24 aprel 2024


MALLAR VƏ XİDMƏTLƏR > Təmizləmə > Avtomatlaşdırma sistemi > Xidmətlər toplusu > Barter > Ketrinq > Distribüterlik > Mətbəələr > Kadr agentlikləri > Menecment və konsaltinq > Tərcümə xidmətləri > Hüquq xidmətləri > Audit və mühasibat uçotu > Təhlükəsizlık sistemləri > Sertifikatlaşdırma > Reklam agentlikləri > Proqram təminatı > Mətbəə xidmətləri > Mühafizə fəaliyyəti > Ağıllı evlər və binalar > Ağıllı ev > Tikinti şirkətləri > Layihələrin Təşkili > Generatorlar > Qiymətləndirmə > Yaşıllaşdırma > Suvarma

"Business Law Company"
 
 Biz, hələ 2003-cü ildə kiçik, orta və iri biznesin yüksək inkişaf və artım templərini müşahidə edərək, peşəkar konsaltinq sahəsində Avropa səviyyəli yerli şirkət yaratmaq qərarına gəldik. 


Məqsədimiz bütün müştərilərimiz arasında faydalı biznes əlaqələrinin yaradılmasına,  uğurlu strategiyaların işlənməsinə və onların səmərəli tətbiqinə xidmət edəcək peşəkar komandanın yaradılmasından ibarət olmuşdur. Şirkətin təcrübəsi və peşəkarlığı komandamızın hüquq xidmətləri bazarında liderlərdən birinə çevrilməsinə imkan vermişdir. Məhsuldar fəaliyyət, dinamik artım və inkişaf illərində «Business Law» şirkəti Qafqaz regionunun aparıcı konsaltinq şirkətlərindən biri olmuşdur. 

Bu gün biz bütün biznes sahələrində sizə yardımcı ola biləcəyimizi tam əminliklə bəyan edə bilərik. Müştərilərimiz – artıq biznes sahəsində böyük nailiyyətlərə imza atmış, istehlakçı və investorların ürəklərinə yol tapmış və onların rəğbətini qazanmış yüksək gəlirli şirkətlər, eləcə də aqressiv marketinq siyasətini həyata keçirən və xarici tədarükçülər və istehsalçılarla əməkdaşlıq edən şirkət və təşkilatlardır. Lakin biz hələ yüksək inkişaf mərhləsinə qədəm qoymamış və öz fəaliyyətlərini inkişaf etdirməkdə olan gənc müştəriləri də  öz müştərilərimiz sırasında görməkdən hər zaman məmnunluq hissi duyuruq. Biz fəaliyyət göstərdiyiniz sahədə sizə yardımçı olaraq, yüksək nailiyyətlərin qazanılmasına təkan verə bilərik. 

Our long and abundant experience and deep knowledge of market offers us the opportunity of allegedly guiding and directing the companies and persons wishing to create the business in or outside of Azerbaijan. Besides the expert consulting services, we offer to render the assistance and support in business settlements.Çoxillik zəngin iş təcrübəmiz və bazarla bağlı dərin biliklərimiz bizə Azərbaycanda və onun hüdudlarından kənarda biznes qurmaq istəyən istənilən şirkət və şəxslərə bu sahədə sanki bələdçilik etməyə və onları doğru istiqamətləndirməyə imkan verir. Ekspert konsaltinq xidmətləri ilə yanaşı, biz biznes həllərinin tətbiqində yardım və dəstəyin göstərilməsini təklif edirik. 
Əminik ki, səmərəlilik və qarşılıqlı faydalılıq prinsipi əsasında əməkdaşlığın həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur. Bu baxımdan şirkətimiz üçün səciyyəvi olan aşağıdakı  xüsusiyyət və üstünlükləri qeyd etmək istərdik: 
• Çoxillik iş təcrübəsinə malik məsuliyyətli və etibarlı personal; 
• Sənayenin bütün baza sahələrində və qeyri-istehsalat sahəsində fəaliyyət göstərən müəssisələrin fəaliyyət xüsusiyyətləri ilə tanışlıq; 
• Nəhəng holdinq şirkətlərinə və müəssisələrinə kompleks xidmətin göstərilməsi istiqamətində zəngin iş təcrübəsi; 
• Xidmətlər sahəsində milli və beynəlxalq qayda və standartlar əsasında işlənmiş metodikaların mövcudluğu; 
• Xarici istehlakçılara yönümlü maliyyə hesabatı üzrə xidmətlərin göstərilməsi təcrübəsi; 
• Sifarişçilərin tələbatlarının dəqiq öyrənilməsi və məqsədyönlü qiymət siyasəti; 
• Partnyor şirkətlər vasitəsilə göstərilən xidmətlərin coğrafi baxımdan geniş əhatə dairəsi; 
• Peşəkar məsuliyyət.


Biz tam əminliklə qeyd edirik ki, yalnız dəqiq işlənmiş, vahid, şəffaf və nəzarət olunan sistem həm sürətli inkişaf, həm də böhran dövründə bütün iqtisadi tənəzzül şallarından və digər təhdidlərdən sığortalanmış olur. Xidmətlərimiz bu cür sistemin yaradılmasında sanki konstruktor qismində çıxış edir. Effektiv hüquq-konsaltinq xidməti təşkilatda immun sisteminin funksiyalarını yerinə yetirir. Lakin təşkilat əməkdaşlarının hələ üzləşmədikləri və təcrübə çatışmamazlığı səbəbindən müəyyən problemlərin həlli zərurəti qarşısında qala biləcəkləri vəziyyət hər an yarana bilər. Təklif etdiymiz xidmətlər təşkilatın istənilən vəziyyətdə imkanlarını tamamlayırlar. 

Göstərilən xidmətlərin formaları daha optimal və məqbul variantları fərdi şəkildə seçməyə imkan verirlər. Bu variantlar sırasında zərurətlə əlaqədar göstərilən KONSULTASİYA xidmətlərini, daimi  MÜŞAİYƏTxidmətlərini və ya lazımi andan təklif olunan AYRICA PEŞƏKAR XİDMƏTLƏRİ xüsusilə vurğulamaq lazımdır. Etibarlıq prinsipi biznesimizin əsasıdır, bu səbəbdən də biz məxfilik və müştərilərimizin maraqlarına madiqlik məsələlərinə xüsusi önəm veririk. . 

Bizim üçün həlli mümkün olmayan problemlər yoxdur. Sizin istənilən probleminiz bizim üçün yeni, daha məqbul həll variantlarını nəzərdən keçirmək imkanıdır.  Biz bunu peşəkar səviyyədə, keyfiyyətli şəkildə edirik və ilk növbədə son nəticə əldə etmək istəiyini rəhbər tuturuq. 
İşimizin son nəticəsi Sizin uğurunuzdur. Biz heç bir zaman Sizi probleminizlə üz-üzə qoymayacayıq. Biz sizinləyik və Sizin üçün çalışırıq.


Biz Sizə uğurlu biznesin yolunu göstərəcəyik!


Hörmətlə 
 

«Business Law» şirkətinin rəhbərliyi 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu