09 dekabr 2019


BİZNES VƏ MALİYYƏ > Biznes mərkəzləri > Holdinqlər > Sığorta > Lizinq > Kreditlər və investisiyalar > Bazar araşdırmaları > Birja və Fond > Broker və diler şirkətləri > Biznesə köməkçi (yardımçı) xidmətlər > Bank avadanlıqları > Banklar

“Meqa Sığorta” ASC
 
 "Meqa Sığorta" şirkəti yeni “Cəngavər” reklam kampaniyasını təqdim edir.

 

Nəzərinizə çatdırmaq istəyirik ki, şirkətin yeni reklam konsepsiyasının məqsədi insanların həyatında mühüm rol oynayan və müasir həyatın vacib hissələrindən biri olan sığortaya və onunla bağlı bütün məsələlərə əhali tərəfindən diqqətin daha çox cəlb edilməsidir. Məhz bu istiqamətdə görülən işlər nəticəsində şirkətin yeni sloqanı və simvolu meydana gəldi. 

 

Hamıya bəllidir ki, sığortalanmaq  - ehtiyatlı davranmaq, işini ehtiyatlı tutmaq deməkdir və bu faktlara əsaslanaraq, Meqa Sığorta şirkəti “Ehtiyat hər kəsin yaraşığıdır” sloqanını özünə şirkətin devizi kimi seçdi. Bu sloqan “Ehtiyat igidin yaraşığıdır” atalar sözünün bir gədər geniş anlamıdır, eyni zamanda sığortanın məğzini bütövlüklə ifadə edən cümlədir. 

Yeni sloqan isə öz növbəsində sığorta şirkətinin reklam konsepsiyasının yenilənməsini tələb edir. Belə ki, konsepsiyanı düşünərək şirkət “Ehtiyat hər kəsin yaraşığıdır” sloqanına daha uyğun olan cəngavərlik mövzuna üstünlük verdi.

Beləliklə, insanların daima yardımına çatan əli qalxanlı igid, doyüşçü, cəngavər yeni reklam konsepsiyasının maskotu, yəni simvolu olaraq seçilmişdir.

 

Döyüşçü obrazı və onun geyimində istifadə olunan elemetlər tədqiqat nəticəsində qədim Azərbaycan tarixindən və dastanlarından götürülmüşdür. Burada xüsusi vurğu məhz milli çalarlara edilmişdir.  

Cəngavərə aid bütün atributlarla, yəni dəmir geyim, zireh, və s. ilə birlikdə ön planda ən vacib əşya  - igidin əlindəki qalxan olacaq. Üzərində Meqa Sığorta şirkətinin loqotipi təsvir edilmiş qalxan şirkətin rəmzi olaraq bütün reklam konsepsiyalarında dəyişilməz xətt kimi qalacaq.

 “Cəngavərlik” mövzusu, yeni simvol və sloqan Meqa Sığorta şirkətinin reklam aktivliyinə aid olan bütün tədbirlərində uğurla istifadə olunacaq.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu