23 aprel 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"Oksigen Klinik xəstəxanası"
 
  • AZ 1000, Nərimanov r-nu, 1959-cu məh. (Nərimanov kt-nın arxası)
    Tel.:  (99412) 465 00 23, 465 00 24
    Fax:  (99412) 465 00 25
    Моb.: (99440) 200 27 67
    E-mail: mail@oksigen.az
    Web: www.oksigen.az
 "Oksigen Klinik xəstəxanası" haqqında məlumat

Klinika Bakı şəhərinin ən gözəl güşələrindən biri olan metronun N.Nərimanov stansiyasının ətrafında N.Nərimanov adına istirahət parkı ilə üzbəüz, çoxlu sayda marşurut avtobusları dayanacağının qonşuluğunda yerləşir.
Yeddi mərtəbədən ibarət olan binamız şəhərsalmanın son prinsipləri nəzərə alınmaqla tikilmiş və şəhərimizə xüsusi gözəllik verən binalardan biridir.

Hər mərtəbə geniş hol və dəhlizə malikdir. Xüsusi dizayına malik diaqnostik otaqlar,həkim kabinaları hündür,işıqlı,geniş olmaqla bütün standartlara uyğundur. Palatalar xəstələrin sağlamlığının qısa müddətdə bərpası üçün bütün imkanlara malik olmaqla göz oxşayır.

Döşəmə və  divarlar bütünlüklə tibb müəssisələri üçün nəzərdə tutulmuş antibakterial materialla örtülmüşdür.
Mərkəzləşdirilmiş qızdırıcı və sərinləşdirici qapalı havadəyişmə sistemi qurulmuşdur.

Əməliyyat və reanimasiya şöbəsindəki-hepofiltrlər sayəsində ideal aseptik şərait yaradılır.

Birinci mərtəbədə xəstələrin rahat qəbulu üçün geniş hol,resepşin, bütün müayinələrin aparılması üçün lazım olan analizatorlara malik laboratoriya şöbəsi, analizlərin qəbulu otağı, qarderob, camaşırxana, həkim qəbulu otağı,litotripsiya, diaqnostik kabinələr, rentgen,kompyuter tomoqrafiyası, USM kabinələri yerləşir.

İkinci mərtəbədə “Oftolmologiya” qözə özəl son texnoloji müayinə və müalicə cihazları ilə xidmət,  xüsusi rentgen aparatı və avadanlıqla tachiz olunmuş stomaoloji kabinə, pediatriya, cərrahi, vertebroloji, nevroloji, ginekoloji, qastroenteroloji, allerqoloji, pulmonoloji, dermatoloji, kabinələr yerləşir.

Üçüncü mərtəbədə əsasən diaqnostik kabinələr;-funksional kardioloji; EKQ, rəngli Dopleo-Exokardioqrafiya, fiziki yük (tredmil) sınağı, EKQ (xolter) ürək fəaliyyətinin fasiləsiz monitorinqi,qan təzyiqi v nəbzin 24 saat fasiləsiz monitorinqi aparılan kabinələr, kolonoskopiya, qastroskopiya və lor, travmatoloji, ortopedik, revmatoloji kabinələr yerləşdirilib.,müasir müalicə aparatları ilə təchiz edilmiş fizioterapiya şöbəsində sinir sistemi ürək-damar sistemi,diş çənə sistemi,dəri əzələ, sümük oynaq xəstəlikləri müalicə edilir,reabilitasiya,idman təbabəti və həmçinin ozonoterapiya və plazmoferez həyata keçirilir.

Dördüncü mərtəbə dogum şöbəsindən ibarətdir. Palatalar 1 və 2 nəfərlik olmaqla bütün nəzarət və intensiv müalicə qurğuları ilə təchiz edilmişdir. Hər bir palata duş kabinələri,sputnik televiziya, kondisioner,telefon,növbətçi tibb bacısının və həkimin çağırışı üçün xüsusi pultlarla təmin edilib.
 Ana şöbəyə daxil oldugda ilk növbədə  “DATEX OHMEDA” kardiotokografiya (KTG) apparatı ilə dölün bətndaxili ürək döyüntüsü təyin edilir. Dölün ürək döyüntüləri uşaqlıq əzələsinin yıgılmaları,dölün hərəkətiti və eyni zamanda qıcıqların təsirindən aslıdır. Müəyyən edilmişdir,ki dölün hipoksiyası zamanı da ürək fəaliyyəti dəyişilir.
Yüksək səviyyədə avadanliqlarla təchiz olmuş Neonotoloji bölümdə müasir  standartlara cavab verən aparatlar mövcuddur .“GİRAFFE”  inkubatorları yenidoğulmuşların reanimasiyasında işlənilir. Yuxarı hissəsi mobil olduğuna görə prosedurların keçirilməsi asanlaşır. Adi inkubatorlardan fərqli olaraq uşağın həm çəkisini, həm temperaturunu inkubatordan çıxarmadan ölçmək olar. Bütün  inkubatorlar “DATEX OHMEDA” monitorları ilə təchiz olunub. Belə ki, reanimasiyada müalicə alan yenidoğulmuşların ürək-damar, tənəffüs, termorequlyasiya və başqa göstəricilər  24 saat bu monitorlarla izlənilir. “BİLİSOFT” fototerapiya apparatı vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlarda hiperbiliribunemiyaların müalicəsi zamanı istifadə olunur. Stasionar tipli fototerapiyadan fərqli olaraq, “BİLİSOFT” ev şəraitində və uşağı anadan ayırmadan  istifadə edilə bilər.Stasionar tipli fototerapiya küvezlərdə müalicə alan uşaqlar üçün  nəzərdə tutulub . “ENQSTOM CARESTATİON” süni tənəffüs apparatı  PC; SİMV; CPAP və digər  rejimlərdə vaxtından əvvəl doğulmuş və ağır tənəffüs çatmamazlığı olan uşaqlarda uğurla istifadə edilir

Beşinci mərtəbə stasionar  şöbəsindən ibarətdir.Palatalar 1 və 2 nəfərlik olmaqla bütün nəzarət və intensiv müalicə qurğuları ilə təchiz edilmişdir;Hər bir palata duş kabinələri,sputnik televiziya,kondisioner,telefon,növbətçi tibb bacısının və həkimin çağırışı üçün xüsusi pultlarla təmin edilib.Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.

Altıncı mərtəbədə əməliyyatxana və reanimasiya yerləşir.Burada əməliyyat bloku son model aparatlarla təchiz olunmuşdur. Əməliyyatxana 5 əməliyyat blokundan ibarətdir. Əməliyyatxana endoskopik tibbi avadanlıqla təchiz olunmuşdur. Endoskopik tibbi avadanlıqlar istehsal sahəsində dünya lideri sayılan “KARlSTORZ" firmasına məxsus aparatlarla təchiz olunmuşdur. “CE medical Systems" Almaniya istehsalı olan Datex Ohmeda markalı “Kardioserv" defibrilayatorlar 3 ədəd “Datex Ohmeda Centivo-5" tipli kardiomonitorları 2 ədəd “Datex Ohmeda Centivo-5" tipli narkoz aparatları,3 ədəd “Perfuzor-Litva-Vilmus" istehsalı olan,2 ədəd Koreya istehsalı olan Medifusion aparatları ilə təmin olunmuşdur.Centivo-5 tipli monitorların köməyi ilə xəstənin A/T, nəbzi oksigenin miqdarı,EKQ monitorinqi, sinir-əzələ keçiriciliyi əməliyyatın gedişi boyu daim nəzarətdə saxlanılır. Əməliyyatdan sonra xəstələr 9 çarpayılıq,tam müasir tələblərə uyğun aparatlarla təmin olunmuş reanimasiya şöbəsinə köçürülür.Burada ən son model “Dotex Ohmeda Certivo-5" tipli süni tənəffüs aparatı durur.Bu aparatın digər aparatlardan fərqi ondadır ki,5 rejimdə işləyə bilir. (CMV,Simv,cpap,Bilevel /ASB,ASB/Arnea)Bu aparatın köməkçi funksiya daşıyan rejimləri var:
  1. NIV
  2. ARC
  3. APD
  4. ASR
  5. CMV (idarəolunan məcburi ventilyasiya)
  6. SİMV /ASB (fasiləli sinxronlaşdırılmış məcburi ventilyasiya)
  7. Cpap (tənəffüs yollarında fasiləsiz müsbət təzyiq)
  8. ASB/Apnea (asfinksiyalar zamanı köməkçi tənəffüs)

Köməkçi rejimlər;

  1. NİV-qeyri invaziv ventilyasiya
  2. ARC-tənəffüs traktına müqavimətin kompensasiyası
  3. ASK-tənəffüs yollarının avtomatik sorulma proqramı
Bundan əlavə reanimasiya “CardioServ" tipli defibrilyar var. Üstün cəhətləri; əlavə olaraq kardio versiya funksiyası, standart aparatlarla daxili və xarici defibrilyasiya mümkündür.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu