20 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"Paşa Sığorta Şirkəti" ASC
 
 “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti universal sığorta şirkəti kimi fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə icbari və könüllü sığortanın 30 növü üzrə xidmətlər göstərir. 30 milyon manat  ($38 mln) məbləğində nizamnamə kapitalı və 43 milyon manat dəyərində məcmu aktivləri ilə Paşa Sığorta kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta bazarının lideridir. 2010-cu ilin nəticələrinə görə şirkət sığorta haqlarının cəmi üzrə Azərbaycan bazarının lider beşliyində öz mövqeyini möhkəmləndirmişdir. Öz maliyyə bazasına, beynəlxalq əməkdaşlıq əlaqələrinə və peşəkar anderraytinqinə əsaslanaraq Paşa Sığorta həmçinin Azərbaycan sığorta şirkətləri üçün təkrarsığorta xidmətləri üzrə aktiv təchizatçıdır. Şirkətin sığorta və təkrarsığorta məhsulları və xidmətlərinin keyfiyyəti ISO 9001:2008 standartı üzrə Moody agentliyi tərəfindən təsdiqlənmişdir. Paşa Sığorta strateji neft-qaz layihələrinin sığorta riskləri üzrə BP-nin yerli partnyorudur. 2010-cu ildən şirkət Mühəndis Riskləri üzrə Sığortaçıların Beynəlxalq Assosiasiyasının həqiqi üzvüdür. Paşa Sığorta - insan haqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi və korrupsiya əleyhinə mübarizə üzrə BMT-nin Qlobal Saziş Təşəbbüsünün (UN Global Compact Initiative) iştirakçısıdır.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu