07 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"ARAZ RENK"
 
 Arazrenk şirkəti 1995-ci ildən etibarən öz fəaliyyət dairəsini Azərbaycanda qurmaqdadır. Şirkət Azərbaycan bazarında idxal etdiyi malların keyfiyyətinə görə hər zaman seçilmişdir. 1996-1997-ci illərdə ümumi müştəri qrupu olaraq çalışan Arazrenk 1998-ci ildən özünü fərqləndirmiş və pərakəndə satış sisteminə keçid xəttini həyata keçirmişdir. 1998-ci ildən 6 servis maşını, 2000-ci ildən 10 servis maşını ilə və 2002-ci ildə 34 servis maşını ilə fəaliyyət göstərən Arazrenk öz inkişaf prinsipini reallaşdırmışdır.

Bu arada şirkət dünyada tanınmış bir çox şirkətlərin – Cadbury Kent, Kraft Türkiyə, Colgate-Palmolive, Doğadan, Toprak təmizlik məhsulları, Erkul kosmetik ticarət nişanları kimi məhsulları öz istehlakçılarına təqdim etməkdədir. Arazrenkin 1996-cı ildə Kent ilə qurduğu iş birliyi Azərbaycan bazarında maksimum səviyyəyə çatmağa xidmət etdi.

Hazırda Cadbury Kent, Doğadan və Erkul kosmetik Azərbaycan üzrə rəsmi distribütoru olan Arazrenk öz əlaqələrini Türkiyə, Rusiya və Avropada olan iri istehsalçı şirkətlərlə də qurmaqdadır.

Şirkət həmçinin Gəncə-Lənkəran-Şəki-Quba və Sabirabad üzrə satış nümayəndəliklərinə malikdir. Bu ərazilərdən yaxın rayonlara da məhsulun paylanması həyata keçirilir.

Müasir vaxt çərçivəsində Arazrenk şirkətində 100-dən çox heyət çalışmaqdadır. Şirkət Bakıda 2000-ə yaxın satış nöqtəsinə, ümumilikdə isə Azərbaycanda 5000-ə yaxın satış nöqtəsinə malikdir.

Arazrenk şirkətinin əsas məqsədi Azərbaycan xalqına öz keyfiyyətli xidmətini təklif etmək və müştərilər ilə ən ali münasibətlərini saxlamaqdan ibarətdir.

2007-ci ildən etibarən Arazrenk şirkəti Bakı və Azərbaycan üzrə ticari işləri avtomatlaşdıraraq terminal sisteminə keçmişlər. Bütün ticarət agentləri PC pocket ilə təchiz olunublar.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu