04 may 2024


Mağazalar > Mebel > Ticarət mərkəzləri > Şirniyyat mağazaları > Elektrik > Elektronika və texnika > Saatlar > Uniformalar > Supermarketlər > Hədiyyələr, Suvenirlər, Çiçəklər > Optika > Mobil telefonlar > Əntiq mallar > Dəftərxana malları və seyflər > Kitablar > Xalçalar > Kontakt linzalar > Məişət avadanlığı > Laboratoriya avadanlıqları > Hamilə qadınlar üçün geyim > İçkilər > Sənaye avadanlıqları > Kabellər, sistem və avadanlıq, fibro-optik > Spirtli içkilər > Santexnika > İnteryer və tekstil > Kassa aparatları > Qapılar

"PIERRE CARDIN"
 
 Elə insanlar var ki, onlar, səhvə yol verməmək üçün, yalnız tanınmış markaları almaq istəyirlər. Belə insanlar bizim müştərilərimizdir.


2008-ci ildən başlayaraq, biz Azərbaycana Pierre Cardin “lüks” sinfinə aid elit mebelin – yataq dəstlərinin, qonaq otağı qarniturlarının və yumşaq mebelin eksklüziv idxalçıları qismində çıxış edirik. Biz müştərilərimizə həm artıq ölkəyə gətirdiyimiz, həm özəl sifariş əsasında ən keyfiyyətli materiallardan hazırlanmış klassik və müasir üslublu mebel təklif edə bilərik. 2010-cu ilin əvvəlindən biz Pierre Cardin brendinə məxsus uşaq və mətbəx mebeli kataloqları üzrə idxala başlamışıq. Bundan başqa, Sizin diqqətinizə Pierre Cardin və digər dünya brendlərinin istehsalı olan elit aksessuarlar təqdim edirik.
Mebelin yüksək səviyyəsi və əla xidmət sayəsində bizim şirkət Azərbaycam mebel bazarında bütün müştərilər üçün ən etibarlı partnyor və tədarükçü imicini qazanmışdır.

Sizin üçün, əlavə olaraq, seçdiyiniz mebelin görkəmini yaradıcı yanaşmanız əsasında dəyişdirmək imkanı yaradılır – Sizin istəyiniz əsasında biz mebelin ölçülərini, materiallarını, rəngini və hətta dəstlərin tərkibini dəyişə bilərik – müştərinin fantaziyası üçün Azərbaycanda hələ belə şərait yaradılmamışdı! Pyer Kardenin dizaynerlərinin şəriki olun və özünüzün təkrarsız interyerinizi yaradın!

Müsahibələrdən birində Metr belə deyib: “İstəməzdim ki, məni sosialist saysınlar, amma mən Yüksək modanı salon və atelyelərdən küçələrə çıxardığımla fəxr edirəm. Bir dəstə burjuaya 17 min avroluq paltar satmaq mənə heç vaxt maraqlı gəlməyib…”. Salonumuza gəldikdə, Siz bir daha əmin ola bilərsiniz ki, Pierre Cardin mebeli almaq hətta sıravi vətəndaşın imkanı daxilindədir.

Pierre Cardin – Home Collection – Bakı salonunun kollektivi yolunuzu gözləyir!

Azər İbrahimov, şirkətin prezidenti


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu