20 aprel 2024


ELM VƏ TƏHSİL > Təlim və kurslar > Əlavə təhsil > Ali təhsil > Elmi tədqiqatlar > Elmi müəssisələr > Orta və məktəbdən kənar təhsil > Xaricdə təhsil

"İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu"
 
  • AZ 1011, H.Zərdabi prospekti, 88a
    Tel.:  (99412) 430 02 15, 430 12 29
    Fax:  (99412) 431 91 80
    E-mail: office@ier.az
    Web: www.ier.az
I mərhələ - sovet dövrü. 
      Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli 685 say­­­­­lı qərarı ilə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu yaradılmışdır. Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun əsas funksiyası, mərkəzləşdirilmiş planlı idarəetmə sisteminin tələblərinə uyğun olaraq, Azərbaycanda sosial-iqtisadi inkişafın planlaşdırılmasının elmi əsaslarının gücləndirilməsi idi. İnstitutun təşkilati strukturu 20 şöbədən və onların tərkibində fəaliyyət göstərən 56 sek­tordan və 7 qrupdan ibarət olmuşdur. Burada 380 nəfərdən çox işçi çalışırdı ki, onların da 80%-dən çoxunu elmi işçilər və elmi-köməkçi heyət təşkil edirdi. Bu illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda 100-ə qədər iqtisad elmləri doktoru və namizədləri yetişdirilmişdir.

II mərhələ - ölkənin keçid dövrü. 
        Dövlət müstəqilliyinin bərpası və bazar müna­sibətlərinə keçidlə əlaqədar olaraq, Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun yenidən qurulması zərurəti meydana çıxmışdır və Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 1994-cü il tarixli 98 saylı Fərmanı ilə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun əsasında İqtisadi İslahat­lar Mərkəzi yaradılmışdır. Yeni təşkil edilən Mərkəzin əsas məqsədi bazar münasibətlərinə keçid şəraitində ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasını, iqtisadi islahatların strateji istiqamətlərinin müəyyənləşdirilməsini və beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə iqtisadi əməkdaşlıq sahəsində əlaqə­lərin genişləndirilməsini, gücləndirilməsini təmin etmək idi. Təşkilati strukturu 8 şöbədən ibarət olan Mərkəzdə 70 əməkdaş çalışırdı ki, onlardan da 5 nəfəri elmlər doktoru, 12 nəfəri isə elmlər namizədi idi.

III mərhələ - ölkənin davamlı inkişaf dövrü. 
       Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» 28 dekabr 2006-cı il tarixili 504 saylı Fərmanı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin və Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutunun bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu yara­dıl­mış­dır. İnstitutun təşkilati strukturunda 10 şöbə və 85 stat vahidi mövcuddur. Hal-hazırda institutda 61 nəfər əməkdaş çalışır ki, onlardan da 2 nəfəri elmlər doktoru, 6 nəfəri isə elmlər namizədidir.


İnstitutun missiyası:
 
- ölkədə davamlı və dinamik iqtisadi inkişafın təmin olunmasının, o cümlədən iqtisadi islahatların həyata keçirilməsinin strategiya və taktikasının elmi əsaslarının işlənilməsi;
- dövlətin sosial-iqtisadi inkişafına dair strateji istiqamətlərinin müəyyənləşdirilməsi və bu istiqamətlər üzrə konsepsiya, proqram, təklif və tövsiyələr hazırlanması;
- Milli iqtisadiyyatın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunmasının, beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinin və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasının elmi əsaslarının işlənilməsi;
- ölkədə sosial–iqtisadi inkişafın gedişinin təhlili, qiymətləndirilməsi, modelləşdirilməsi və proqnozlaşdırılması istiqamətində tədqiqatlar aparılması və iqtisadi inkişafın siyasətini həyata keçirən dövlət idarəetmə orqanları ilə əməkdaşlıq ediməsi;
- ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətinin elmi–metodoloji əsaslarının işlənilməsi;
 - investisiyaların cəlb edilməsi və həyata keçirilməsi, dövlət investisiya layihələri sahəsində elmi–metodoloji əsasların hazırlanması;
- dövlət iqtisadi idarəetmə və maliyyə siyasətinin elmi – metodoloji əsaslarının hazırlanması;
- sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı sahəsində siyasətin elmi və metodoloji əsaslarının hazırlanması;
- iqtisadiyyat sahəsi üzrə mütəxəssislərin hazırlanması və onların ixtisasını artırmaq istiqamətində tədris tədbirlərinin həyata keçirilməsi;
- ölkədə iqtisadi islahatların həyata keçirilməsi, müasir iqtisadi inkişaf problemlərinin tədqiqi ilə bağlı yerli və beynəlxalq elmi – praktik konfransların, simpoziumların və digər tədbirlərin həyata keçirilməsi;
- regional və sahəvi inkişaf proqramlarının layihələrinin hazırlanması və ekspertizası;
- iqtisadi islahatlar haqqında kütləvi informasiya vasitələrində şərhlər verilməsi, təbliğatın aparılması;
- elmi–texniki və iqtisadi informasiyanın toplanılması, işlənilməsi, saxlanılması, yayılması, informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiya texnologiyaları və onların təminat vasitələrinin isdifadə edilməsi, elmi–texniki informasiya fəaliyyətinə aid tədqiqatların aparılması, informasiya materiallarının nəşr edilməsi və s;
- Nazirlik tərəfindən İnstitutun funksiyalarına aid olan məsələlərə dair verilən tapşırıqların icrası.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu