəliyi və s.

Ozonoterapiya təhsil mexanizminə görə Naftalandan fərqlənmir. Hər ikisinin birgə tətbiqi zamanı, xəstənin daha tez sağalması müşahidə olunur. Naftalan və ozonoterapiyanın birlikdə tetbiqi zamanı orqanizmdə immun sistemi aktivləşir, toxumaların qidalanması artır və hüceyrələr oksigenlə təhciz olunur, orqanizmdə olan iltihabi proseslər sorulur. Oynaq-əzələ və sinir sistemi xəstəliklərindən əziyyət çəkən bütün insanlara Naftalan Sağlamlıq Mərkəzinə müraciət etməyi məsləhət görülür.

 

Ozonoterapiyanın tətbiqi zamanı müsbət nəticələr (% faiz etibarı ilə)

Xəstəliklər
Sağalma %
Ürəyin işemik xəstəliyi
91%
Dissirkulyator ensefelopatiya
78%
Aşağı ətraf arteriyalarının obliterasiyaedici atterosklerozu
98%
Ümumi atteroskleroz
95%
Deformasiyaedici osteortroz
88%
Neyrodermit
90%
Şəkərli diabetin fəsadları (angiopatiya və neyropatiyalar).
89%
Xroniki qastrit
95%
Ümumi yorğunluq sindromu
80%
 

Yuxarıda göstərilən xəstəliklərin hamısını öz təcrübəmizdə müşaidə etmişik.



Müayinə prosedurları
  
  

Müalicə
  
  
  
  
  
  
  
  
 





Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu