«Eskort» Audit-Konsaltinq MMC 13 dekabr 2002-ci ildə təsis edilmiş və qeydiyyatdan keçmişdir. Cəmiyyət Auditorlar Palatasının üzvüdür. Auditor xidməti göstərilməsi üçün Auditorlar Palatasından 031581 saylı 23.01.2008-ci il tarixli xüsusi razılıq (lisenziya) almışdır. Cəmiyyətin tərkibində üç nəfər lisenziyalı auditor fəaliyyət göstərir.
Azərbaycanda “Eskort” Audit-Konsaltinq MMC bütün növ audit və mühasibat uçotu, maliyyə məsləhəti, vergi və hüquq xidmətləri göstərir. Şirkətin istedadlı və yüksək təlim keçmiş heyəti bu xidmət sahələrində və yerli bazarda dərin təcrübəyə malikdir və Şirkətimizin peşəkar heyəti müştərilərimizi beynəlxalq keyfiyyət standartlarına uyğun xidmətlə təmin edirlər. Layihə üzrə hansı səciyyəvi bacarıqların tələb olunmasından asılı olmayaraq “Eskort” Audit-Konsaltinq MMC peşəkarlarının dəstəyinə hər zaman güvənə bilərik.
Hesab edirik ki, peşəkar xidmətlər göstərən təşkilat olaraq şirkətimiz Azərbaycanın yerli bazar şəraitinə çox yaxşı uyğunlaşmışdır. Bizim məqsədimiz və strategiyamız Azərbaycanda ən qabaqcıl audit, mühasibat uçotu, vergi və hüquq, şirkəti olmaqla yerli və beynəlxalq müştərilərimiz üçün audit, mühasibat uçotu, vergi və hüquq, sahəsində bütün növ xidmətləri həyata keçirməkdən ibarətdir. Yerli mütəxəssislərimiz müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək məqsədilə layihələr zamanı bacarıqlarını düzgün tənzimləyərək vahid heyət kimi çalışırlar.
Bu səhifənin daimi ünvanı |
Bu səhifəyə keçid kodu |
|