26 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"Texnika A Servis"
 
 

Düzgünlük, gərgin əmək, rəhbərliyə sadiqlik Texnika A Servisin uğurunun bünövrəsini təşkil edən cəhətdir. Biz yol tikintisi bazarında istənilən ölçülü layihələrə dünya səviyyəli töhfə veririk. Heç bir layihə həddən artıq böyük və yaxud kiçik deyildir. Bizim missiyamız da elə onu vaxtında, büdcəyə uyğun olaraq yüksək təhlükəsizlik ilə təhvil verməkdir.

Texnika A Servis təhvil verdiyi layihələrin keyfiyyətinə görə ən yaxşı göstəricilərə malikdir. Texnika A Servis tikinti sənayesində işçilər üçün ən yaxşı seçimdir. Biz onların töhfəsini dəyərlədiririk və işçilər üçün yüksək əmək haqqı paketi ilə əla səviyyəli təlim və inkişaf təklif edirik. Bizim yuxarıda qeyd olunan prinsiplərə riayət etməyimiz layihələrimizin uğurlu icrasında öz əksini tapır.

Texnika A Servis işçiləri bir neçə başlıca xüsusiyyətlərə malikdir. Onların məhdud iş qrafiki ilə tapşırıqları yerinə yetirməyə cəhd etməsi, bütün mümkün səyləri göstərməsi, yeni istehsal metodlarına müvafiq olaraq yenilənməsi və uyğunlaşdırması həmin bir neçə xüsusiyyətə aiddir.

Texnika A Servis Avropa və MENA-da, eləcə də bizim hazırki fəaliyyət göstərdiyimiz ərazidə layihələr həyata keçirməyə qadirdir. Biz öz işimizə bütün xırdalıqlara diqqət yeyiririk, layihəni heç bir nöqsan olmadan, keyfiyyətli şəkildə təhvil vermək üçün onu dəfələrlə yoxlayırıq. Bu, bizə Azərbaycanda və MDB ölkələrində etibarlı podratçılardan biri kimi nüfuz qazanmaq imkanı vermişdir.

Texnika A Servis Azərbaycanda ən iri yol pordatçılarından biridir. Biz Azərbaycan ərazisində bir çox əsas yollar və körpülər inşa etmişik. Bizim bacarıqlarımızın bizə böyük MDB regionunda istənilən ölçülü layihə üçün zəruri resursları cəld səfərbər etmək imkanı verən, ən iri, xüsusi mülkiyyət olan tikinti avadanlıqları vasitəsilə gücləndirilir. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bizi Azərbaycanda ən yüksək səviyyəli nəqliyyat podratçıları sarasına aid edir.

Texnika A Servis ötən onillik ərzində ümumumilikdə müqavilənin gəlirinin 456 milyon dollardan çox məbləğində 46-dan artıq tikinti layihəsi həyata keçirmişdir. Bizim növbəti beş il üçün görüləcək işlərimizin məbləği 656 milyondur. Biz qiymət təklifi sxemi, layihə sxemi və A+B (qiymət və layihə planının birləşməsi) təchizatı kimi çox sayda müxtəlif müqavilə sxemləri əsasında daim təhvil metodlarımızı təkmilləşdiririk.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu