18 may 2024


TƏŞKİLATLAR VƏ NÜMAYƏNDƏLİKLƏR > Səfirliklər > Siyasi partiyalar və təşkilatlar > Qeyrihökumət təşkilatları > İdarələr > Hərbi komissarlıqlar > Qanunverici hakimiyyət > İcraedici (icra) hakimiyyət > Komissiyalar > Komitələr > Nazirliklər > Notariat idarələri və VVAQ-lar > Xarici ölkələrin Azərbaycanda olan nümayəndəlikləri və şirkətləri

"AUDİ AZƏRBAYCAN"
 
Audi - Alman avtomobil şirkətidir. "Volkswagen" qrupunun bir markasıdır(qrupun digər üzvləri- Bentley, Bugatti, Lamborghini, Porsche, SEAT, və Škoda). Şirkətin mərkəzi İngolştadda (Bavariya, Almaniya) yerləşir.

Şirkətin keçmişi 1899-cu ilə və Avqust Horxla "August Horche"la bağlıdır. İlk "Horch" avtomobili Avqust Horx tərəfindən 1901-ci ildə hazırlanmışdı. 1910-cu ildə Horx şirkətdən ayrılır və köhnə ortaqlarıyla olan anlaşılmazlıqlar səbəbindən yeni dizaynlarında öz adından istifadə edə bilmir. Alman dilində mənası "Dinlə!" olan "horch" sözünü, latın dilində eyni mənanı verən Audi sözü ilə əvəz edən Horx, bu sözü yeni yaratdığı şirkətin adına çevirir.

1932-ci ildə Audi, Auto Unionu meydana gətirmək üzrə Horch, DKW və Wanderer şirkətləri ilə birləşdi. "Auto Union" şirkətinin istifadə etdiyi bir-birinə bağlı dörd halqa da bu gün Audinin logosu olaraq istifadə edilməkdədir.

İkinci Dünya Müharibəsindən sonra, şirkət DKW ətrafında məhsullarını təqdim etməyə çalışdı. Ancaq iki çəkişli mühərriki o qədər məşhur ola bilmədi. Sentyabr 1965-də Audi təkrar bir çıxış edərək 72 at gücü olan 4 qapılı sedanını bazara təqdim etdi, dünyanın ən müasir mühərriklərindən biri ilə 1980-ci ildə bazara təqdim edilən məşhur "Quattro" modeli, İngilis istehsalçı Jensenin 1966-cı ildə buraxdığı FF modelindən bəri dünyada ilk dəfə çıxarılan 4x4 avtomobilidir.

Bu model 5 silindrli turbo motorlu, kupe tipli bir idman avtomobili idi. Ayrıca bu modellə birlikdə Audi rallilərə qatılaraq yarışlarda 4x4 sistemini istifadə edərək ralli tarixində yeni bir cığır açdı. Audi bu irəliləyişlə texnologiyada zirvəyə çıxdı (Bu texnologiya daha sonra dünyanın dərhal bütün avtomobil şirkətləri tərəfindən istifadə edilmişdir).

Audi 80 modeli ilə birgə, bütün modellər "Quattro" xüsusiyyətini qazandı. Audi 80 1986-cı ildə "baba avtomobili" imicinə sahib olsa da 1991-ci ildə edilən makiyaj işiylə unudulmaz dizaynla bazara təqdim edildi. Bu model bazara bomba kimi düşdü və olduqca yaxşı satış rəqəmlərinə nail oldu.

İnkişaf edən texnologiya ilə, Audi dünyanın ən inkişaf etmiş mühərrikini istifadə etməyə başladı. 1995-də S4 modelində istifadə edilən 4x4 mühərriki bu dövrə damğasını vurdu. 1994-də də dünyanın tamamilə alüminiumdan düzəldilmiş ilk seriyalı istehsal avtomobili olan A8 modelini təqdim edən Audi, bu modeli ilə alüminium uzaq xəttlərinə çatmış oldu. 90-cı illərin ortasında yeni silsilələrini bazara sürən Audi dünyanın ən keyfiyyətli avtomobilləri arasında yerini tutdu.

2000-ci ildən etibarən yarış dünyasının ən çətinlikli və prestijli yarışlarından olan 24 saatlıq Le Mans yarışını 4 dəfə ardıcıl qazanan Audi, 2003-də VW qrupunun başqa bir markası olan Bentley ilə, ancaq, tamamilə Audi heyəti altında bu müvəffəqiyyətə imza atdı.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu