01 may 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"BEYNƏLXALQ SIĞORTA ŞIRKƏTI"
 
  • AZ 1065, C. Cabbarlı küç., 40 c
    Tel.:  (99412) 596 22 02
    Fax:  (99412) 596 22 12
    Моb.: (99455) 306 00 08, (99450) 462 00 08
    E-mail: iic@iic.az
    Web: www.iic.az
 Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş Beynəlxalq Sığorta Şirkəti (BSŞ) öz nizamnamə kapitalına (8 800 000 AZN) görə Azərbaycanın ən iri sığorta şirkətlərindən biri hesab olunur. Şirkət 05 fevral 2002-ci ildə qeydiyyata alınmış və 01 aprel 2002-ci ildən etibarən lisenziyalı sığorta şirkəti kimi fəaliyyət göstərir. Hal-hazırda biz öz müştərilərimizə könüllü və məcburi sığortanın 37 növü üzrə yüksək keyfiyyətli xidmətlər göstəririk.

Beynəlxalq Sığorta Şirkəti Azərbaycan Respublikasının sığorta bazarında aparıcı şirkətlərdən birinə çevrilərək, fəaliyyət müddəti dövründə etibarlı müdafiə yaratmaqla hüquqi və ya fiziki şəxs qismində olan müştərilərinin nüfuzunu qazanmışdır. Bunu əldə etmək üçün Beynəlxalq Sığorta Şirkəti müştərilərin tələbatına mükəmməl cavab verən sığorta məhsullarını yaratmaqla, onlara fərdi yanaşmanı öz fəaliyyətinin əsası kimi götürdü.

Beynəlxalq Sığorta Şirkətinin üstün cəhətlərinə yalnız keyfiyyətli xidmət və geniş xidmət spektri deyil, həm də çevik qiymət siyasəti, yəni şirkətin optimal və əlverişli tarifləri də aiddir. Bununla yanaş, bazarda öz payını genişləndirmək üçün Şirkət öz müştərilərinə yeni sığorta məhsulları və xidmətləri təklif edir.

Beynəlxalq Sığorta Şirkətinin layiq görüldüyü Menecmentin Keyfiyyət Sertifikatı (MSK) İSO 9001-2008 idarəetmə sisteminin və Şirkətin işinin beynəlxalq normaları müvafiqliyini təsdiq edən daha bir mühüm amildir.

Öz partnyorları və müştəriləri qarşısında öhdəliklərin yerinə yetirilməsi şirkətin sığorta xidmətlərinin geniş profilindən, əhəmiyyətli sığorta ehtiyatlarından, faktiki iş təcrübəsindən və peşəkar işçi personalından asılıdır. Bizim Şirkətin gücü peşəkarlığa və bilavasitə bizim xidmətləri hazırlayan və təqdim edən işçilərin təcrübəsinə əsaslanır. Dünyanın öndə gedən sığorta və broker şirkətləri tərəfindən dəstəklənən Beynəlxalq Sığorta Şirkəti bir neçə xarici dilə yiyələnmiş və yüksək peşəkarlığa malik olan sığorta mütəxəssislərindən və rəhbər kadrlardan ibarət olan işçi personalın fəaliyyəti nəticəsində hal-hazırda xarici sığorta bazarına çıxış əldə etmişdir.

Hal-hazırda Beynəlxalq Sığorta Şirkətinin qarşısında qoyulan məsələlərdən bir də yerli bazarın reallıqlarını nəzərə almaqla beynəlxalq standartlara müvafiq sığorta təminatının təklif edilməsidir. Şirkət əsas diqqəti vətəndaşların sığortalanma haqqında bilik səviyyəsinin artırılmasına ayırır. Bu məqsədlə Beynəlxalq Sığorta Şirkəti müntəzəm olaraq tanınmış İnternet səhifələrində və başqa kütləvi informasiya vasitələrində məqalələr dərc edir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu