26 aprel 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"Medical Life" klinikası
 

Medical Life klinikası 01.08.2009-cu il tarixdən səhiyyənin ən vacib sahələrindən biri olan stomatologiyanın bütün bölmələri ilə xidmətinizdədir. Klinikamızın iş hədəfi mükəmməl nəticə əldə etmək üçünhəkimlərimizin professionallığı ilə müasir texnologiyanın vəhdətini yaratmaqdır.

-Ən müasir avadanlıqla təchiz olunmuş klinikada istifadə olunan cihaz və ləvazimatlar Almaniya, və Türkiyənin qabaqcıl şirkətlərinin məhsuludur.

-Klinikada Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq alətlərin və otaqların sterilizasiyası təmin edilir. Xəstələrimizin inamı bizim etibarlılığımızın və cavabdehliyimizin ən əsas şahididir.

-Klinikamız stomatoloji xidmətləri ilə həftənin 6 günü saat 9:00-dan 20:00-a qədər xidmətinizdədir.

-Medical Life klinikasında ortodontiya və implantologiya da daxil olmaqla stomatoloji bütün növləri həyata keçirilir. Müalicə ortopontomoqrofik görüntünün alınması ilə geniş həcmli konsultasiyadan və ilkin həkim müayinəsindən başlayır.

-Klinikada hər bir pasientə fərdi yanaşılır. İstənilən tibbi preparat pasientin fərdi xüsusiyyətlərinə uyğun olaraq seçilir.

-Pasientlərin klinikada qəbulu bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi kompyuterdə qeydiyyata alınmaqla həyata keçirilir. Hər bir pasient dişin bərpasına sərf ediləcək müddəti və xidmətin dəyərini bilmiş olur. Müalicənin nəticələrini müşahidə etmək məqsədiylə kompyuterin vasitəsilə klinikada tam müalicə kursu qəbul etmiş pasientlərlə mütəmadi əlaqə saxlamaq mümkündür.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu