25 fevral 2020


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Kafe - Restoran > Klublar > Pablar və barlar > Aviaşirkətlər > Mehmanxanalar > Distribütiv bron sistemləri > Sanatoriyalar və istirahət zonaları > Turizm agentlikləri > Restoranlar > Şadlıq sarayları

"KSM" Şirkətlər Qrupu
 

2006-cı ildən etibarən fəaliyyətə başlamış "KSM" şirkətlər qrupu, iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. "KSM group" özündə onlarla şirkəti cəm edən, Azərbaycanın böyük şirkətlər qrupundan biridir. Neft sənayesi, gəmiçilik, tikinti, nəqliyyat, turiz, idman və digər sektorları özündə birləşdirən şirkətimiz daim inkişaf edir, dünya brendlərini ölkəmizə gətirmək, yerli brendlərini isə dünya səviyyəsinə qaldırmağı qarşısına məqsəd qoyub.

"KSM" şirkətlər qrupu gəmiçilik və yükdaşıma sektorunda "Alfa Caspian Shipping", nəqliyyat sektorunda "Logestics group", "BQ trans", "City Bus", turizm sektorunda "Ramada Hotel & Suites Baku", idman sektorunda "Baku fans", qida sektorunda "Elit Catering", "Kono Pizza", "Candy Boquet" şirkətləri ilə fəaliyyət göstərir. Fəaliyyətə başladığı vaxtdan bu günədək, "KSM group" şirkəti yerli və xarici bazarda öz mövqeyini daha da möhkəmləndirdi. Buna qurumlararası qarşılıqlı münasibətlərə diqqətin artırılması, işin səmərəliliyinin, əmək məhsuldarlığının yüksəldilməsi hesabına nail olduq. "KSM" şirkətlər qrupuna daxil olan bütün şirkətlərdə fəaliyyəti yüksək peşəkarlıq, yeni texnologiyaların tətbiqi və korporativ idarəetmə prinsipləri üzərində qurulmuşdur.

Korporativ dəyərlərimiz:
  • Liderlik-biz hər yerdə birinciyik;
  • Peşəkarlıq-biz işimizin ustasıyıq;
  • Keyfiyyət-biz gələcək nəslin sağlamlığını bu gün qoruyuruq;
  • Maliyyə sabitliyi-bizim qazancımız dövlətin qazancıdır;
  • İnnovasiyalar-biz həmişə yeniliyin, tərəqqinin tərəfdarıyıq.
  • Partnyorluq-əməkdaşlıq etdiyimiz insanlarla dostuq.
Məqsədimiz Azərbaycanın inkişafında, dünya ilə inteqrasiyasında əhəmiyyətli rol oynayacaq yeni əlaqələri təmin etmək, inşaat, neft sənayesi, nəqliyyat və digər sahələrin texnologiyalarının istifadəsini artırmaq üçün həlli yolları təqdim etməkdir. Missiyamız sadəcə Azərbaycanda xidmət göstərməklə kifayətlənməməli, həmçinin yüksək standartlara cavab verən xidmətlərimzi dünya bazarına çıxartmaq, beynəlxalq layihələrdə iştirak etməkdir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu