05 may 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

"MONOLİT PLAZA"
 

       Yeni fəaliyyətə başlamış Monolit Plaza sizə öz xidmətlərini təklif edir. Sizə burada hər cür yenilik, komfort və yüksək personal xidməti təqdim edirik. Bizim hər cür standartlara cavab verən 150 və 300 nəfərlik konfrans zallarımızda siz konfrans, treyninq və banketlərinizin yüksək peşəkarlıqla təşkilinə nail ola bilərsiniz. Geniş və işıqlı foye müxtəlif sərgilərin keçirilməsi üçün əvəzolunmazdır.

     Otelimizdə qonaqlarımızı heyran edəcək, dadını unutmayacaqları Milli və Avropa mətbəxindən nümunələr, öz istehsalımız olan, 100% təbii üzümdən hazırlanmış İsmayıllı şərabının ləziz tamını dadmaq üçün Şərab evi, həmçinin hər zövqə uyğun, ləzzətli şirniyyatların təqdim olunduğu Şirniyyat evi fəaliyyət göstərir.

   Qonaqlarımızı razı salacaq, əsl komfortun şahidi olacaqları single, twin və lüks otaqlarımızı və s. kimi imkanlarımızı təklif edirik.Daimi müştərilərə qiymətlərdə güzəştlər olunacaqdır.

    Otelimizdə həmçinin Biznes mərkəzi, bank, coffee shop fəaliyyət göstərir. Müştərilərimiz üçün  geniş və rahat avtomobil dayanacağı da mövcuddur.

    Şəhərin səs-küyündən, tıxac problemlərindən uzaq məkanda rahatlıq tapmaq arzusundasınızsa, bizə müraciət edin.

      Təklif etdiyimiz xidmətlərə tam təminat veririk. Razı qalacağınızdan əminik.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu