26 aprel 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

“Altun” restoranı
 
  • AZ 1000,Nizami r-nu, 8 km qəsəbəsi, Mikayıl Əliyev küç., 9 B
    Tel.:  (99412) 422 66 88, 422 63 22
    Fax:  (99412) 422 66 88
    Моb.: (994 50 50) 430 00 27, 661 27 60, 380 10 20
    E-mail: info@altunrestoran.com
    Web: www.altunrestoran.com

2008-ci ildən fəaliyyət göstərən “Altun” restoranı  - şou zalı, kabinetlər, banket zallarından və iki salonlu toy zallarından ibarətdir. Şəhərimizin şadlıq sarayları içərisində möhtəşəmliyi ilə seçilən “Altun”  özünəməxsus tərtibatı və dizaynı ilə biri-birindən fərqlənən zallarımız istənilən sayda qonaq qəbul etməyiniz üçün uyğundur. Qısa müddətli fəaliyyətimizə baxmayaraq bütün növ xidmətlərimizin keyfiyyətinə görə öncül sıralardan birini tuturuq.

Restoranımızda təşkil olunan şou proqramlar bizə gələn müştərilərin könlünü oxşayır. Restoran quruluşuna görə ilin bütün fəsillərində insanların təbiətlə təmasına şərait yaradır. Öz gözəl, gülərüz personalımız ilə həmişə sizləri Bakı şəhərində analoqu olmayan restoranımızda xidmət göstərməyə hazırıq.  Restoran əməkdaşları ziyarətçiləriıı arzularına çox böyük hörmətlə yanaşır.

Peşəkər aşbazlar milli və avropa mətbəxinin ənənəsinə müvafiq yeməklər hazırlayırlar. Ləziz mətbəx, yüksək səviyyəli xidmət bizim devizimizdir. Musiqidən həzz almaq üçün mükəmməl akustika və daha sadalamadığımız neçə-neçə surprizlər bir məkanda – “Altun” restoranı.
Toylarınızın, ad günlərinizin əsrarəngiz, xəyallarınıza uyğun olmasını istəyirsiniz? O zaman düşünmədən Altun” restoranını seçin!

Xoş gününüzün sevincini bir yerdə paylaşaq!



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu