25 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"ECOCARAT"
 
  • AZ 1148, Akim Abbasov küç., 12
    Tel.:  (99412) 433 00 00
    Fax:  (99412) 433 00 00
    Моb.: (99477) 477 00 60
    E-mail: ofis@inax.az
    Web: www.inax.az

Parıltı, nüfuz, üslub və harmoniya – bütün bunları tikinti işlərinin yekun mərhələsində yaratmaq mümkündür. Lazımi seçilmiş işləmə istənilən binanın təyinatını daha dəqiq vurğulayır, ona müvafiq görünüş bəxş edir və sahiblərinin xarakterini əks etdirir. Müasir fasad plitəsi dizaynerlərə və binaların sahiblərinə ən müxtəlif ideyaları həyata keçirmək imkanını verir. Tikinti materialları bazarında çoxsaylı seçimlər və təkliflər sırasında Yaponiyanın INAX şirkətinin fasad üçün üzlük plitəsi liderlik edir.

 INAX keramika materialı – elmin bütün nailiyyətləri bir plitədə.

 Yarandığı andan bu günə qədər yeni həllərin axtarışı və onların üzləmə materiallarının istehsalında tətbiq olunması - INAX şirkətinin əsas məqsədi bax budur. Yapon istehsalçısının əsas vəzifələrindən biri ləkələrin yaranmasına qarşı dözümlü olan keramik plitənin hazırlanması olmuşdur. Uzun illər ərzində axtarışların və işlərin nəticəsində müasir üzləmə materialları bazarı yeni məhsul ilə - binanın xarici divarlarının üzlənməsi üçün yüksək texnologiyalı keramika plitəsi ilə - zənginləşmişdir. INAX şirkətinin fasad plitəsi yaşayış binalarının və ictimai binaların daim səliqəli görünüşünü qorumaq imkanını verir. İstənilən fəsildə, istənilən hava şəraitində INAX plitəsi effektiv şəkildə  çirklənmələrə davam gətirəcək. Fasadlar üçün dekorativ plitə - yaşayış binalarının və kommersiya binalarının xarici divarlarının üzlənməsi üçün universal yeni materialdır. 

INAX fasad plitəsi Sizin biznesinizin nüfuzlu simasıdır. Müxtəlif şirkətlərin ofis binaları və nümayəndəlikləri  - işgüzar fəaliyyəti ən yaxşı tərəfdən əks etdirməli olan özünəməxsus vizit kartıdır. Bu səbəbdən biznes mərkəzlərinin üzlənməsi nəinki möhkəm və uzunömürlü olmaqla yanaşı, həmçinin müasir üslub və yaxşı zövq tendensiyalarına uyğun olmalıdır. INAX elit keramika plitəsi  yığcam dizayn və qüsursuz üslubun gözəl nümunəsidir. Bu səbəbdən INAX fasad plitəsi ofis və ticarət mərkəzləri üçün üzləmə materialı qismində böyük tələbata malikdir. Bundan əlavə, INAX gözəl keramika plitəsi asan və tez quraşdırma imkanı ilə fərqlənir ki, bu da sahəsi böyük olan binaların üzlənməsi üçün tələb olunan müddətləri səmərəli şəkildə azaldır.

Bakteriyalar əleyhinə keramik plitə - uşaq müəssisələrinin təhlükəsizliyidir.  Təhlükəsizliyin və nöqsansız təmizliyin təmin olunması – uşaq bağçalarının, poliklinikaların və xəstəxanaların tikintisində əsas prinsipdir. Bu səbəbdən hər bir tikinti materialı uşaq sağlamlığının təhlükəsizliyi məqsədilə irəli sürülən bütün tələblərə uyğunluq üzrə əsaslı şəkildə yoxlanılır. Keramik plitənin bəzi növlərinin tədqiq olunması haqqında məlumatlara əsasən onun ətraf mühitə zərərli təsiri qeyd olunmuşdur. İlk növbədə bu onunla əlaqədar olmuşdur ki, əvvəlki nəsil fasad plitələri nəmi və çirki daxilə buraxırdı, onlar da öz növbəsində tədricən yığılaraq, patogen bakteriyaların yaranmasına səbəb olurdu. Bu səbəbdən INAX keramikasının işlənib hazırlanması zaman şirkətin texnoloqları üzləmə materiallarının təhlükəsizliyinə qarşı müasir tələblərə böyük diqqət yetirmişlər. Beləliklə, keramik plitənin bakteriyalar əleyhinə texnologiyası yaradılmış və yeni dünya standartı qismində təsdiq edilmişdir. İndi Yaponiyanın INAX keramika plitəsi uşaq müəssisələrinin üzlənməsi üçün əminliklə istifadə oluna bilər. Fasadlar üçün dekorativ plitə ətraf mühit və uşaq sağlamlığı üçün tam təhlükəsizdir.

 INAX şirkətinin sınaqları ilə təsdiqlənmişdir. 

Etibarlı keramik plitə - şəhərkənarı kotteclərin uzunmüddətli üzlənməsidir.  

Şəhərkənarı ev – bütün şəhər sakinlərinin arzusudur. İstirahət günlərində məhz bura gəlib, rahatlanmaq, gündəlik işlərdən və qayğılardan uzaqlaşmaq istəyirik. Lakin, divarların keyfiyyətsiz üzlənməsi təcili təmir tələb edirsə, əhval-ruhiyə korlanır və istirahət də pozulur. Bu səbəbdən evin divarlarının üzlənməsi üçün elə keramik plitə seçmək zəruridir ki, sonradan onun təmirinə uzun müddət qayıtmayasınız. INAX fasad plitəsi hal-hazırda ən möhkəm və uzunmüddətli üzləmə materialıdır. Yüksək texnologiyalı keramika plitəsi vasitəsilə xarici işlənmə rütubətin və çirkin hopdurulması üçün davamlıdır, bu səbəbdən də uzun müddət ərzində öz ilkin görünüşünü qoruyur. Yüksək möhkəmlik səviyyəsindən əlavə INAX fasad plitəsi şəhərkənarı ərazinin ümumi üslubu ilə uyğunluq təşkil edir. Əlvan rəng çalarlarına malik elit keramik plitə ətraf təbiət ilə qüsursuz harmoniya təşkil edir. 

Kommersiya binalarının divarlarının zərif işlənməsi – işinizdə uğur və inkişaf əlamətidir. Bu səbəbdən də qüsursuz üslubu qorumaq üçün zəruridir ki, seçilmiş kommersiya materialı divarlara möhkəm yapışsın və müxtəlif atmosfer təsirlərinə davamlı olsun. Yapon texnoloqları  və həddindən artıq möhkəm keramika plitələrinin yaradıcıları öz nailiyyətləri ilə kifayətlənməyib, keramikanın divar səthlərinə nadir yapışdırma texnologiyasını işləyib hazırladılar. Fasad üçün üzləmə plitəsi binanın xarici səthinə birləşmənin zəifləmə təhlükəsini aradan qaldıran və divarın xarici görünüşünü əla vəziyyətdə saxlayan xüsusi Adhesive "R-V2 One Pack Boy" yapışqanı vasitəsilə bərkidilir. Bu səbəbdən INAX fasad plitəsi uzun müddət ərzində üslublu görünüşə malik olur və kiçik təmir tələb etmir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu