12 noyabr 2019


İstehsalat > Kağız > İsitmə və soyutma avadanlıqları və istehsalı > Maşın və avadanliq > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Asfalt, beton, sement firmaları və layihələr > Kondisioner və soyuducular > Zavodlar > Tikinti materialları > Tikinti şirkətləri > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > Kimya sənayesi > Elektrik və elektron avadanlıgı > Energetika > Tütün və alkoqol > Ətraf mühiti qoruma vasitələri > Sənaye avadanlıqları > Yeyinti sənayesi və süd məhsulları > Neft sənayesi > İçkilər > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

“AZENCO” ASC
 

Azenco Qafqazda energetika sahəsində tikinti, layihələndirmə  və mühəndislik işləri aparan ən iri şirkətdir  və xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir. Azərbaycan Hökuməti 2008-ci ildə  şirkətin hüquqi statusunu dəyişənə qədər Şirkət dövlət müəssisəsi olan “Azerenerji” ASC-nin  tərkibində Azerenerjitikinti MMC adı altında  fəaliyyət göstərib. Dövlət Əmlakının İdarəetməsinə dair  Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli və 323 nömrəli əmrinə müvafiq olaraq şirkət Azenco Açıq  Səhmdar Cəmiyyətinə çevrildi.  Bu dəyişiklik Azerenerji şirkəti üçün köməkçi əməliyyat şirkətlərinin özəlləşdirilməsinə yönəldilən yenidən strukturlaşdırma ilə bağlı başlanğıc idi. Növbəti addım olaraq Dövlət Komitəsi özəlləşdirməyə dair investisiya müsabiqəsi elan etdi.

İNTERENERJİ (Azərbaycan) 23 dekabr 2009-cu ildə Azenco şirkətinin 97.5 % həcmindəki payına sahib olaraq investisiya müsabiqəsinin qalibi elan olundu. 

Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq mülkiyyət hüququnun İNTERENERJİ–yə verilməsi investisiya proqramının müvəffəqiyyətlə bitməsindən sonra baş tutacaq. Azenco şirkətinin paylarının 2.5 %-i şirkətin işçi kollektivinə mənsubdur.
Partnyorlar

Baş ofisi Daşqın Səfərov 9, Bakı, Azərbaycan ünvanında yerləşən Azenco şirkəti Qafqaz regionunda texnoloji cəhətdən ən qabaqcıl sənaye şirkətlərindəndir. Hazırda şirkət 10000-ə yaxın xüsusi təyinatlı maşın və avadanlıqlar, eləcə də daşınma vasitələri ilə təchiz edilmişdir. Onların böyük əksəriyyəti 2007-2008-ci illərdə istehsal edilmiş mexanizmlərdir. 

Şirkətin sənaye infrastrukturu ancaq aparıcı sənaye-istehsal şirkətləri tərəfindən təchiz edilir. Müştərilər siyahısı özündə ARDNŞ-ın tərkibində olan Azəriqaz İstesalat Birliyinin 43 regional podratçısını birləşdirir. ARDNŞ Azərbaycanın qaz şəbəkələrinin təkmilləşdirilməsi layihəsi çərçivəsində plastik boruları satın alır, öz növbəsində Sumqayıt Texnologiyalar Parkı onun tərkibindəki şirkətləri müqavilə əsasında 10 il ərzində müvafiq plastik borularla təchiz etməkdədir. 

Azenco həmçinin "Sumqayıt kombinə edilmiş dövrlü elektrik stansiyasının tikintisi” layihəsi çərçivəsində SIEMENS şirkətinin əsas yerli podratçısı qismində çıxış etmişdir. Bugünə qədər Azenco Azərbaycanda 7 ədəd modul elektrik stansiyalarını inşa etmişdir. Stansiyalar üçün avadanlıqlar dünya liderlərindən olan Finlandiyanın Wartsila şirkəti tərəfindən təmin edilmişdir.




Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu