24 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"AzVirt" MMC
 
  • AZ1040 Sabunçu ray. Bakixanov qəs. B. Bunyatov küç. 26B
    Tel.:  (99412) 565 55 02, 565 55 03, 565 55 04, 565 55 07
    Fax:  (99412) 565 71 71
    Моb.: (99450) 210 32 66
    E-mail: office@azwirt.com
    Web: www.azwirt.com
 «AZVİRT» MMC 1995-ci  ildə yaradılmışdır. Müəssisənin əsas fəaliyyət sahəsi avtomobil yollarının və hava limanlarının uçuş-enmə zolaqlarınin  tikintisi və təmirindən, yol-inşaat materiallarının istehsalından ibarətdir. Şirkətin yol tikintisinə dair işlərin bütöv tsiklini –  çöl-axtarış (geodeziya), layihələndirmə və tikinti işlərini həyata keçirməsi «AZVİRT» MMC ilə digər müəssisələrin əməkdaşlığının səmərəsini daha da artırır, layihələrin reallaşdırılmasının keyfiyyətinə və  vaxtına ciddi təsir göstərir. İşlərin vaxtında və yüksək keyfiyyətlə təhvil verilməsi amilləri sifariçiləri daimi tərəfdaşlarımıza çevirir.                                                              

         «AZVİRT» MMC ölkədə bir çox layihələrin reallaşdırılmasında baş Podratçı kimi iştirak etmişdir. İlk öncə fəaliyyətini əsasən paytaxt Bakı şəhərində quran şirkətə sonradan ölkənin müxtəlif hissələrini birləşdirən əhəmiyyətli magistral yollar, daha sonra isə Gəncə, Lənkəran, Zaqatala kimi böyük şəhərlərdə mühüm layihələrin reallaşdırılması həvalə olunmuşdur ki, bu da şirkətə qarşı artan inam və etibarın bariz nümunəsidir.

         «AZVİRT» MMC 1995-ci ildə Bakı şəhərinin küçə və yollarının  əsaslı təmirini həyata keçirməklə müstəqil fəaliyyətə başlamışdır.

1998-ci ildə Almaniya Hökumətinin Bakı Aeroportuna ilkin kömək proqramı çərçivəsində maliyyələşdirdiyi «Bakı Aeroportunda «Boeing-747» təyyarələri üçün yönləndirici yolların və dayanacaqların tikilməsi» üzrə bağlanmış müqavilə şirkətə həvalə olunmuşdur. «AZVİRT» MMC bu işin öhdəsindən müvəffəqiyyətlə gəlmiş və layihədə nəzərdə tutulan müddətdə işləri yüksək keyfiyyətlə  təhvil vermişdir.

          1999-cu ildə şirkət tərəfindən yeni aerovağzal kompleksinə aparan estakadada yüksək keyfiyyətli yol çəkilmiş, habelə kompleksə giriş yolları və aeroportlarda xüsusi tip avtonəqliyyatların hərəkəti üçün yollar tikilmişdir.

«AZVİRT» MMC 2000-2004-cü illər ərzində  Bakı şəhərində bir  sıra küçə və prospektlərin əsaslı təmirini həyata keçirmişdir.    

         2002-2003-cü illərdə Səngəçal terminalı ərazisində daxili yolların tikintisini yerinə yetirmişdir.    

        2004-cü ildə «AZVİRT» MMC Böyük İpək Yolunun tərkib hissəsi olan «Şəmkir-Qazax avtomobil yolunun bərpası» üzrə keçirilən tenderdə «Azərkörpü» ATSC ilə konsorsiumda qalib gəlmişdir . 2006-cı il noyabrın 1-də həmin yolun rəsmi açılış mərasimi olmuşdur.

Heydər Əliyev Beynəlxalq Hava Limanında perronların tikintisi, 2005-2006-cı illərdə Pirallahı helikopter meydançasında və ərazisində asfaltbeton örtüyünün, yol geyiminin yenidən qurulması və tikintisi üzrə işlər də «AZVİRT» MMC tərəfindən müvəfəqiyyətlə həyata keçirlmişdir.    

         Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı (2004-2008-ci illər) çərçivəsində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə hava limanının uçuş-enmə zolağının, perrorunun, yönəldici yolların və Gəncə-Qazax yolundan hava limanına qədər asfaltbeton yolun yenidənqurulması işləri 2006-cı ilin oktyabr ayında müvəfəqiyyətlə sona çatdırılmışdır.

       2007-ci ildə başa çatmış  layihələr sırasınıa Zabrat «Azalhelikopter» Aviaşirkətinin uçuş meydançalarının tam yenidənqurulması işlərini aid etmək olar.

Müəssisə 2006-jı ilin mart ayında Lənkəran hava limanının aerodrom ərazisinin, yük terminalının ətrafının, vağzalyanı meydanın və hava limanına giriş yolunun yenidənqulması işlərinə başlamış və 08 oktyabr 2008-ji ildə obyekt istifadəyə verilmişdir.  

2006 – cı ilin avqust ayında Zaqatala hava limanının aerodrom ərazisinin yenidənqurulması işlərinə başlayan müəssisə qısa müddət ərzində  və keyfiyyətlə yenidənqurma işlərini  başa çatdırmışdır. 19 sentyabr 2008-ji ildə hava limanının istismara verilmə mərasimi keçirilmişdir.

«Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər  Planı»nın təsdiq edilməsi haqqında Azərbayjan Respublikası prezidentinin Sərənjamına  uyğun olaraq «Azvirt» MMJ  2007 – jı ilin mart ayında «Bakı şəhəri, Əzizbəyov dairəsi--H.Əliyev Beynəlxalq  Hava limanı avtomobil yolunun yenidənqurulması» üzrə   işlərə başlamışdır. 25 dekabr 2008-ci ildə tikintisi başa çatdırılan  yol istismara verilmişdir.

         Öz istehsalat bazasının və kadr potensialının durmadan gücləndirilməsini davam etdirən «AZVİRT» MMC-nin məqsədi istər Böyük İpək Yolunun bərpası, istərsə də şəhərimizin küçə və prospektlərinin abadlaşdırılmasında öz layiqli töhfəsini bundan sonra da verməkdən ibarətdir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu