07 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Hakan Foods"
 
 «Hakan Foods» Azərbaycan tradinq Co Ltd 2001-ci ildə«Hakan Aqro Commodites Tradinq Co» Dubay-DBNşirkətinin iştirakı ilə yaranmış birgə ticari-istehsal müəssisəsidir.
Şirkətin əsas fəaliyyəti beynəlxalq standartlara uyğun,yüksək alman texnologiyası əsasında hazırlanan geniş çeşiddə «Kral» markalı kolbasalar və Azərbaycan bazarında ilk dəfə olaraq vaakum qablaşdırma toyuq və mal ətindən sosislər istehsalıdır.
«Hakan Foods» şirkəti fəaliyyətinin ilk günlərindən yüksək keyfiyyətli və standartlara uyğun, ekoloji cəhətdən təmiz,istehlakçıların tələbinə uyğun məhsul istehsal etməklə onların rəğbətini qazanmış və yerli bazarda kolbasa məhsullarının istehsalının önündə gedən istehsalçılardan biri olmuşdur.
Kolbasa məhsulları üzrə ən gənc müəssisələrdən olmasına baxmayaraq şirkətimiz tərəfindən istehsal olunan məhsullar alıcıların tələb və tələbatlarına tam cavab verdiyi üçün onlar tərəfindən yüksək qiymətləndirilir.Qısa müddət ərzində müəssisə yüksək keyfiyyətli məhsulların istehsalçısı stasunu mənimsəmişdir.İstehsal etdiyimiz məhsullar ən tələbkar alıcının belə zövqünü oxşayır.
Fəaliyyət göstərdiyi müddət ərzində yerli bazarda layiqli yerini tapmış olan şirkətimiz «İnter Food Azərbaycan» 2002-2003 –cü illər yeyinti sənayesi 8 və 9-cu Beynəlxalq sərgilərində iştirak edərək öz məhsullarının tam çeşidini və onun istehsal texnologiyasını nümayiş etdirmişdir.Müəssisədə istehlakçıların tələbatını nəzərə alaraq buraxılan məhsulların keyfiyyətini yaxşılaşdırmaq üçün daima məqsədə yönlü iş aparılır.

İstehlakçıların marağı və yüksək zövqü əsasında servis. Tezliklə çatdırma.

Fəaliyyətimizin bütün sahələrində - istehsaldan başlayaraq satışa qədər bizim müəssisəmizin qarşısında bir məqsəd durur: müştərilərə fərdi xidmət göstərmək.
Hal-hazırda şirkətimiz yerli bazarda böyük nailiyyətlər qazanmışdır. Qazanılmış nailiyyətlər bizi daimi istehsal etdiyimiz məhsulları yaxşılaşdırmağa, onların keyfiyyətini yüksəltməyə şövg edir.
Biz məhsullarımızın satışına birtərəfli hərəkəti olan yol kimi yanaşmırıq.Malların çatdırılması bizim ekspeditorlar üçün istehlakçılarla birgə olan işin başlanğıcıdır.Fəal informasiya mübadiləsi bizə imkan yaradır ki, məhsullarımızı bazar və istehlakçı tələbatlarına tezliklə uyğunlaşdıraq.
Biz şadıq ki, müştərimizin sayı hər gün artır və biz Sizi onların sırasında görməyə çox şad olardıq.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu