04 may 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"ALIBƏYLİ" MMC
 
  • AZ 1000, Babək prosp, 53 (faktiki); AZ 1000, Ş.Mirzəyev küç., 38/1 (hüquqi)
    Tel.:  (99412) 570 09 15
    Fax:  (99412) 570 09 55
    E-mail: office@alibeyli.az
    Web: www.alibeyli.az
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə azad sahibkarlığın inkişafına təkan verən çox sayda qanunlar qəbul olundu və bundan sonra istehsal və xidmət sahələrində bir canlanma yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə iş adamlarının səmərəli fəaliyyət göstərməsinə, bütün sahələr üzrə özəl sektorun inkişafına münbit şərait yaradıldı.
«Alıbəyli Şirkəti» MMC fəaliyyətə 1992-ci ildən «Alıbəyli» kooperativinin yaradılması ilə başlayıb. O vaxt «Alıbəyli» kooperativinin fəaliyyət dairəsi tikinti materiallarının alqı-satqısı ilə məhdudlaşırdı.
Azərbaycan iqtisadiyyatında başlayan inkişaf, azad sahibkarlıq mühitinin olması kooperativin inkişaf etməsinə zəmin yaratdı və onun bazasında 1997-ci ildə «Alıbəyli» kiçik müəssisəsi yaradıldı. İnşaat sahəsində iş təcrübəsinə malik mühəndisləri, mütəxəssisləri işə cəlb etməklə «Alıbəyli» kiçik müəssisəsi tikinti sektoruna uğurla daxil oldu.
Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə azad sahibkarlığın sərbəst və perspektivli inkişafına göstərdiyi qayğının sayəsində isə bir çoxları ilə yanaşı bizim şirkət də layiqli yer tuta bildi. Yeni tərəfdaşlıq münasibətləri qurmaq, yüksək xidmətlər göstərmək, müştərilərin tələblərinin təmin edilməsi məqsədilə zamanın tələblərinin aşkar olunması, məqsədlərin reallaşdırılması üçün 2004-cü ildə «Alıbəyli Şirkəti» MMC qeydiyyatdan keçirildi. Artıq «Alıbəyli Şirkəti» MMC toplanmış təcrübələrdən məharətlə istifadə edərək özünün geniş maddi-texniki bazasını yaradıb.
«Alıbəyli Şirkəti» MMC fərdi yaşayış evlərinin tikintisi, təmir-bərpa və yenidənqurma işləri, yol şəbəkəsi, su və qaz xətləri, elektrik şəbəkəsi, drenaj və kanalizasiya sistemlərinin inşası üzrə böyük təcrübə əldə edib.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu