01 iyun 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"Əfqan Construction"
 
 
Bizim şirkət 1999-cu uldə təsis olunmuşdur və Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən, Vergilər Nazirliyindən və Dövlət Statistika Komitəsindən rəsmi qeydiyyatdan keçmişdi. 

İlk fəaliyyət illərində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi ilə sahilbərkitmə işlərinin tikintisi ilə məşgul olmuşdur. Şəki, Qax, Zaqatala,Balakən,Oğuz , Qəbələvə, İsmayıllı və Ağsu rayonları ərazisindəki çaylarda sahilqoruyucu beton bəndlərin, su kanallarının, artezian quyularının, su ötürücü qurğuların və keçid körpülərinin, kanallaın tikintisi işlərini yerinə yetirmişdir. Mülki binalarin, şəxsi evlərin, tikilintisi və lahiyələndirilməsi, müxtəlif tipli tikililərin yenidənqurulması və təmiri işlərində yüksək nailiyyətlər əldə etmişdir. Müxtəlif lahiyələr sifarişçinin tələblərinə uygun olaraq AZS, Snip, İSO, EN və digər standartlara uyğun aparılmışdır.

Azərbaycanın hər guşəsində olduğu kimi yüksək templi inkişaf bizim şirkətdən də yan keçməmişdir. Günbəgün inkişaf edən texnologiyalarla ayaqlaşan “Əfqan” tikinti şirkəti iş prosesində ən qabaqcıl texnika və texnologiyalardan istifadə etməkdən çəkinmir. Tikdiyimiz obyektlərin sayı yüzdən artiq olmasına baxmayaraq bundan böyük nailiyyətlərə nail olmaqımiz – məqsədimizdir. Tikdiyimiz gurgulara görə dəfələrlə Respublika Prezidentindən, Nazirlər kabinetindən, digər nazirliklərdən, Dünya inkişaf Bankı və digər beynəlxalq Banklıardan aldığımız yüksək qiymətlər buna sübutdur.

Tikinti və təmir işlərindən əlavə şirkətimiz çox geniş və daima yenilənən texnika dayanacağına malikdir. Onlarla ağır və kicik texnikadan, 30-dan artiq yük daşıyıcı avtomobillər və onlarla müxtəlif tipli tikintidə istifadə olunan avadanlıqlar bizim Şirkətin boyük potensialinin subutudur. 

Bundan əlavə bir necə regionda yerləşən şirkətin ofisləri və yüksək səviyyəli öz sahəsində cox boyuk təcrübəyə malik olan kadrlardan ibarətdirlər. Hal hazirda şirkətdə 5 şöbə müdiri, 30 dan artıq mütəxəssis,50-dən artıq kicik mütəxəssis və iş ustaları çalışır. Şirkətin baş idarəsi Azərbaycanın, Şəki şəhərində yerləşir, bununla bərabər paytaxtda Bakı şəhərində də filialı mövcuddur. 

2012-ci ildə “Əfqan” Şirkəti İSO 9001: 2008 sertifikatina layiq görülmüşdür Firma öhdəsinə ğötürdüyü bütün obyektlərin tikintisini vaxtında və ugurla həyata keçirərək təhvil vermişdir. Buna səbəb firmanın rəhbərliyin düzgün idarəçilik strategiyası, ixtisaslı və təcrübəli kadrlara və işçi heyətinə və müasir maşın və avadanlıqlara malik olmasıdır.

İş apardığımız regionlar:
Bakı
Oguz
Qəbələ
Ismayıllı
Şəki
Qax
Zaqatala
Balakən 
Sabirabad
Gəncə və s.
 

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu