08 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"ASPI AGRO" ASC
 

İtaliyalı mütəxəssislərin zəngin təcrübəsinə söykənən ASPI AGRO ASC nadir iqlim şəraitinə malik, qədimlərdə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində şərabçılığı yenidən dirçəldir. İtaliyalı mütəxəssislər tərəfindən aparılan torpağın və mühitin ətraflı analizindən sonra, bizim üzümçülər üçün tingləri onların istehsalı üzrə dünya lideri sayılan Vivai Cooperativi Rauscedo şirkəti təqdim edib. Gözlənildiyi kimi, gündəlik qayğı, əllə yığım, Della-Toffola firmasının ən müasir zavodunda emal, palıddan hazırlanmış fransız çəlləklərində saxlama və yeni nəsil ekspress-laboratoriyalarda daimi nəzarət sayəsində italyan texnoloqlarının ənənələri və ustalığı heyrətamiz yüksək keyfiyyətli şərabların alınması ilə öz bəhrəsini verdi. Sizi də onları qiymətləndirməyə dəvət edirik.

Tinglərin seçilməsi işində Vivai Cooperativi Rauschedo şirkətinin direktoru cənab Eudjenio Sartorinin xidməti böyükdür. O, qeyd edib ki, ASPI AGRO ASC zavodunun məhsulları ən yüksək standartlara cavab verir, yetişdirilən üzümün keyfiyyəti isə hətta Avropadakı oxşar növləri üstələyir. Şərablarımız cənab Daniel D’Andrea və Eliza Vaqnoni kimi yüksək ixtisaslı italyan texnoloqlarının rəhbərliyi altında istehsal olunur. Şərablarin testi isə Avropalı ekspert cənab Ermanno Murari tərəfindən həyata keçirilir. Beynəlxalq üzüm növlərinin calaq edilməsi, tanınmış italyan mütəxəssislərinin tövsiyələri, müasir texnologiyaların və üsulların hərtərəfli tətbiqi, növlərin tərkibi ilə bağlı cəsarətli eksperimentlər, keyfiyyətə güzəştsiz sadiqlik şərablarımızın yüksək səviyyəsinin zəmininə çevrilib. Əldə edilən yeni məhsulu tam cəsarətlə incəsənət nümunəsi saymaq olar.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu