05 may 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

“ANTİK” MMC
 
 

“ANTİK” Məhdud Məsuliyyətli Cəmiyyəti 1991-ci ildən fəaliyyətə başlayaraq müxtəlif ictimai və sənaye binalarının tikintisi ilə məşğuldur. Müəssisənin yüksək ixtisasli mühəndis və usta he`yəti vardır.
Müəssisə tərərfindən “Azərsun Holding”-in baş ofisi, “Qafqaz Konserv zavodu, “Azərsun Holding”in sifarişi ilə müxtəlif istehsalat sexləri və anbarlar tikilmiş, “Umleyla” ASC-nin, “Azərbaycan Sənaye Banki” ASC-nin inzibati binasında yenidənqurma işləri həyata keçirilmişdir.
2006-2007 – ci illərdə Azərbaycan Respublikası Regionların iqtisadi inkişafi proqramı çərçivəsində “Gilan and Knauf Gipso Karton” MMC-nin sifarişi ilə Goranboy rayonunda “Alçipan zavodu”nu və “Gips zavodu”nu tikib təhvil vermişdir.
2006-2007 – ci illərdə “Qəbələ Konserv zavodu”nu və Qəbələdə müasir 5 mərtəbəli Otel binasını tikib təhvil vermişdir.
2006-2008 – ci illərdə “Qaradag Sement” ASC-nin yenidənqurma işlərinin aparılmasında iştirak etmiş və zavodda yeni krinker anbarının tikintisini başa çatdırmışdır.
2006-2007 – ci illərdə Bakı şəhəri Nizami rayonu ərazisində müasir standartlara uyğun “Madonna” şadlıq sarayının tikinti işlərini yerinə yetirmişdir.
2004-cü ildə “Bakı Beynəlxalq Dəniz Ticarət limanı”nda yenidənqurma işlərində iştirak etmişdir.
2008-2009 – cu illərdə Bakı şəhərində müasir standartlara uyğun 5 mərtəbəli Otel binasının tikintisini başa çatdırmışdır.
Bakı şəhərində Neftçilər prospektində müasir standartlara uyğun lüks tipli 10 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir.

“ANTİK” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərində Məscid tikib istifadəyə vermişdir.
Fərdi sifarişlər əsasında bir neçə müasir tipli villa inşa edilmişdir.
Hazırda Abşeron rayonunda Duz zavodunun tikintisini davam etdirir və bir neçə müqavilə əsasında  müxtəlif obyektlərdə təmir-tikinti işləri davam etdirilir.
Müəssisənin müasir avadanlıqlarla təchiz olunmuş  və hazırda fəaliyyət göstərən ağac məmulatları istehsalı sexi, Alminium və PVC qapı-pəncərə sexi və Metal məmulatları istehsalı sexi vardır. Müəssisənin  istehsalat bazası, inzibati ofis binası, ticarət şəbəkələri vardır.
Müəssisənin müxtəlif tikinti işləri aparmaq üçün çoxlu sayda inşaat avadanlıqları, qaldırıcı-quraşdırıcı avtokranları, Kamaz, Qazel, Zil markalı yük avtomobilləri, Ekskavatorları, buldozeri, sərnişin daşıyan avtobusu, elektrik generatoru, PKSD 5,25 markalı kompressoru, minik avtomobilləri və s. vardır. 
"ANTIK"-MMC-nin layihələri Bakının ümumi memarlıq planına orqanik olaraq tam uyğun qəlir. Material və layihələrin hamısı, layihə institutlarında və muvafiq dövlət orqanlarında ekspertizadan keçirilərək lazım olan sertifikat və lisenziyalarla təmin olunurlar. Binalar 9-ballıq zəlzələyə qarşı seysmik davamlılığa malikdirlər.
Onuda nəzərə almaq lazımdır ki, "ANTIK" MMC başqa yerli tikinti şirkətlərindən fərqləndirici cəhəti odur ki, burada yüzlərlə yerli mütəxəssislər çalışırlar, həmçinin tikiniti üçün yerli materiallardan istifadə olunur.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu