18 may 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"TEMP GROUP OF COMPANIES"
 
"Temp" Şirkətlər Qrupu 10 ildən artıqdır ki, Bakı şəhərin mərkəzində və nisbətən kənarlarında yüzlərlə ailələrə müasir, keyfiyyətli mənzilləri əlverişli şərtlərlə təqdim etmiş və etməyə davam edir. Fəaliyyət sahəsini ildən ilə genişləndirən qrupun məqsədlərindən biri də tikinti ilə bağlı dizayn və memarlıq işləri üzrə ixtisaslaşan yeni şirkətlər təsis etməkdir.

Hər birində geniş balkonlar, izolyasiya olunmuş otaqlar, yüksək keyfi yyətli seyf tipli qapılar, Avropa istehsalı olan, yüksək mərtəbəli binalar üçün nəzərdə tutulan iki qat şüşə paketli PVJ tipli pəncərələr, 3.25 m hündürlüyündə tavan, içməli su ehtiyatı üçün hovuzlar, yanğından mühafi zə üçün çənlər, geniş, işıqlı, rahat, monolit beton kərpic konstruksiyalı mənzillər istifadəyə verilib. Şirkətlər Qrupunun inşa etdiyi binaların həyətyanı sahəsində uşaqların oynaması üçün meydançalar, xüsusi yaşıllıq zonası, dizel generatorları ilə təchiz olunan elektrik stansiyası qurulmuş, zirzəmilər yeraltı dayanacaqla təmin olunmuş, avtoyuma, mühafi zə kimi xidmətlər sakinlərə ixtiyarına təqdim olunmuşdur.

“Temp”
Şirkətlər Qrupu 1998-cı ildə yaranıb. Bir neçə tikinti şirkətini müxtəlif vaxtlarda təsis edərək “Temp” Şirkətlər Qrupu adı altında birləşdirmişik. Fəaliyyətimizin ilk illərində təmir tikinti işləri ilə məşğul olmuşuq. İlk yaşayış binasının inşasına 2000-ci ildə başlamışıq. Üç blokdan, doqquz mərtəbədən ibarət olan bu bina Memar Əcəmi metrosu yaxınlığında yerləşir. Bina sakinlərinə uğurla təhvil verildikdən sonra onun yaxınlığında yeni bir binanın tikintisinə başladıq. Digər bir uğurlu layihəmiz Yasamal rayonu rabitə qovşağının yaxınlığında yerləşən 18 mərtəbəli yaşayış kompleksidir. Qeyd edim ki, Yasamal rayonu rabitə qovşağının yeni binasının tikinti-konstruksiya işlərini də şirkətimiz yerinə yetirib. Ofis mərkəzlərinin inşasında da müəyyən təcrübəyə malikik. Artıq, iki ofis mərkəzini inşa etmişik. “Temp” Şirkətlər Qrupu tikinti ilə yanaşı qida, mağazalar şəbəkəsi, restoran və otel biznesi ilə də məşğul olur. Otel layihəsi üzərində iş gedir.

Şirkətdə çalışan mütəxəssislər öz sahələrinin peşəkarlarıdırlar. Hansı vəzifəni tutmasından asılı olmayaraq, onlar öz işlərinə çox peşəkarcasına yanaşırlar. 12 nəfər daimi ofis işçimiz var. Tikinti briqadaları isə işin hansı səviyyədə asılı olmağından dolayı biri-birini əvəz edirlər. Bir briqada özünə aid olan işi yerinə yetirdikdən sonra qalan işləri digərinə təhvil verir. Beləliklə, müxtəlif peşə sahibləri özlərinə aid olan işi yerinə yetirirlər.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu