“AVAND” oteli 28 may metrosunun təzə çıxışından 5 dəqiqəlik məsafədə yerləşir. Bulvar və İçəri Şəhərdən -15 dəqiqəlik gəzinti ayırır. Otelin 17 nömrəsi fəaliyyət göstərir. Otelin müasir nömrələri öz zərif və gözəl interyeri ilə seçilir. Otaqlar kondisionerlə təchiz edilmiş, həmçinin bütün nömrələrdə mini bar, telefon, LCD televizor, kabel televiziyası, seyf, istilik sistemi, hamam ləvazimatlari, fen və balkonu var. Otelin hər bir tərəfi pulsuz WI-FI sistemi ilə təchiz edilmişdir. Hər gün 07:00 - dan 10:00 - a kimi nömrələrdə və restoranda pulsuz səhər yeməyi verilir. Həmçinin otelimizdə siz istədiyiniz vaxt Azərbaycan və Avropa mətbəxinin təamlarını dada bilərsiniz. Hava limanından otelə qədər transfer pulsuzdur. Pulsuz avtomobil dayanacağımız da qonaqlarımızın xidmətindədir.
Qiymətlər: Single -50 AZN+səhər yeməyi
Double/twin-60 AZN +səhər yeməyi
Bu səhifənin daimi ünvanı |
Bu səhifəyə keçid kodu |
|