24 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"Asnaf – Alkon"
 

TARİX

“Asnaf Sənaye Şirkəti” Azərbaycanda yaradılan ilk özəl şirkətlərdən biri kimi fəaliyyətə 1986-cı ilin oktyabr ayından başlamışdır. Şirkətin ilk məhsulu keçmiş Sovet İttifaqının nəhəng sənaye mərkəzlərindən biri sayılan Tolyatti şəhərindəki Voljsk avtomobil zavodu üçün rezin-texniki hissələr olmuşdur. Üçnövbəli rejimdə 400 nəfərə yaxın insanın çalışdığı istehsalatdan keçmiş SSRİ-nin onlarla müxtəlif şəhərinə fasiləsiz olaraq “Jiquli” avtomaşınları üçün rezin-texniki ehtiyyat hissələri göndərilirdi.

SSRİ-nin dağılması ilə “Asnaf” şirkəti istehsalatla bağlı müxtəlif respublikalardakı müəssisələrlə əlaqələrin kəsilməsi məcburiyyətində qalaraq istehsalın yönümünü dəyişdirir. Bunun üçün Avropanın bir neçə qabaqcıl şirkətləri ilə birbaşa müqavilələr bağlanır və Respublikamıza o vaxtlar ilk dəfə olaraq qabaqcıl texnologiyalarla hazırlanmış xammal, ehtiyat hissələri və avadanlıqlar gətirilir. Geniş çeşiddə, əsasən, məişət əhəmiyyətli məhsullar – qapı-pəncərə, qaraj və s.üçün alümin qoruyucu rolletlər(Alutech-Belorusiya), jalüzi(“Eclipse OPM”-İsveç-Şotlandiya), uçan həşəratlara qarşı qapı-pəncərə torları(Hunter Douglas-Niderland) və s. istehsalına başlanır.

Qısa müddət ərzində yüzlərlə binalarda, evlərdə, otellərdə, ofislərdə və s. Asnaf şirkətinin istehsal etdiyi məhsullar quraşdırılıb təhvil verilir. Şirkətimizin sifarişçiləri sırasında xarici kompaniyalar, dövlət strukturları və eləcə də, minlərlə adi vətəndaşları nümunə göstərə bilərik. Həmin sifarişçilər əvvəlkindən fərqli olaraq müasir texnologiya ilə hazırlanmış müxtəlif çeşidli məhsulları artıq uzaq Avropa və Asiya ölkələrindən deyil, yaşayıb işlədikləri ölkədə daha ucuz və daha tez bir zamanda əldə etmək imkanı qazandılar.

2000-ci ilin mart ayından başlayaraq Türkiyənin R-Alkon şirkəti ilə əməkdaşlığa başlayaraq Azərbaycanda Asnaf-Alkon birgə müəssisəsi yaradılır. 30 ilə yaxın istehsal təcrübəsi olan R-Alkon şirkəti müasir binaların fasadlarının izosistemli alümin –şüşə və Alkapon(alümin kompozit lövhə) ilə tərtibatı sahəsindəki çoxillik təcrübəsini Asnaf şirkəti ilə bölüşərək Azərbaycanda, eləcə də, onun hüdudlarından uzaqlarda – Qazaxstanda, Türknənistanda, Rusiyada qısa müddət ərzində bir sıra böyük həcmli işlər görür. Paytaxtın ən mərkəz yerlərində ucaldılmış istər köhnə, itsərsə də, yeni binalarının fasadlarını Asnaf şirkətinin istehsal etdiyi məhsullar bəzəyir. Bu isə, yüz min kvadratlarla qapı-pəncərə, fasad işləri deməkdir. Son illər Azərbaycanda gedən geniş miqyaslı inşaat işlərindən kənarda qalmayaraq Asnaf sirkəti öz istehsal potensialından səmərəli istifadə etmək məqsədilə 2003-cü ildən Mülki Tikinti sahəsində də fəaliyyətə başlamışdır.

 

MİSSİYA VƏ STRATEGİYA

“Asnaf” şirkəti fəaliyyətinin ilk günlərindən özünün əsas vəzifəsini Azərbaycan bazarına dünyanın qabaqcıl texnologiyalarını gətirmək və bununla da, azərbaycan istehlakçılarının yüksək keyfiyyətli sənaye məhsullarına olan tələbatını təmin etməkdə görür. Şirkətin belə bir mövqe seçməsi təsadüf deyil. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra azərbaycan vətəndaşları dünyanın müxtəlif ölkələrinə daha tez-tez səfərlər edərək yeni texnologiyalarla hazırlanmış müxtəlif təyinatlı sənaye məhsulları ilə tanış olur və onların öz vətənlərində istehsal olunaraq istehlakçılara satılması arzusunda olmuşlar. Son illər dünyanın müxtəlif ölkələrinin şirkətləri, korporasiyaları Azərbaycanda böyük layihələrin həyata keçirilməsi ilə məşğuldur. Şübhəsiz ki, inkişaf etmiş ölkələrin nümayəndələrinin Respublikamızda işlədiyi dövrlərdə müxtəlif sənaye məhsullarına olan tələbatını ödəmək üçün onlara dünya standartlarına cavab verən mallar təklif olunmalıdır. Azərbaycanın inşaat sektorunda onlarla yerli və xarici şirkət tikinti ilə məşğuldur. Həmin şirkətlər bir qayda olaraq inşaatda istifadə olunan materialların bir qismini xarici ölkələrdən idxal etmək məcburiyyətində olurdular. Müasir standartlara cavab verə bilən fasad və qapı-pəncərə sistemlərindən söhbət düşəndə podratçı şirkətlər bu sahədə təcrübəsi olan xarici şirkətləri Azərbaycana dəvət edirdilər. Bu isə vaxt itkisinə, məhsulun qiymətinin artmasına gətirib çıxarırdı. Ən önəmlisi isə kontrakt əsasında işini görən xarici şirkətlər öz ölkələrinə qayıtdıqdan sonra onların istehsal etdiyi məhsullara vaxtaşırı servis xidməti göstərmək üçün vətəndaşlar mütəxəssis axtarırdılar. Asnaf şirkətinin potensial sifarişçiləri yuxarıda göstərilən problemlərdən uzaqdırlar. Yüksək keyfiyyətli məhsul istaehsal etməklə yanaşı şirkət servis xidmətinə də xüsusi diqqət yetirir. Bu səbəbdən də, demək olar ki, Asnaf şirkətindən narazı qalanlar olmur. Bu mənada “Asnaf” şirkətinin mövqeyi və strategiyası müasir dövrün təklif-tələbat konsepsiyasına tam uyğun gəlir. Belə bir mühüm vəzifəni yerinə yetirmək üçün “Asnaf” şirkəti ilk növbədə özünün imicinin qorunub saxlanmasına çalışır. Istehsal olunan məhsulun keyfiyyət göstəriciləri ilk növbədə müvafiq istehsal sahələrinin, müasir avadanlığın, bu avadanlıqlarla işləyən yüksək peşəkarlığlı işçilərin və dünya standartlarına cavab verən xammal və aksesuaların olmasından asılıdır. “Asnaf” şirkəti sadalanan bütün bu şərtlərə dəqiq əməl etdiyinə görə təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda keyfiyyətli məhsul təklif etmək iqtidarındadır. Bir sözlə, Asnaf şirkətinin məhsullarından istifadə edən hər bir subyekt istər evində, istər ofisində və ya digər sahələrdə yalnız rahatlıq, arxayınçılıq, gözəllik və harmoniya tapa bilər.

MÜKAFATLAR

2000-ci ildən başlayaraq bu günə kimi “Asnaf” şirkəti fasiləsiz olaraq bir çox Dövlət və qeyri-dövlət sifarişlərini uğurla yerinə yetirir. Bakı Dəniz Vağzalının Binası, Respublika Doğum Evi, Hidrometrologiya Departamentinin binası, Kapital Bankın əsas inzibati binası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas inzibati binası, Milli Məclisin deputat korpusu, Milli Aviasiya Şirkətinin H. Əliyev adına Hava Limanındakı inzibati binaları, AZAL konserninin əsas inzibati binası, “Exselsior” mehmanxanası, ABU Arena İdman kompleksi və yaşayış binaları, “Green Park” yaşayış massivi, Roma Katolik kilsəsinin binası, Bayıl qəsəbəsindəki “Karlton Plaza Oteli”, Fövqəladə Hallar Nazirliyinin əsas inzibati binaları, Yeni Həyat yaşayış kompleksi, MAN satış və servis mərkəzi və s. onlarla özəl binalar, villalar Asnaf şirkətinin son illər izosistemli alümin-şüşə fasad və alkopon üzlük materialı tətbiq etməklə gördüyü işlərdir. Şirkətin izosistemli alümin-şüşə fasad və alümin kompozit material üzrə sifarişlərinin həcmi təkcə Azərbaycanda ildə 85-90 min kv.m təşkil edir. Bu həcm bütövlükdə Azərbaycanda görülən izoalümin və alümin kompozit işlərinin təxminən 40-45 faizini təşkil edir.

Şirkətin fəaliyyəti Respublikamızda və eləcə də, onun hüdudlarından çox-çox uzaqlarda lazımınca qiymətləndirilir. 2006-cı ildə Tusiab təşkilatı ilə Respublika Vergilər Nazirliyi intizamlı və ən çox vergi ödəyicilərindən biri kimi “Asnaf” şirkətinə fəxri təbrik məktubu təqdim etmişdir. 2004-cü il iyunun 15-də İspaniyanın Madrid şəhərində dünyanın 120 ölkəsindən 7000 şirkəti özündə birləşdirən Ticarət Liderləri Klubu Editorial Office nəşriyyat qrupu ilə birgə təsis etdiyi Yeni minilliyin Mükafatı olan İnşaat üzrə XVI Beynəlxalq Mükafata Asnaf şirkətini layiq görmüşdür. Azərbaycanın nüfuzlu nəşrlərindən olan Biznes və Consaltinq jurnalı isə ilin Şirkəti nominasiyasında 2007-ci ilin nəticələrinə görə inşaat sektorunda Uğur mükafatını “Asnaf” şirkətinə təqdim etmişdir. 2008-ci ilin aprel ayında isə İSO 9001-2000 Beynəlxalq Standart Sertifikatı alınmışdır.

NƏ İSTEHSAL EDİRİK

Izosistemli alümindən hazırlanan qapı-pəncərə sistemləri, binaların fasadlarının alümin-şüşə konstruksiyalarla tərtibatı ilk dəfə olaraq Azərbaycanda Beynəlxalq Bankın əsas inzibati binasında tətbiq olunmuşdur. Hələ 15 il əvvəl Bakının mərkəzində inşa edilən bank binasının fasadının ənənəvi daş, beton və ya kərpiclə deyil, alümin profil və şüşə ilə tərtib olunması çoxlarında belə bir yeniliyin özünü doğruldacağına şübhə oyadırdı. Bina istismara buraxıldıqdan sonra Bakıda inşa edilən istər xüsusi evlərdə, istərsə də inzibati binalarda izosistemli alümin-şüşə fasadların və ümumiyyətlə, bu növ alümindən hazırlanan qapı və pəncərələrin sayı artmağa başladı. Istehlakçılar Avropadan gətirilmiş yeni texnologiyaların üstünlüyünü öz gündəlik həyatlarında, evlərində, iş yerlərində hiss etdilər.

Izosistemli alümindən hazırlanan qapı-pəncərələr və ya fasadlar nədir və onlar taxtadan, PVX-dan hazırlanan qapı-pəncərə sistemlərindən nə ilə fərqlənir?

Hər şeydən əvvəl, bizim istifadə etdiyimiz alümin özünün kimyəvi tərkibinə görə, qalınlığına və konstruktiv formasına görə hamının əvvələr istifadə olunan bəsit alümin profildən tamamilə fərqlənir. Izosistemli alümin profillər iki hissədən ibarət olaraq zavod şəraitində xüsusi tərkibli PVX-dan olan termokörpü ilə sıxılaraq birləşdirilir. Profillərin çoxkameralı olması və termokörpünün iki profili biribirindən ayırması onların qışda soyuğu, yayda isə istini daxilə buraxmamasına səbəb olur. Profillər çoxpilləli kimyəvi işlənmədən keçib boya sexində rəngləndikdən sonra sifariş verilən layihəyə uyğun olaraq yığma sexində çərçivə, qapı və pəncərə formasına salınır. Bütün bu texnoloji proses Avropadan gətirilmiş ən müasir avadanlıqlar vasitəsilə həyata keçirilir. Boya sahəsində İtaliyadan gətirilmiş və italyan mütəxəssislərinin iştirakı ilə quraşdırılmış avadanlığın vasitəsilə profillər istənilən rəngdə boyana bilir. Profillərin üzərinə təbii ağac rəngini imitasiya edən boyanın vurulmasını aparan avadanlığın isə nəinki Azərbaycanda, hətta MDB respublikalarında da analoqu yoxdur. Bu texnologiya ilk növbədə boyanmada yüksək keyfiyyətə və sifarişin qısa zamanda yerinə yetirilməsinə şərait yaradır. Izosistemli alümin profillərdən istifadə etməklə yüksək mərtəbəli binaların fasadının şüşələnməsi həmin binalarda adətən istifadə olunan torpaq, sement, kərpic, daş, boya və s. tikinti materiallarına qənaət etməklə bərabər fasad işlərinin çox qısa müddətdə tamamlanması, təkrarolunmaz müasir dizayn yaradılması və gələcəkdə fasadın təmir işlərinin(suvağının, boyasının təzələnməsi) istisna olunması deməkdir. Bu növ fasad sistemlərinin yüksəkmərtəbəli binalarda tətbiq edilməsi seysmik cəhətdən də daha məqsədəuyğundur.

Asnaf şirkətinin Azərbaycanda ilk dəfə tətbiq etdiyi yeniliklərdən biri də, binaların fasadının alümin kompozit lövhələrlə örtülməsi işidir. Səthi xüsusi texnologiya ilə boyanmış alümin kompozit lövhələr müxtəlif ölkələrdə müxtəlifcür – Alpolic(Yaponiya), Alubond(Almaniya), Alucobond(Türkiyə) və s. adlanaraq müasir dünya memarlığında eksteryer elementləri sırasında mühüm yer tutur. Dünyanın müxtəlif ölkələrində inşa edilmiş müasir binaların fasadı məhz alümin kompozit lövhələrlə üzlənmişdir. Asnaf şirkətinə məxsus istehsal sahələrindən birində alümin kompozit lövhələr(Yaponiyanın Mitsubishi şirkətindən gətirilir) xüsusi avadanlıqların vasitəsilə müəyyən ölçüsü olan adi alümin vərəqələrdən müxtəlif formalı həndəsi fiqurlara çevrilərək inşaat sahələrinə daşınır və fasada montaj edilir. Bu lövhələrlə tərtib olunmuş binaların fasadlarının uzun müddət təmirə ehtiyacı olmur. Bundan əlavə, alümin lövhələrlə binanın divarı arasında qalan boşluq(5-6 sm) izolyasiya rolunu oynayaraq divarları nəmlikdən, soyuqdan, yayda isə qızmaqdan qoruyur. 3 ha-ya yaxın olan bir ərazidə Asnaf şirkətinin fabriki yerləşir. Aylıq istehsal gücü 10000 kv.m hazır məhsul olan fabrik boya sexindən, yığma sexindən, şüşə sexindən, alümin kompozit lövhələrin yığılması sexindən, qaynaq sexindən, 3 ambardan ibarətidr. Fabrikdə 150 nəfərə yaxın adam işləyir. Fabrikin ərazisində 50 nəfərlik yeməkxana, fəhlələrin məişət otaqları, avtomaşınlar üçün dayanacaq yerləşir.

TİKİNTİ

Son illər Azərbaycanda aparılan geniş miqyaslı tikinti işlərində Asnaf sənaye şirkəti də bilavasitə iştirak edir. Belə ki, AR Gənclər və İdman Nazirliyi ilə bağlanmış Müqaviləyə əsasən İsmayıllı rayonunda Olimpiya İdman Kompleksi inşa edilir. Bununla yanaşı Respublikanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə bir neçə 9 mərtəbəli yaşayış binasının tikintisi üzrə Müqavilələr imzalanmış və işə başlanmışdır. Asnaf şirkəti eyni zamanda özəl strukturlardan , ayrı-ayrı fiziki şəxslərdən də tikinti-təmir işləri ilə bağlı sifarişlər qəbul edir. 2009-cu ildə Bakının müxtəlif yerlərində 2 çoxmərtəbəli ofis-ticarət mərkəzinin tikintisinə başlanacaqdır. Inzibati binaların əsaslı təmiri sahəsində də, şirkət böyük həcmli işlər görür. Nümunə olaraq Bakı Dəniz Vağzalının binası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 mərtəbəli inzibati binasını, Kapital Bankın əsas inzibati binasını, Retro istirahət kompleksini, Türkiyənin Antalya şəhərində inşası tamamlanmış 5+2 ulduzlu Mardan Palace Otel kompleksini və s-ni göstərmək olar.

 

YERLİ LAYİHƏLƏRİMİZ


Highslide JS
ABU çoxmərtəbəli yaşayış massivi
Highslide JS
ABU ARENA idman kompleksi
Highslide JS
ABU çoxmərtəbəli yaşayış massivi
Highslide JS
Milli Aviasiya Şirkətinin inzibati binaları (Heydər Əliyev Aeroportu)
Highslide JS
AZAL konserninin əsas binası
Highslide JS
Azəriqaz ASC-nin əsas binası
Highslide JS
Azərbaycan beynəlxalq Bankının əsas binası
Highslide JS
Caspian Business Center
Highslide JS
Bakı Dəniz Vağzalının binası
Highslide JS
Bakı Dəniz Vağzalının binası
Highslide JS
Fizuli küçəsində 9 mərtəbəli yaşayış evi
Highslide JS
K.Səfərəliyevа 2 ünvanında çoxmərtəbəli yaşayış evi
Highslide JS
İçəri şəhər metro stansiyası
Highslide JS
EXCELSİOR mehmanxanası (5 ulduzlu)
Highslide JS
Green Park yaşayış massivi
Highslide JS
S.Vurğun-Tolstoy küç. kəsişməsində çoxmərtəbəli yaşayış evi
Highslide JS
S.Vurğun-Tolstoy küç. kəsişməsində çoxmərtəbəli yaşayış evi
Highslide JS
Beynəlxalq Sığorta Şirkətinin ofisi
Highslide JS
İrşad otel
Highslide JS
ISR Plaza
Highslide JS
ISR Plaza
Highslide JS
Jazz klubun binası
Highslide JS
Kapital Bankın əsas inzibati binası
Highslide JS
Kapital Bankın əsas inzibati binası
Highslide JS
MAN Showroom və servis mərkəzi
Highslide JS
MAN Showroom və servis mərkəzi
Highslide JS
Milli Məclisin deputat korpusları
Highslide JS
23 mərtəbəli yaşayış evi
Highslide JS
Respublika Doğum Evi
Highslide JS
Silkway şirkətinin ofis binası
Highslide JS
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Highslide JS
Yeni Həyat-yüksəkmərtəbəli yaşayış evi
Highslide JS
Yeni Həyat-yüksəkmərtəbəli yaşayış evi
Highslide JS
Zabrat Aeroportu
Highslide JS
Carlton Plaza mehmanxanası
Highslide JS
Carlton Plaza mehmanxanası
Highslide JS
Respublika Doğum Evi
Highslide JS
İsmayıllı Olimpiya İdman Kompleksi
Highslide JS
İsmayıllı Olimpiya İdman Kompleksi
Highslide JS
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Highslide JS
“Port Bakı” Satış Mərkəzi.
Highslide JS
“Bosfor” Mehmanxanası
Highslide JS
Yeraltı keçidlər
Highslide JS
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Highslide JS
Pirallahı qəsəbəsində yaşayış binası
Highslide JS
İnzibati Bina
Highslide JS
İnzibati Bina
Highslide JS
Hərbi Qospital
Highslide JS
Azərbaycan Respublikasının Milli Məclisinin Deputat korpusları
Highslide JS
ASNAF Apart-Otel
Highslide JS
Qəbələ Beynəlxalq Aeroportu
Highslide JS
Qəbələ Beynəlxalq Aeroportu
Highslide JS
Qəbələ şəhərində Mehmanxana
Highslide JS
Qəbələ şəhərində Mehmanxana


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu