19 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Caspian Pipe Coatings" MMC
 

"Caspian Pipe Coatings" MMC-nin (EUPEC Pipecoatings Azerbaijan LLC-nin hüquqi varisi) 2002-ci ildə Azərbaycanda əsası qoyulmuşdur. O, öz sahəsində Xəzər regionunda fəaliyyət göstərən yeganə müəssisədir.

 

2003-cü ildən başlayaraq BP-Azərbaycan şirkətinin sifarişi ilə CPC ”Azəri-Çırag-Günəşli” və “Şah-Dəniz” yataqlarında Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində müxtəlif diametrli boruların korroziyaya qarşı izolyasiyasını və betonla örtüklənməsini həyata keçirmişdir. Müəssisə bunun ardınca ARDNŞ üçün Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bir hissəsinin betonla örtüklənməsi işlərini yerinə yetirmişdir.

 

2007-ci ildə CPC ABƏŞ üçün “Azəri-Çıraq-Günəşli” yatağının texniki su ilə planlı təmin edilməsi məqsədilə lay sularının nəqli üçün boruların korroziyaya qarşı izolyasiyası və və betonla örtüklənməsi işlərini həyata keçirmişdir. 2007 və 2008-ci illərdə müəssisə ARDNŞ-nin sifarişi ilə “Neft Daşları-Bahar” və “Bahar-Hövsan” sualtı boru xətlərinin betonla örtüklənməsini uğurla başa çatdırmışdır.

 

2009-cu ilin mayında CPC “Kaşaqan” (Qazaxıstan) layihəsi çərçivəsində EUPEC France şirkətinin sifarişi ilə təmi r- örtükləmə işlərini aparmışdır.  

 

CPC-nin təsisçiləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərtrans MMC-dir.EUPEC France CPC-nin strateji tərəfdaşıdır. CPC-nin rəhbəri - İcraçı direktor - Azər Nəriman oğlu İsayevdir.

 

 

SOCAR LOGOspaceAzerTransLogo

 

CPC-nin əsas müştəriləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir (ABƏŞ). Ötən 7 il ərzində CPC 2000 km uzunluğunda olan müxtəlif diametrli boruların izolyasiyasını həyata keçirmişdir.

 

Müəssisə boruların izolyasiyası sahəsində zəngin təcrübəyə və yüksək ixtisaslı kollektivə malikdir.

 İlham Əliyev: "Biz Azərbaycanı qisa bir zamanda zəngin dövlətə çevirmək niyyətindəyik və bunu edəcəyik"

 

Bakıda boru örtükləri istehsal edən “EUPEC PipeCoatings Azerbaijan Ltd.” birgə Azərbaycan-alman müəssisəsinin rəsmi açılışı olub. Mərasimdə repsublikanın Baş naziri İlham Əliyev, Almaniya səfiri Klaus Qrevlix, Yanacaq və energetika, İqtisadi inkişaf nazirlikləri və BP Exploration Ltd. şirkətinin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan hökumətinin başçısı respublikanın Avropa Birliyinə inteqrasiyasındakı yardımına görə Almaniyaya minnətdarlıq edərək deyib. Ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Gələcəkdə Azərbaycanın Avropa ailəsinə integrasiyası üçün Almaniyanın köməyi gərəkli olacaq və biz bu dəstəyi hiss edirik".

 

İlham Əliyev yeni müəssisədə Azərbaycanın neft strategiyası, iqtisadiyyatımıza sərmayə qoyuluşunun təminatı və yeni iş yerlərinin açılmasının öz əksini tapdığını qeyd edərək deyib: "Yaxın illərdə Azərbaycanın neft sektoruna 18 mlrd. dollar sərmayə qoyulacaqdır. Artıq indi Azərbaycan adambaşına xarici sərmayə qoyuluşunun həcminə görə, MDB-də və Şərqi Avropada ilk yerlərdən birini tutur."


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu