25 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"AVRORA"
 
 

Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ-hüquqi aktlarında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin və əlverişli biznes mühitinin formalaşması müxtəlif profilli firma və şirkətlərin yaradılması təşəbbüsünü artırdığı bir şəraitdə 13 Aprel 2000 – ci il tarixindən etibarən “AVRORA” firması Bakı şəhərində fəaliyyətə başlamışdır.

Öz istehsal sahələrində istehsal edilən məhsulları, həmçinin distributorluğunu etdiyi şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdıran “AVRORA” firması qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunmuş geniş ticarət şəbəkəsi qurmuşdur. Distribüterlik şəbəkəsi 100-dən çox işçi qüvvəsi və çoxlu sayda nəqliyyat vasitələri ilə ölkənin bütün bölgələrinə, rayon və qəsəbələrinə, hətta kəndlərinə çox rahat şəkildə çatdırılmaqdadır.

Hazırki mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsində sahibkarlıq subyekti kimi AVRORA firması da ölkənin sosial-iqtisadi problemlərinin həllində öz imkanları daxilində iştirak edərək öz fəaliyyətini ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdıraraq sektorda layiqincə təmsil olunur.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə qəbul olunan dövlət proqramları çərçivəsində “AVRORA” firması da bir sıra tədbirlərin həyata keçirilməsində özünəməxsus şəkildə iştirak edir. Belə ki, istər 2004-2008-ci illər, istərsə də 2009-2013-cü illər “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramlarının əsas məqsədi yeni iş yerlərinin yaradılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, ixrac yonlü və idxalı əvəz edən yüksək keyfiyyətli məhsullar istehsal etməkdir. Dövlət və xalqın mənafelərinə yüksək qiymət verən firmamız öz iqtisadi fəaliyyətində bu məqsədlərin reallaşmasına dəstək olaraq bir sıra tədbirlər həyata keçirmişdir. “AVRORA” firması təkcə paytaxtda deyil, regionlarda da öz fəaliyyətini genişləndirərək yeni iş yerlərinin açılmasında öz töhfəsini verir. Xüsusilə qeyd etmək lazımdır ki, hal-hazırda Bakı, Gəncə, Quba, Göyçay, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt və Bərdədə şirkətin filialları açılmış və burada 800-dən çox insan müasir avadanlıqla təchiz olunmuş istehsal və xidmət sahələrinə cəlb edilmişdir. Firmamız gündəlik istehsal gücü müvafiq olaraq 30 t, 15 t, 5 t olan makaron, peçenye, biskvit fabriklərində istehsal etdiyi keyfiyyətli məhsullarla daxili bazarda özünə xüsusi yer tutmaqla yanaşı, həm də yaxın xarici və MDB ölkələrinə məhsul ixrac etməklə özünün kifayət qədər alıcı kontingentini formalaşdırmışdır. Bununla yanaşı, firma bərk buğda növü emal olunan tam kompyuterləşdirilmiş 6 mərtəbəli dəyirmana malikdir. Firmanın maddi texniki bazasına gəldikdə isə bu sahədə inkişaf yüksək templə artmaqdadır. Belə ki, təkcə Bakı şəhərində

  • Müasir avadanlıqla təchiz olunmuş Ofis (2 mərətbəli , sahəsi 2400 m2 )
  • Anbar təsərüfatı (sahəsi 4000 m2 olan quru saxlama, sahəsi 1500 m2 olan 2 mərtəbəli müasir soyuducularla təchiz olunmuş anbar)
  • Avtonəqliyat vasitələri (150-dən çox İsizu, Mitsubishi markalı yük avtomobilləri )
  • Xüsusi dəmir yolu mövcuddur.

”AVRORA” firması görülən bu işlərlə kifayətlənməyərək öz fəaliyyətinin bütün mərhələlərində uğurlarını davam etdirmək niyyətindədir.

Son zamanlar respublikamızın dünya iqtisadiyyatına inteqrasiya prosesinin inkişafı zəminində xarici ticarət əlaqələri də genişlənməkdədir. Tarixən bir çox sahələrdə olduğu kimi ticarət əlaqələrində də ölkəmizin mühüm partnyoru olan Rusiya Federasiyası, Gürcüstan eləcədə İspaniya, Latviya və Fransanın bir sıra firma və şirkətləri bu əlaqələrin genişlənməsində mühüm rol oynayır. Milli iqtisadiyyatın ayrılmaz tərkib hissəsi olan özəl sektorda özünəməxsus yeri olan “AVRORA” firması bu ölkənin bir sıra məhşur şirkətlərinin – “OST-ALKO”, “OST-AQVA”, ”PERNOD RİCARD”, ”PODOC-M”, ”AS LİGAS PİENA KOMBİNAT”, “TRADİSİİ KAÇESTVA”, “BALTİKA”, “SAN-İNTERBRYU”, “TRANSMARK”, ”YESENTUKSKİY PİVZAVOD”, “ROLLTON”, ”KUPYANSKİY MOLOÇNIY KOMBİNAT”, ”LYUSTDORF”, “HOCLAND-RUSSLAND”, ”PUSSKIY RECEPT”, ”SIBIRSKIY LIBERO VADOÇNIY ZAVOD”, ”SOLNESNİE PRADUKT”, ”TBİLVİNO”, ”VİSMA”, ”XEBCI MALODCI”, ”AREİTES DEL SUR-COOSUR”, “ACEİTUNAS GUADALQVİVİR”, “SİBİRSKİY BEREQ”, “AKADEMİYA ŞOKOLADA”, “SADİQO”, “EHRMANN” – eksklüziv distribüteridir.

Qeyd etmək lazımdır ki, firmamız bundan başqa yeni texnologiyaların əldə olunması və bu sahədə təcrübə qazanmaq məqsədilə İtalyanın bir sıra firmaları ilə səmərəli iş birliyi qurmuşdur.

“AVRORA” firması qloballaşan dünyada sektorda uzunmüddətli iqtisadi fəaliyyətini təmin etmək üçün həm öz məhsullarını, həm də distribüterliyini həyata keçirdiyi məhsulların istehlakçıya çatdırılması, təqdim olunması ilə kifayətlənməməklə, müştərilərinə müvəffəqiyyətlə satış sonrası xidmət də göstərməkdədir. Məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında müştərilərin, istehlakçıların məlumatlandırılması, onların daha asan seçim etmələri üçün mağaza daxili rəf nizam intizamına diqqət yetirmək, məhsulların satış qiymətlərinin oxunaqlı şəkildə göstərilməsi, mağaza daxili müxtəlif istehlakçı fəaliyyətlərinin-kompaniyaların həyata keçirilməsi və s. satış sonrası edilən xidmətlərin sadəcə bir qismini təşkil edir.

Müasir dövrdə azad rəqabət şəraitində məhsulun keyfiyyəti ilə yanaşı, keyfiyyətli xidmətin və müştəri məmnuniyyətinin təmin edilməsi işin əsas hissəsini təşkil edir. Şirkət rəhbərliyi bütün personalla birlikdə bu prinsiplərə önəm verərək, müştəri-şirkət əlaqələrinin mütəmadi olaraq yüksək səviyyədə qalmasını təmin edir. Müştəriyə ən yaxşı xidmət təklif etməyin vacib olduğunu bilən və istehlakçı olaraq müştəri kimi düşünməyə çalışan personalımız “hər zaman müştəri haqlıdır” devizini öz fəaliyyətlərinə sirayət etməyə çalışır. Bunun üçün savadlı, bacarıqlı kadrların hazırlanmasına önəm verən firma rəhbərliyi personalın daima inkişafı üçün təhsil və maarifləndirmənin bütün imkanlarından (seminar, kurs) maksimum istifadə edir.

Qloballaşan iqtisadiyyatda rəqabətə davamlı fəaliyyət göstərmək məqsədilə “AVRORA” firması dünyada və ölkəmizdə baş verən proses və yenilikləri daim diqqətdə saxlayır və yeni hədəflər müəyyən edərək həyata keçirir. Firmamız mövcud və gələcəkdəki bazar rəqabətini nəzərə alaraq düzgün strategiyanın müəyyənləşdirilməsinə çalışır. Uğurlu strategiyanın effektiv hədəflərdən asılı olduğunu yaxşı bilən rəhbərlik firma hədəflərini aşağıdakı kimi müəyyən etmişdir.

  • Keyfiyyət idarəçiliyi sisteminə əməl etmək və daim təkmilləşdirmək
  • Məhsulların keyfiyyətinin daim standartlara uyğunluğunu təmin etmək
  • Şirkətin idxal etdiyi yüksək reytinqli məhsulların distribüterliyini saxlamaq və artırmaq
  • Rəqabət şəraitində və müştərilərə göstərilən xidmətdə lider olmaq
  • Satış sisteminə dair ən yeni texnologiyaları tətbiq etmək
  • Şirkət əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün mütəmadi təlimlər keçirmək
  • Müasir marketinqin bütün tələblərinə cavab vermək


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu