20 aprel 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

"Gilan Turizm"
 
 Gilan Turizm 2005-ci ildə Azərbaycanda turizmin inkişafını təmin etmək məqsədi ilə "GILAN" MMC tərəfindən təsis edilmişdir. Unudulmaz ümummilli  lider Heydər Əliyevin Azərbaycanda turizmin inkişaf etdirilməsinə dair tapşırıqları istiqamətində fəaliyyətini davam etdirən firmamız Gilan Holding 'in tərkibində yer alır.Gilan Turizm olaraq nəqliyyat, yerləşdirmə, bələdçilik və viza xidmətləri verən firmamız eyni zamanda Azərbaycandakı turizm məktəblərinə köməklik göstərərək və turizm tədbirlərində bilavasitə iştirak edərək fəaliyyət göstərir.

Missiyamız;

• Gilan Turizm, uzun illər boyu sektorda qazandığı təcrübələr istiqamətində Turizm, Səyahət və Təşkilatçılıq sahəsində xidmət göstərir. Ölkə daxili və beynəlxalq uçuşlarda, bütün hava yollarının biletləri Gilan Turizm tərəfindən təmin edilə bilir. Təyyarə  biletlərindən əlavə dünya miqyasında geniş xidmətlərə sahib otel rezervasiya sistemimizlə də Gilan Turizm sizlərə ən uyğun yerləşdirmə imkanı verir.

• Xüsusən Ərəb ölkələri, Yaxın Şərq, Türkiyə,Avropa və Amerika qitəsi ölkələrində ixtisaslaşmış kadr heyətimizlə,yerləşdirmə, transfer və viza xidmətlərini göstəririk.

• Təcrübəli kadr heyətimizlə sərgilər, distribyutorluq iclasları, konfrans, simpozium, ölkə daxili və beynəlxalq konfransların təşkili və ticarət heyətlərində hər bir qonağımıza qüsursuz VIP xidmət vermək əsas məqsədlərimizdəndir.

• Gilan Turizm, təcrübəli və peşəkar kadr heyəti ilə, texnolojik təchizatını biliyi ilə birləşdirərək Ticarət Heyəti Tədbirləri təşkil edir.

• Sistemli bir komanda işinin gücünü arxasına alaraq, ən yaxşı xidməti almağınızı təmin edir. Təfərrüatlara fikir verir, hər təfərrüatı diqqətlə baxşıdan keçirərək, bütün mümkün ola biləcək problem və nasazlıqları aradan qaldırmaya çalışır.

• Təşkilatçılıq və xidmət sektorunun dəqiqlik, diqqətcillik, etina, fədakarlıq və gülər üzlülük əsasında yüksəldiyini dərk edir.

• Hədəfimiz, fərqli vəziyyətlərə hazır olaraq, alternativ planlarla irəliləyərək, hər addımı peşəkarlıqla və diqqətlə ataraq, ən yaxşı xidmət göstərməkdir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu