19 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"GLOBAL STONE" Fabrik
 

XİDMƏTLƏRİMİZ:

Layihələndirmə - Binaların fasadlarının layihələndirilməsi “Global Stone” şirkətinin fəaliyyətinin mühüm istiqamətlərindəndir. İstər özəl, istərsə də ictimai binaların fasadlarının layihələndirilməsi peşəkar memarlar tərəfindən həyata keçirilir. Layihələndirmənin qabaqcıl texnologiyalarının tətbiqi, binaların həm interyerləri, həm də eksteryerləri üzrə ən müxtəlif həllərin həyata keçirilməsinə şərait yaradır.
İstər klassik üslubda, istərsə də modern üslubda fasadların layihələndirilməsi və onların detallaşdırılması üzrə işləri fasad dekoru üzrə ən yaxşı mütəxəssislərimiz həyata keçirirlər. Dizayn-layihə işləri aparılaraq cizgilər hazırlanır və fasad örtüyünün detallarının siyahısı müəyyən olunur. Tamamlanmış dizayn-layihə işləri binanın və ya evin fasadının texniki cizgilərdə və üçölçülü modellərdə real görüntüsünü, eləcədə mütəxəssislərin quraşdırma üzrə tövsiyyələrini özündə əks etdirir.

Quraşdırma işləri - İstənilən evlərin və binaların üzlənməsi tikintinin mühüm hissəsi olmaqla yanaşı, həm estetik funksiyaları yerinə yetirir, həm də evləri ətraf mühitin müxtəlif təsirlərindən qoruyur.
Fasadların üzlənməsi və daxili tamamlama üzrə xidmətlərin tam kompleksi Sizin ixtiyarınızdadır. Şirkətimizin üstünlüyü ondan ibarətdir ki, təklif etdiyimiz işlər özümüzün istehsal etdiyimiz materialla həyata keçirilir. Beləliklə də, “Global Stone”-la əməkdaşlıq etməklə, Siz həm ilk mənbədən keyfiyyətli üzlük materiallarını sərfəli qiymətə əldə edirsiniz, həm də peşəkarların xidmətləri ilə təmin edilmiş olursunuz.
Quraşdırma ilə bağlı Siz həmçinin “Global Construction” şirkətinə də müraciət edə bilərsiniz.

Fərdi sifarişlər - Sifarişçinin arzu və istəyi ilə məhsullarımızın arasında olmayan digər istənilən model üçün fərdi qəliblər şirkətimiz tərəfindən 10-30 gün ərzində hazırlana bilər.

İşıqlandırma - LED texnologiyası əsasında fasad işıqlandırma avadanlıqlarının satışı və quraşdırılması
Sevimli paytaxtımız Bakı şəhərinin nümunə ola biləcəyi dünyanın bir çox iri şəhərlərində gecə görüntülərinin gözəlliyi ordakı binaların fasadlarında arxitektur işıqlandırmanın hansı zövqlə yerinə yetirilməsindən asılı olur. Son illərdə binaların xarici işıqlandırmalarının həlli zamanı bütün dünyada LED lampalarından geniş istifadə olunmağa başlanmışdır.
LED texnologiyası (ingiliscə Light Emitting Diode ­- İşıq Saçan Diod) artıq uzun müddətdir ki, gündəlik həyatımızın bir hissəsidir. LED lampaları uzunmüddətli istifadəsinə, aşağı enerji sərfiyyatına (80%-ə qədər qənaət), yüksək işıqvermə qabiliyyətinə, rəng çalarlarının geniş diapazonuna, görmə qabiliyyətinə zərər verməyən işıqlandırma imkanlarına görə ənənəvi közərmə lampalarından fərqlənirlər.
“Global Stone” şirkəti binalarınızın fasadlarının işıqlandırma işlərinin layihələndirilməsini və açaraltı təhvilini Sizə təklif edir. Mütəxəssislərimiz həm fasadların işıqlandırılmasının ən müasir cəsarətli həllinin tapılmasında, həm də binaların arxitektur işıqlandırılmasının ənənəvi metodlarını həyata keçirilməsində Sizə yardımçı ola bilərlər.

Ayaqaltıların icarəsi - Şirkətimiz tikinti-quraşdırma ayaqaltılarının və köməkçi avadanlıqların icarəsini təklif edir.



 



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu