07 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"ELBA" MMC
 
  • AZ 2001 Gəncə şəhəri. Üzeyir Hacıbəyov küç.84
    Tel.:  (99422) 55 10 45
    Fax:  (99422) 57 88 58
    Моb.: (99455) 299 79 00
    E-mail: elchin.rustamov@elba.az
    Web: www.elba.az

Elba MMC haqqında

Ümumilli Liderimiz “Elba” Məhdud Məsuliyyətli Cəmiyyət 1999-cu ildən Rüstəmov Elçin Ənvər oğlu tərəfindən yaradılmış və hal – hazıra kimi fəaliyyət göstərir. Müəssisə ət və ət məhsulları, konservləşdirilmiş ət məhsullarının, süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olur. Müəssisə Gəncə şəhərində yerləşdiyinə baxmayaraq, Azərbaycanın demək olar ki, bütün şəhər və rayonlarını öz məhsulları ilə təmin edir.Elba MMC-nin rəhbəri
“Elba” Məhdud Məsuliyyətli Cəmiyyət artıq 10 ildir ki fəaliyyət göstərir. Müəssisədə istehsal etdiyimiz məhsullarla Azərbaycanın demək olar ki, bütün rayon və şəhərlərini təmin edirik.10 il ərzində müəssisədə xeyli işlər görülmüşdür.
Presidentlə Görüş2006-cı ilin sonunda Yunilizinq yolu ilə Almaniyadan avadanlıqlar alınıb gətirilmişdir - “İntervak” vakuum qablaşdırma maşını, “Yunipak” şpris-injektoru, “Vemaq Robbi-2” markalı vakuumdoldurma maşını, “Poliklip” klipvuran maşını.
2006-cı ilin sonunda müasir tələblərə cavab verən, bütün standartlara uyğun laboratoriya fəaliyyətə başlamışdır ki, burada istehsala daxil olan bütün xammal və satışa buraxılan bütün kolbasa çeşidlərinin laborator analizindən keçirilir. Bunun nəticəsində halal, təmiz və keyfiyyətli 40-dan çox kolbasa və delikates məmulatları istehsal olunur.

2006-cı illə müqayisədə, 2007-ci ildə mövsümlə əlaqədar olaraq müəssisədə çalışan iş yerlərinin sayı 40 nəfərdən 90 nəfərədək artırılmışdır.

2006-cı ildə İSO 9001-2000 və 2009-cu ildə HACCP sertifikatına layiq görülmüşük. 2007-ci ilin aprel ayında Avstriyanın Şaller firmaslndan ət emalı üçün nəzərdə tutulan KU-200 markalı “Laska” vakuum kutteri alınıb gətirilmişdir.
2007-ci ildə müasir tələblərə cavab verən  kolbasa məmulatları istehsalı üçün nəzərdə tutulan yeni bir istehsalat sexi tikilib istifadəyə verilmişdir, bundan başqa, müasir üslübda İdarəetmə binası, kolbasa məmulatlarının satışı üçün nəzərdə tutulan firma mağazası, yeməkxana, çamaşırxana, əyin dəyişmə və duşqəbuletmə otaqları da tikilib Sizin istifadənizə verilmişdir. Bundan əlavə, satış həcmini artırmaq məqsədilə 2006-cı il ərzində 5 maşın, 2007-ci il ərzində 4 maşın, 2008-ci ildə 9 maşın, 2009-cu ildə isə daha 5 maşin alınıb istifadəyə verilmişdir.

2008-ci ildə qablaşdırılma sahəsi üçün Azərbaycanda analoqu olmayan yeni Multivak aparatı, delikates sexi üçün inyektor aparatı, kolbasa istehsalı sexinə donuz piyi doğrayan (şpiqorezka) aparat alınıb gətirilmişdir. Xammalın nəqliyyəsi üçün Almaniyadan Mersedes yük maşını alınıb gətirilmişdir.
2009-cu ilin fevral ayında “Elba” MMC-nin nəzdində “Halal Qida” kolbasa məmulatlarınln istehsalı sexinin tikilişi başa çatmaq üzrədir. Halal sexi üçün yeni klipsator, kutter, peçlər artıq işçi vəziyyətindədir.

Elba MMC-nin nailiyyətləri

Schaller Diplom
Diplom

2010-ci il üçün nəzərdə tutulmuş keyfiyyət sahəsində məqsədlər

  • Yeni ekspedisiyaların yaradılması
  • Bakıda firma mağazasının açılması
  • Yarımfabrikat istehsalının genişləndirilməsi
  • Yeni soyuducu kamerası olan avtomobillərinin alınıb gətirilməsi
  • 100 ədəd soyuducu vitrinlərin alınıb satış məntəqələrinə yerləşdirməklə satış həcminin artırılması və məhsulun saxlanma qaydalarına riayət olunmasının təmin olunması
  • Daşkəsən rayonu ərazisində şəriət qaydalarına uyğun olaraq yeni iribuynuzlu və xırdabuynuzlu malqaranın kəsim sexinin tikilməsi və istifadəyə verilməsi

Keyfiyyət və Qida məhsullarının təhlükəsizlik siyasəti

Keyfiyyət üzrə təlimat və istifadə olunan keyfiyyət üzrə prosedurlar şirkətin bütün fəaliyyətini əhatə edir.

  1. İstehsalatda istifadə olunan texnoloji prinsiplərə sadiq olmaq, qida məhsullarının yüksək keyfiyyətli və təhlükəsiz buraxılmasının əsasını təşkil etməlidir.
  2. İstehlak olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi bazarda analoji qida məhsullarını təqdim edən rəqiblərin məmulatlarından yüksək və ya ona uyğun olmalıdır.
  3. Qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair bütün tədbirlər daimi və sistematik aparılmalıdır.
  4. Qida məhsullarının yüksək keyfiyyəti və təhlükəsizliyi həyata keçirilən aşağıdakı tədbirlərdən ibarətdir:
  • istehsalat üçün alınan xammalın, inqridiyentlərin və köməkçi vasitələrin keyfiyyətinə nəzarət.
  • texnologiyaya, standartlara və müvafiq normativ sənədlərə uyğun olmaq.
  • qida məhsullarının təhlükəsizliyi və idarəetmənin menecmentinə dair işçilər üçün nəzəri və praktiki məşğələlərin sistematik keçirilməsi.
  • texnoloji yeniliklərin istehsalatda tətbiqi.
  • istehlakçılara, dilerlərə, mağzalar şəbəkəsinə vaxtında keyfiyyətli və təhlükəsiz məhsulların çatdırılması.
  • qida məhsulları üçün qablaşmanın təhlükəsizlik meyarına görə seçilməsi.
  • ən tələbkar sifarişçiləri razı salmaq.
  • işçilərlə hörmətlə və nəzakətlə davranma, onlar üçün müvafiq iş şəraitinin qurulması, həvəsləndirmələr və işdə inkişaf üçün imkanların yaradılması.
  • təchizatçılar, partnyorlar, rəqiblər ilə əməkdaşlıq və xoş münasibətlərin qurulması.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu