24 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Kaspian İncinerinq Kompani" MMC
 
 Kaspian İncinerinq Kompani MMC 2007-ci ildə təsis olunub. Şirkət Azərbaycanda və Xəzər dənizi regionu daxil olmaqla beynəlxalq səviyyədə dünya standartlarına uyğun neft emalı komplekslərini layihələndirilməsi, texniki sənədlərinin hazırlanması və başqa incinerinq-konsaltinq xidmətlərinin aparılması ilə məşğuldur.
Şirkətin uzun illər dünyanın aparıcı şirkətlərində böyük təcrübə qazanmış və yüksək elmi texniki potensiala malik kadr heyəti var.
Layihənin coğrafi məkanından və mürəkkəbliyindən asılı olmayaraq şirkət ən müasir texnologi avadanlıqlar, güclü kadr potensialı, bilik və bacarığı sayəsində müştərilərin qoyduğu tələbləri müvəffəqiyyətlə yerinə yetirməyə hazırdır. 
Ötən illər ərzində Kaspian İncinerinq Kompani MMC ,özünün yüksık elmi-texniki potensionalı ilə həm Azərbaycanda , həm də ölkə xaricində Orta Asiya və Əfqanıstanda neft emalı sahəsində yüksık nüfuz qazanmışdır və dinamik inkişaf edən şirkətlərədən birinə çevrilmişdir.
 Respublikada və ölkə xaricində qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirir. İSO 9001-2008 sertifikatına malikdir. Neft-qaz emalı obyektlərinin layihə işlərinin aparılmasında və təzyiq altında işləyən qazan və aparatların,qurğuların layiləndirilməsində, tikintisində, təmirində və istismarında işləmək üçün dövlət lisenziyalarınaına malikdir. Kaspian İncinerinq Kompani öz yüksək peşəkarlığa malik kadr heyəti ilə dünya standartlarına uyğun keyfiyyətə zəmanət verərək, beynəlxalq səviyyədə ən optimal, iqtisadi cəhətdən sərfəli və çevik layihə həllərini yerinə yetirir. 
Şirkət müxtəlif sənaye standartları (ANSI,API,BS,DIN,GOST-R, və s.) ilə iş təcrübəsinə malikdir. Şirkət həmçinin Sifarişçinin daxili qaydalarına (məs. boru sinifləri, SƏTƏM qaydaları və s.) əməl edir. Layihənin bütün mərhələlərində SƏTƏM qaydalarına (Təhlükəsiz istismar, Təhlükənin müəyyənləşdirilməisi və s) əməl etmək şirkətin əsas diqqət mərkəzindədir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu