19 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"NOBEL OIL" LTD
 

“Nobel Oil”, 1 iyun 2005-ci il tarixindən etibarən neft və qaz bazarında kompleks xidmətlər göstərən şirkətdir.
Müəssisə öz müştərilərinə göstərdiyi mühəndis-layihə və texniki xidmətlər çeşidini artıraraq, öz bacarıqlarını və fəaliyyət sahəsini genişləndirərək uğurla inkişaf edir.
Fəaliyyət göstərdiyi müddət ərzində topladığı texniki və sənaye təcrübəsini səmərəli şəkildə tətbiq edərək Nobel Oil şirkəti geniş çeşidli texniki layihələndirmə, maddi-texniki təchizat və tikinti xidmətlərini göstərir.
Mütəxəssislərin yüksək peşəkarlığı, müasir texnologiyalar, daxili texniki imkanların gerçəkləşdirilməsi və aparıcı şirkətlər ilə uğurlu əməkdaşlıq – bütün bunlar şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına öz töhfəsini verir.
Bizim məqsədimiz, müştərilərimizə iqtisadi cəhətdən sərfəli qiymətlərlə və beynəlxalq standartlara tam cavab verən xidmətlər göstərməkdir. Müştərilərimizə əlavə üstünlüklərdən faydalanmaq imkanını təmin etmək məqsədi ilə onların istismar ehtiyaclarını başa düşərək, ən yeni texniki həll yollarını işləyib hazırlamaq və tətbiq etmək üçün öz geniş təcrübəmizdən istifadə edir və korporativ mədəniyyətimizə arxalanırıq.




Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu