24 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Körpü-Bina-Tikinti" MMC
 
 "Körpü-Bina-Tikinti (KBT)" şirkəti 2001-ci ildə təsis edilmişdir. Dünyanın qabaqcıl texnologiyalarının istehsalata tətbiqi, xarici əlaqələrin düzgün qurulması, işə istedadlı mühəndis və fəhlə kadrlarının cəlb edilməsi nəticəsində KBT MMC kiçik bir firmadan böyük tikinti müəssisəsinə çevrilmişdir. KBT MMC bugün Azərbaycanda xarici firmalarla rəqabətə girə bilən, güclü bazaya malik nəhəng tikinti təşkilatıdır.

Azərbaycanda sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, neft kəmərlərinin, su kanallarının, yanacaq doldurma stansiyalarının (YDS), istilik elektrik stansiyalarının (İES) tikintisi, dəmir yollarının çəkilməsi, torpaq işləri, bünövrələrin qoyulması, svay işlərini həyata keçirməkdədir. 

Təcrübəli, peşəkar işçi kollektivi, güclü inşaat maşınları, müasir texnika və avadanlıqlarla təchiz olunmuş parklarımız, dəmir-beton konstruksiyaları hazırlanan seximiz mövcuddur. 

Müəssisənin müasir standartlara cavab verən beton zavodları, qum, çınqıl istehsal edən karxanaları bu işlərin keyfiyyətli həyata keçirilməsi üçün işləməkdədir. Texnika və avadanlıqların təmirini yerinə yetirmək üçün sexlərimizdə peşəkar ustalarımız çalışmaqdadır.
Bu işlər dünyanın aparıcı istehsalçılarının (LIEBHERR, Komatcu, KATO, VOLVO, MANN, FORD, MERSEDES-Benz, MANITOU və s.) istehsalı olan inşaat texnikaları ilə həyata keçirilir.

Keyfiyyət siyasətimiz. Xidmət göstərdiyimiz əməkdaşlarımızın fikir və təklifləri də nəzərə almaqla büdcəmizi artıraraq, israfçılığa yol vermədən, faydalı istifadə edərək, şirkətimizin mütəxəssislərinin vəzifə borclarını nəzakətlə, vaxtında düzgün, etibarlı və daha keyfiyyətli yerinə yetirilməsi, bütün idarəçilik və sənədləşdirmə mərhələlərini təkmilləşdirərək inkişaf etdirilməsi istiqamətində müştəriləri məmnun edəcək idarəetmə mədəniyyətinin formalaşdırılmasıdır.

Bu idarəetmə mədəniyyətinə sahib olmaq üçün şirkətimizin mənimsədiyi prinsiplər aşağıdakı kimidir:

  • Müştəri təlabatını dərindən öyrənərək, bu təlabatı zn uyğun büdcə ilə rəqiblərimizdən daha əvvəl təqdim edə bilmək.
  • Vəzifə səlahiyyətlərini və məsuliyyətini dərk edən mütəxəssislərin yetişdirilməsi istiqamətində konkret addımlar atmaq.
  • Xarici şirkətlərlə iş birliyini daha da genişləndirmək.
  • İşçilərimizin layihə baxımından texniki bilik və bacarıqlarını kurslar, treninqlər vasitəsi ilə inkişaf etdirib beynəlxalq səviyyəli mütəxəssis kimi formalaşmasına və təcrübələrinin artırılmasına nail olmaq.
  • Daim öyrənmək, təkmilləşmək, yeniləşmək prinsipini həyata keçirmək.

Nəticə olaraq şirkətimizin əməkdaşlarının intelektuallığını və vəzifə xidmətlərini daim inkişaf etdirərək beynəlxalq miqyasda nümunəvi tikinti şirkəti olmasını hədəfləyir.

Hədəfimiz keyfiyyət, məqsədimiz daim inkişafdır.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu