24 aprel 2024


MALLAR VƏ XİDMƏTLƏR > Təmizləmə > Avtomatlaşdırma sistemi > Xidmətlər toplusu > Barter > Ketrinq > Distribüterlik > Mətbəələr > Kadr agentlikləri > Menecment və konsaltinq > Tərcümə xidmətləri > Hüquq xidmətləri > Audit və mühasibat uçotu > Təhlükəsizlık sistemləri > Sertifikatlaşdırma > Reklam agentlikləri > Proqram təminatı > Mətbəə xidmətləri > Mühafizə fəaliyyəti > Ağıllı evlər və binalar > Ağıllı ev > Tikinti şirkətləri > Layihələrin Təşkili > Generatorlar > Qiymətləndirmə > Yaşıllaşdırma > Suvarma

"Engin" MMC
 
  • Az 1029 Nerimanov r-nu, 1222 Mehelle, ev 12
    Tel.:  (99412) 447 76 00 - 06
    Fax:  (99412) 447 76 07
    Моb.: (99455) 455 51 10
    E-mail: office@engin.az
    Web: www.engin.az

MİSSİYA
Satış və logistika sinfində yüksək keyfiyyət sistem və mexanizmlər vasitəsilə istehlakçıların kütləvi istehlak malları çeşidinə olan ehtiyaclarını tam ödəmək.

GÖRÜM
Təchizat, bazarı əhatə etmə və ticarət nöqtələrində aparılan iş keyfiyyətinə görə ən yaxşı distribyutor şirkəti olmaq.

MƏQSƏD
Təchizatçılar üçün etibarlı əməkdaş, müştərilər üçün sərfəli təchizatçı olmaq.

Engin haqqında
22 dekabr 2000-ci il bizim üçün önəmli bir tarixdir. Daima böyüyən və inkişaf edən ailəmizin (Engin MMC) yaradıldığı gündür. İllər ötdükcə ailəmizin 35 nəfərdən 500 nəfərə gəlib çatmasını gücün simvolu kimi göstərmək, məncə ən doğru ifadə olardı.
Düşünürəmki bir çoxlarınız Procter & Gamble adını eşitmisiniz. Əyər bu ad Sizə heç nəyi xatırlatmasa belə məhsullarını tanıdığınıza əminəm. Elə şirkətimizin quruluş səbəbi də Procter & Gamble məhsullarının Azərbaycanda satışını təşkil etmək idi. İşə bu həvəslə başladıq və hər il hazırlanan inkişaf planlarını uğurla həyata keçirərək bu günki nəticəni əldə etdik. Artıq şirkətimiz rəsmi distribyutoru olduğu şirkətlər siyahısını böyüdüb. İndi Azərbaycanda Procter & Gamble ilə yanaşı Gillette, Wella, FERRERO, İpek Kağıt, Sara-Lee, Uni və Tbilvino kimi öz sahələrində lider olan şirkətlərində distribyutoruyuq.
Şirkətimizin 100% xarici investisiyalı olduğunu və son 7 ildə daima inkişaf etdiyini nəzərə alsaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici investisiyanın Azərbaycana cəlb olunması siyasətinin uğuru kimi də qiymətləndirməliyik. Məhs bu səbəbdən illər keçdikcə şirkətimizin qarşısında duran maneələrdə bir-bir aradan qaldırılmaqda və şirkətimiz iri vergi ödəyiciləri sırasına daxil olmaqdadır.

ENGIN MMC-nin DƏYƏRLƏRİ

İNSANLAR
Bizim əməkdaşlar ən dəyərli sərvətimizdir. Biz ən yaxşılarını seçəcəyik, onları inkişaf etdirib təkmilləşdirəcəyik, çünki biz daxildən inkişafa üstünlük veririk.
Biz, özüinkişaf və təkmilləşməyə səy göstərən işçilərimizi daim dəyərləndirir və dəstəkləyirik.
Hər bir işçi səylərinə və gördüyü işin keyfiyyətinə görə mükafatlandıracaq.

MƏSULİYYƏT
Biz, biznes qərarlar qəbul edərkən düzgün olmaq və obyektiv məlumatlara əsaslanmaq məsuliyyətini üzərimizə götürürük.
İşçilərimizin işlərinə sahibkar kimi yanaşmaları, tapşırıqların yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürmələri və digərlərinə təkmilləşməyə kömək etmələri dəstəklənir və rəğbətlədirilir.
Səmimiyyət hər kəs üçün əhəmiyyətlidir, buna görədə biz yalnız düşündüyümüzü ifadə edirik, başqalarının bizdən eşitmək istədiklərini yox.
Biz işlədiyimiz icmalara hörmətlə yanaşırıq və onların rifahını öz məsuliyyətimiz sayırıq.
Biz bir-birimizə münasibətdə düzgün və vicdanlıyıq və davranışımız iş etikası prinsiplərinə söykənir.

HÖRMƏT
Biz insanlara onların cinsi, irqi, dini və digər peşə fəaliyyəti ilə bağlı olmayan fərqlərindən asılı olmayaraq hörmət edirik
Biz bir-birimizə, müştərilərimizə və istehlakçılarımıza özümüzə qarşı görmək istədiyimiz rəftarı nümayiş etdiririk.
Biz əminik ki, işçilərimizin fəaliyyəti ən xoş niyyətlərə söykənir.
Biz inanırıq ki, etibar və hörmət – məhsuldar iş mühütü qurulmasının əsasıdır.

KOMANDA
Biz vahid komanda kimi fəaliyyət göstəririk və daim təkmilləşməyə çalışırıq.
Biz bilirik ki, ambisialı məqsədlərimizə nail olmağın yeganə yolu – bilik və bacarıqlarımızı birləşdirməkdir.
Biz heç kimə geriyə qalmağa imkan vermirik: çalışırıq bir-birimizə işimizin effektivliyini və bacarıqlarımızı artırmağa kömək edək və məqsədlərimizə çataq.
Biz həmişə komanda yoldaşlarımıza dəstək olmağa hazırıq.

NƏTİCƏ
Bizim hədəf - son nəticədir. Biz dayanmadan işləyirik ki, fəaliyyət göstərdiyimiz bütün bazar və seqmentlərdə lider olaq.
Biz hətta şəksiz lider olduğumuz halda da dayanmayacağıq.
Çünki bilirik ki, yalnız səylə çalışma sayəsində bütün məqsədlərimizə - həm ayrıca fərdin, həm də bütünlükdə şirkətin uğuruna - nail ola bilərik.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu