26 aprel 2024


Kompüter və İnternet > Kompüterlər və orqtexnika > Kompüterlərin ümumi qulluq və təmiri > Kompakt disklər > Proqram təminatı > Telekommunikasiya avadanlıqları > İstehsal printerləri. Servis və satış

"BESTCOMP GROUP"
 
  • AZ 1072, Aşıq Alı küç., 2A
    Tel.:  (99412) 541 4747
    Fax:  (99412) 493 41 61
    Web: www.bestcomp.net
1995-ci ildə yaradılmış BestComp Group şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir. Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group-un fəaliyyəti distribüsiya, layihə həlləri kommunikasiya, şəbəkələrinin qurulması və pərakəndə satış kimi sahələri əhatə edir. 

Şirkətin Gürcüstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda biznes tərəfdaşları vardır. Gürcüstanda BestComp Georgia birgə müəssisəsini yaratmaqla, BestComp Group beynəlxalq bazarda fəaliyyətini daha da genişləndirdi. Bu gün BestComp Group Azərbaycanla yanaşı, Gürcüstanda və Orta Asiya respublikalarında müxtəlif İKT layihələrinin icrasında iştirak edir.

Şirkət ABŞ-ın Azərbaycandakı ticarət palatasının üzvüdür. 

Şirkəti fərqləndirən xüsusiyyətlər: yüksək ixtisaslı mütəxəssislərə malik olması, təklif olunan mütərəqqi texnologiya və həllər, müştəri tələblərinə peşəkar və məsuliyyətli yanaşma, təqdim olunan xidmətlərin yüksək keyfiyyətidir. Sistem inteqratoru olan BestComp Group-un təklif etdiyi həllər optimallığı ilə fərqlənir. Bu xüsusiyyətlər şirkətin müxtəlif iri layihələrdə müvəffəqiyyətlə iştirakını təmin edir. 

Keyfiyyətin idarə olunması 

Şirkət tərəfindən müştərilərə göstərilən xidmətin səviyyəsinin beynəlxalq standartlara cavab verməsi qarşıda qoyulan ümdə vəzifələrdən biridir. BestComp Group-da7 ildən artıq müddət ərzində fəaliyyət göstərən keyfiyyətin idarə olunması sisteminin beynəlxalq keyfiyyət standartlarına uyğunluğu ISO9001:2000 sertifikatı, hal-hazırda isə ISO9001:2008 sertifikatı  ilə təsdiq edilmişdir. 

 Lisenziya və sertifikatlar

Şirkətin mütəxəssisləri HP, Acer, Cisco, Microsoft, Fujitsu Siemens Computers, Microsoft, MGE UPS Systems, Eaton Powerware, Symantec, Wmvare, SFS, Mikro və Tripp Lite şirkətlərinin rəsmi sertifikatlarına malikdirlər. HP-UX, HP Storage, 3 fazlı UPS sistemləri üzrə sertifikatlar almış, HP OpenView treninqlərini keçmiş mütəxəssislər müştərilərə mürəkkəb sistemlər qurulmasında məsləhətlər verir və onların problemlərini operativ və keyfiyyətlə həll edirlər. 

 Diplom və mükafatlar
 
Fəaliyyətində qazandığı yüksək nailiyyətlərə görə BestComp Group dəfələrlə biznes tərəfdaşları  və ixtisaslaşmış işgüzar nəşrlər tərəfindən mükafatlara layiq görülüb:  Hewlett Packard (HP) şirkətindən – “Ən yüksək göstəricilər və ən yüksək artım reytinqi” (2000), “Uğurlu başlanğıc və qarşılıqlı loyallıq” (2000), “Uğurlu pərakəndə satışlar” (2001), “2002-ci ildə təqdirəlayiq nailiyyətlərinə görə” (2002), “Təqdirəlayiq biznes tərəfdaşlığına görə” (2003, 2004, 2005 və 2006-ci illərin yekunları üzrə) nominasiyalarında; Tripp Lite şirkətindən – “Qızıl reseller” (2000 və 2001-ci illər) nominasiyasında; MGE UPS Systems şirkətindən – “MGE-nin İKT sahəsində müvəffəqiyyətində qiymətli töhfəsinə görə” (2005) nominasiyasında; Apacer şirkətindən – “Apacer nişanının İKT bazarında müvəffəqiyyətləri üçün göstərilmiş səylərə görə”  nominasiyasında “APACER BEST PARTNER 2005” mükafatı; XFX şirkətindən – “XFX nişanının İKT bazarında müvəffəqiyyətləri üçün göstərilmiş səylərə görə”  nominasiyasında “XFX BEST PARTNER 2005”  mükafatı; ACER şirkətindən “İnkişaf etməkdə olan bazarlarda ən yaxşı satışlar” nominasiyasında; Consulting & Business jurnalının “UĞUR” mükafatı – “Fərdi kompüterlər” (2002) və “Kompüter texnologiyaları” (2004) nominasiyalarında, İT Magazine jurnalının “İntellekt” mükafatı – “Kompüter texnologiyaları” nominasiyasında.   

 İnsan resursları

Şirkətin ən böyük nailiyyəti onun kadrlarıdır.
BestComp Group-da İKT sahəsində böyük iş təcrübəsinə malik olan 100-dən artıq yüksək ixtisaslı mütəxəssis, o cümlədən elmi işini xarici ölkələrdə müdafiə edərək alimlik dərəcəsi almış mütəxəssislər çalışır.
BestComp Group respublikada cəlbedici işəgötürən şirkət imicinə malikdir. Bu xüsusiyyət xarici ölkələrdə çalışan yüksək ixtisaslı azərbaycanlı mütəxəssislərin fəaliyyətlərini BestComp Group-da davam etdirməyə üstünlük vermələrinə səbəb olmuşdur. Son dörd ildə Türkiyədə İKT sahəsində müxtəlif vəzifələrdə çalışan üç mütəxəssis şirkətdə işə qəbul edilmişlər. Şirkət kadrlarının peşə hazırlığının fasiləsiz olaraq yüksəldilməsi üçün onların xaricdə müxtəlif kurslar keçməsinə ciddi sərmayələr yatırır. Hər il şirkətin onlarla mütəxəssisi xarici ölkələrə müxtəlif kurslara göndərilir. Şirkətin 60-dan artıq mütəxəssisi belə kursların sertifikatlarına malikdir. 

Korporativ Sosial Məsuliyyət 

Cəmiyyət qarşısında sosial məsuliyyət prinsipinin reallaşmasına xüsusi önəm verən BestComp Group müxtəlif sponsorluq layihələri ilə respublikanın ictimai həyatına öz töhfəsini verməkdədir.
Şirkət şahmat üzrə Prezident Kubokunun, Muğam festivalının sponsoru olmuşdur. Bundan əlavə, BestComp Group hər il keçirilən kitab yarmarkasının və onlarla ictimai əhəmiyyətli tədbirin təşkilinə də sponsorluq etmişdir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu