03 may 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"CİTY CENTER"
 
 

Ekspertlərin rəyinə görə, Azərbaycanda yüksək komfortlu evlərin sayı hələ azdır, bax elə ona görə də, tələbkar alıcıya yeni yaşayış kompleksi olan "City Center" haqqında daha çox məlumat almaq vacibdir. Bu yaşayış kompleksi sanballı müştərilər üçün nəzərdə tutulan daşınmaz əmlaklar sırasında aydın şəkildə liderliyi saxlayır.
Kompleksin yerləşdiyi məkan, infrastrukturu, görkəmi və gözəlliyi onun müəlliflərinin qeyri-ordinar düşüncəyə malik olmasından və hər cəhətdən ideal olan ən yaxşı Ev tikmək üçün cəhd etməklərindən xəbər verir.
"City Center" – eksklüziv dizayn ilə bəhrələnmiş memarlıq mədəniyyətinin layiqli məhsuludur.

"Cite Center" mənaca ən yaxşı və layiqli obyektlərin yerləşdiyi "şəhər mərkəzi" deməkdir, harada ki sanballı firma və şirkətlər nüfuzlu yaşayış kompleksləri ilə qonşudur.

"City Center" in mükəmməlliyi və təkrarolunmazlığı mühəndis fikrinin son nailiyyətlərinə əsaslanan müasir tikinti metodikasına, habelə Gələcəyin yaşayış evi arzusunun texniki cəhətdən qüsursuz həyata keçirilməsinə istinad edir.

Hər bir ailənin öz evi olmalıdır – rahat, geniş, səliqəli və çox etibarlı. Bu zamanın tələbidir, bütün həyat problemlərini bir neçə saat ərzində həll etmək hamıya nəsib olmur. Bir çoxları uzun müddətdən bəri arzuladıqları, hər ailənin zövqünə uyğun olan və hər bir ev xanımını sevindirən mənzillərə sahib olmaqdan ötrü çox gözləməli olurlar. Sanballı daşınmaz əmlaka malik olmaq və böyük, gözəl mənzillərdə yaşamaq həm xoş, həm nüfuzlu və faydalıdır. Bu gözəl mənzil, bir qayda olaraq, onu diqqətlə seçən, bütün mənfi və müsbət cəhətlərini müdrik surətdə nəzərə alan sahibi üçün xoş təsir bağışlayan bir mükafatdır. Axı heç kəs sanballı əmlak seçərkən uduzmaq istəmir. Bu halda "City Center" yaşayış kompleksində ev almaq ən ideal variantdır! Bu gün "City Center" in bütün müştərilərinin bu tikilinin mükəmməlliyinə əmin olmaq üçün gözəl imkanları vardır.

 

"City Center" mənzillərinin sahibləri avtomatik olaraq çox saylı mühüm və operativ servis xidmətlərindən istifadə etməyə imkan əldə edirlər, bunu da sizin bütün ailə üzvləriniz qiymətləndirəcək.

Burada məişət problemlərinin həll edilməsi üçün hər cür şərait var: mallar və ərzaq məhsulları supermarketdən sizə günün istənilən vaxtında çatdıracaq, "City Center" in quru təmizləmə, camaşırxana və apteki bütün sifarişləri operativ surətdə icra edəcək.

Bayram naharı üçün hər şey: kompleksin birinci mərtəbəsində yerləşən restoranlarda çalışan dünya mətbəxinin təcrübəli aşpazların bişirdiyi ən dadlı yeməklər dərhal sifarişçinin mənzilinə çatdırılacaq.

İdman, sağlamlıq və gözəllik üçün hər şey: üzgüçülük hovuzu, idman zalı, saunalar, cakuzi, gözəllik salonları, spa-mərkəzi və s.

İşgüzar görüşlər və təşkilati tədbirlər üçün hər şey: konfrans zalı və video-təqdimat xidməti, xarici nümayəndə heyətlərinin qəbulu üçün şərait, yüksək sürətli İnternet, peyk və kabel televiziyası, yeraltı qaraj, avtomobil yuyucusu, avtomobilinizə qulluq, hətta qonaqlar üçün avtomobil dayanacaqları da nəzərdə tutulmuşdur.

Bundan əlavə, kompleksdə mənzil istismar xidmətinin texniki mütəxəssisləri və qapıçı 24 saat ərzində fəaliyyət göstərəcəkdir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu