20 aprel 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

"PASHA TRAVEL"
 
 
"PASHA Travel" agentliyi Azərbaycanda ən böyük holdinqlərdən biri olan, daşınmaz əmlak və tikinti, sığorta və bank işi sahələrində fəaliyyət göstərən "PASHA Group" şirkətlər qrupunun bölmələrindən biri kimi, 2003-cü ildə təsis edilib. Bu vaxt ərzində biz bir çox uğura imza ataraq özümüzü etibarlı və peşəkar tərəfdaş kimi tanıtmağa müvəffəq olmuşuq.

Bu gün "PASHA Travel" Azərbaycanda ən tanınmış korporativ turizm agentliklərindən biri kimi güclü nüfuza malikdir. Şirkət öz müştərilərinə aviabiletlər, mehmanxanalar, transferlər və turların əvvəlcədən sifarişlə edilməsi (bron), habelə viza xidmətlərinin göstərilməsi və korporativ tədbirlərin təşkili də daxil olmaqla, dünyanın istənilən nöqtəsinə səfərlər üzrə xidmətlərin tam spektrini təklif edir.

Şirkətin diplomlu əməkdaşlardan ibarət peşəkar kollektivi hər bir konkret müştərinin fərdi standartları və korporativ siyasətinə yönəldilmiş yüksək keyfiyyətli xidmətləri təmin edir.

"PASHA Travel" agentliyi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və Amerika Səyahət Agentlikləri Cəmiyyətinin (ASTA) üzvüdür.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu