19 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

“Kaspian Drillinq Kompani”
 
 “Kaspian Drillinq Kompani” şirkəti Pay Bölgüsü müqaviləsinin imzalanmasından sonra Xəzər dənizində qazma əməliyyatlarını həyata keçirmək məqsədilə 15 Sentyabr 1996 ildə SSRI-in Dəniz Kəşfiyyat Qazma İdarəsinin (DKQİ) bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (55%) ilə Amerika Birləşmiş Ştatlarının Santa Fe şirkəti (45%) arasında yaradılmışdır.


Azərbaycan Respublikasının Ümummilli lideri – Heydər Əliyev Azərbaycan Respublikasının Neft Strategiyasının bir hissəsi olan Dədə Qorqud (24.08.1996) və İstiqlal (02.09.1998) yarımbatan qurğularının açılış mərasimlərində iştirak etmişdir.

Vaxtilə ABŞ şirkəti olan Santa Fe-yə aid 45% pay hissəsi 30 İyun 2009 il tarixdən etibarən KDK şirkəti tərəfindən əldə edilmiş və hal hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti KDK-nin 92,44%-nə sahibdir. 

KDK şirkəti Azərbaycan Respublikasının yerli şirkəti kimi qeydiyyata alınmaqla eyni zamanda beynəlxalq standartlara uyğun çox millətli heyəti ilə fəaliyyət göstərir və əsas fəaliyyət növü seysmik kəşfiyyatın verdiyi proqnozları qazmanın nəticəsi ilə təsdiqləməkdən və sualtı masalardan istismar quyularının qazılmasından ibarətdir. 

2011-ci il aprel ayının 24-də Kaspian Drilinq Kompani Ltd şirkəti DNV(Det Norske Veritas) şirkətindən İdarəetmə Sistemin Keyfiyyətinin ISO 9001:2008 Beynəlxalq Standartlarına uyğunluq sertifikatının alınmasına ilk cəhddə müvəffəqiyyətlə nail olmuşdur. Bu sertifikat Dənizdə Qazma Əməliyyatlarını İdarəetmə, Mühəndislik, Avadanlıq, Təmir və İşçi Heyətini də əhatə edir.

Şirkət Xəzərin Azərbaycan sektorunda mövcud 16 Pay Bölgüsü müqavilələrinin kəşfiyyat qazması üzrə əsas icraçısıdır və görülən işlərin nəticəsində Azəri-Çıraq-Günəşli və Şah Dəniz yataqları kəşf edilmişdir. Şirkətin sifarişçiləri: ABƏŞ; BP Şah Dəniz; BP İnam; Agip Azərbaycan; Şevron Azərbaycan; EAOC; NAOC; CİPCO.

Şirkətin fəaliyyəti dövründə İstiqlal və Dədə Qorqud üzən qazma qurğularından Qarabağ, Əşrəfi, Dan Ulduzu, Azəri, Çıraq, Günəşli, Şah Dəniz, Naxçıvan, Abşeron, İnam, Kürdaşı və Araz Dəniz strukturlarında, 14 geoloji strukturda predrillinq üsulu ilə sualtı masalardan istifadə edərək 100-dən çöx (şaquli, maili və üfiqi) quyular qazılmışdır.

 

ABƏŞ-in sifarişi ilə qazılan quyular Hi-Plus kateqoriyasına görə qiymətləndirilir.
 

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu