20 aprel 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

'ZOGAL RESTAURANT'
 
 Zoğal” restoranı bütün sahələrdə müstəsnalığını qoruyub saxlayan bir yerdir. Biz bu restoranı sizə olan böyük sevgi və qayğı ilə yaratmışıq. Mükəmməl orijinallığı ilə seçilən “Zoğal” restoranı sizə milli və Avropa yeməklərini müasir təqdimatda təklif edir - “Fusion” üslublu şərq və qərb kulinariyası. İncə zövq və zəriflik “Zoğal” restoranının əsas kredosudur.

Bizim qurmanlara qarşı xüsusi diqqətimiz var. Təqdim etdiyimiz hər bir yemək xüsusi qayğı və məhəbbətlə hazırlanır. “Zoğal” restoranı öz qonaqlarını  yalnız təbii məhsullardan hazırlanan təamlarla qarşılayır. Bizim aşbaz qonaqlarımızı kulinariya dünyasının ən son yenilikləri ilə tanış edir.

Restoranımızın stil və görünüşü xüsusi orijinallığı ilə seçilir. “Zoğal” restoranının dizaynı incə zövq nümunəsidir- biz öz təkrarolunmaz interyerimizi qoruyuruq. Zallarda və dəhlizlərdə olan yumşaq mebellər restoranımızı bəzəyərək rahatlığınızı təmin edir. Restoranımızda 120 nəfərlik zal və VİP otaqlar (12-14 nəfər) nəzərdə tutulmuşdur. Bizim daha bir üstünlüyümüz təklif etdiyimiz canlı müsiqinin qonaqlarımızın rahat istirahətini müşayiət etməsindədir. 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu