23 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

“Azər-İlmə” MMC
 
  • AZ 1110 Şəmsi Rəhimov küçəsi ,2
    Tel.:  (99412) 465 90 36, 465 90 37
    Fax:  (99412) 465 90 37
    Моb.: (99450) 205 60 02
    E-mail: azerilme@azdata.net
    Web: www.azerilme.az

 “Azər-İlmə” MMC öz fəaliyyəti ilə dünya sivilizasiyasının maddi və mədəni sərvətlərinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalça sənəti ənənələrini yaşadır, inkişaf etdirir və bütün dünyada satışı vasitəsi ilə təbliğinə çalışır.
Xalçaçılığın ocağına çevrilmiş «Azər–İlmə»də 1996-cı ildə fəaliyyətə başlamışdır. Bu gün burada rəssamlar, sənətşünaslar, xalçaçılar, digər peşə sahibləri çalışır və onların sayı 350 nəfərə çatıb. Burada qədim ənənə ilə ən müasir texnologiyalar vəhdətində evləri bəzəyən çeşidli xalçalar hazırlanır. İpin əyrilməsi, təbii boyalarla rənglənməsi, xalça toxunması, toxunduqdan sonra dartılma, yuyulma işləriənənəvi yollarla və müasir texnologiyalarla aparılır. Xalça tam istifadəyə yararlı hala gətirilir.

5          Məramımız
-unudulmaqda olan çeşnilərin bərpası;
-yüksək keyfiyyətli xalçalar istehsal etmək;
-bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrini gələcək nəsillərə çatdırmaq;
-Azərbaycan xalçasının dünya miqyasında ticarətini təşkil etməklə layiqli təbliğinə nail olmaq.

          Miqyasımız    
   Tarixən qədim toxuculuq mərkəzləri olmuş Bakıda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə,Lerikdə, Şirvandatoxuculuq emalatxanaları olan bu müəssisə, əsrlər boyu biçimlənmiş milli ənənələri ən yüksək səviyyədə yaşadaraq Azərbaycanda və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
   “Azər-İlmə” MMC tərəfindən toxunulan Azərbaycan xalçaları 1997-ci ildə Amerika BirləşmişŞtatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover şəhərlərində 2003-cü ildə isə Moskvada keçirilmiş satış sərgilərdə müvəffəqiyyətlə iştirak etmişlər.
   Hazırda burda istehsal edilən xalçalar ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və dünyanın digər ölkələrində şəxsi kolleksiyaların və evlərin bəzəyinə çevrilmişdir. 

        Yaratdıqlarımız
   “Azər-İlmə” Azərbaycanın Qazax, Borçalı, Göyçə, Zəngəzur, Ağbaba, Dərəçiçək, Paşalı, Cəlaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və başqa tarixi ərazilərində xalq sənətkarları tərəfindən toxunulmuş xalçaların bədii və texniki xüsusiyyətlərini yaşadır. Eyni zamanda “Azər-İlmə” də istehsal edilən xalçalar müasir üslublu və texnoloji göstəriciləri baxımından beynəlxalq standartlara da cavab verir.
   “Azər-İlmə”də yun və ipəkdən toxunan, ən zərif toxunuşlu, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux ahəngdar koloriti ilə seçilən xalçalar bu müəssisənin emalatxanalarında peşəkar sənətkarlar tərəfindən ərsəyə gətirilir.

          Elmi fəaliyyət

    "Azər-İlmə"də Azərbaycan xalça ənənələrini, tarixini tədqiq edərək bu sahədə fundamental elmi tədqiqat işləri aparılır. "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradov irimiqyaslı tədqiqat əsərləri olan "Azərbaycan xalçaları", "Azərbaycan xalçaları: Qarabağ qrupu" kitablarının müəllifidir. Xalçalar, naxışlar və Azərbaycan xalça məktəbləri ətrafında tədqiqat işləri uğurla davam etdirilir.

          Uğurlarımız
    "Azər-İlmə"
 Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan xalçalarının tarixi şöhrətini böyük uğurla yaşadan, istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə Avropa bazarında xüsusi yer tutan müəssisə olaraq bir sıra milli və beynəlxalq mükafatlarla təltif  edilmişdir.

  1. "Uğur 2006" İQTİSADİYYAT VƏ BİZNES SAHƏSİNDƏ MİLLİ MÜKAFATI. "İxrac yönümlü istehsalın inkişafına töhfəsinə görə" nominasiyasında Consulting Business jurnalı tərəfindən 30 yanvar 2007-ci ildə təqdim olunmuşdur.

  2. "Caspian Energy International Award 2007" BEYNƏLXALQ MÜKAFATI. "Azərbaycan xalça sənətinin dirçəldilməsi və inkişafı" nominasiyasında Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən 27 mart 2007-ci ildə təqdim olunmuşdur.

  3. "Kraliзa Viktoriya adina eksklьziv mьkafati 2007("Queen Victoria Commemorative Medal")." Fəaliyyətində göstərilən şərəf, ləyaqət və fədakarlığa görə"  "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradov təltif edilmişdir. Mükafat Avropa Biznes Assambleyasının 19-21 mart 2007-ci il tarixində Oksfordda keçirilən Liderlər Samitində təqdim edilmişdir.

  4. “Avropa Keyfiyyət Mükafatı 2009 ”
    Fəaliyyətində boyunca Avropa standartlarına uyğun  yüksək keyfiyyətli məhsul istehsal etdiyi üçün "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradov“Avropa Keyfiyyət Mükafatı” ilə təltif olunmuşdur. Mükafat Avropa Biznes Assambleyasınd təqdim edilmişdir

  5. “İlin Brendi 2010”
    Beynəlxalq “Caspian Energy” Media Qrupu 2010-cu ilin yekunu kimi “Azər-İlmə MMC”-ni “İlin brendi” mükafatına layiq görüb. Bu mükafatla “Azər-İlmə MMC” Azərbaycanda xalça sənətinin inkişafına böyük töhfələr bəxş etməsinə, bu qədim dekorativ tətbiqi sənət növünün yaşadılmasına, qorunmasına, həmçinin təbliğinə görə təltif edilib.
Uğur-2006
Queen Victoria Commemorative
Medal
Caspian Energy International
Award

1
European Quality -2009
2
İlin Brendi 2010


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu