04 may 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"Qarachay" Construction Company
 
  • AZ 1000, Ramiz Quliyev küç., 4
    Tel.:  (99412) 379 26 58, 379 20 10
    Fax:  (99412) 379 20 10
    Моb.: (99450) 270 74 88
    E-mail: info@qarachay.az
    Web: www.qarachay.az
 

Azər Yusifov

Şirkət həmçinin ekskavatorlar, yük maşınları, beton nasoslar, kranlar, stasionar və mobil beton zavodları ilə təchiz olunmuş xüsusi parka malikdir. Şirkət müxtəlif ölkələrin avadanlıq və material təchizatçıları ilə əməkdaşlıq edir.

  “Qara-çay” şirkəti planlaşdırma, dizayn və xüsusi binaların, körpülərin, idman komplekslərinin, stadionların tikintisi daxil olmaqla bütün növ tikinti xidmətlərini həyata keçirir. “Qara-chay” şirkəti geniş miqyaslı layihələri həyata keçirməklə bir dünya markası kimi tanınır. Bizim şirkətimiz tərəfindən tikilmiş biznes mərkəzlər, taxıl anbarları,  xəstəxanalar, məktəblər, yollar, muzeylər, yanacaqdoldurma məntəqələri, hava limanları ən yaxşı keyfiyyətin göstəricisidir.“Qara-çay” şirkəti tikinti sektorunda mövcud olan standart və keyfiyyət təmsilçisi kimi tanınmışdır. Bizim şirkətimizin fəaliyyətində peşəkar mütəxəssislər, mühəndislər, texniklər və idarə heyəti iştirak edir.

“Qara-çay” tikinti şirkəti 2000-ci ildə yaradılmış ilk tikinti şirkətlərindən biridir.  Şirkətin təsisçisi Azər Yusifovdur.
“Qara-çay” şirkəti 2000-2011-ci illərdə  tikinti xidmətlərini təkmilləşdirərək yeni innovasiyalar tətbiq etməklə böyük bir şirkətə çevrilmişdir. Şirkət dövlət və özəl sifarişləri həyata keçirir.

Şirkət “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində yerli və dövlət əhəmiyyətli obyektlər tikib istismara vermişdir. Əksər obyektlərin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.




Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu