08 may 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"Messenat Holding"
 


Tariximiz

«Messenat Holdinq-Şirkətlər Qrupu» Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçərək 0106-P232-46172 saylı 28.06.2006-cı ildə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə alınmışdır.

«Messenat Holdinq-Şirkətlər Qrupu» MMC-nin tərkibinə:

  • «Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr» ASC
  • «Bəhrəmtəpə-Çınqıl» ASC
  • «İmişli Dəmir Beton» ASC
  • « Muğan Su Elektrik Stansiyası» ASC
  • «Qaradağ» ASC
  • «Arbitr-H.T.İ Konsaltinq» MMC
  • «Titanik» MMC
  • «Mühafizəçi» MMC
  • «Marka LTD» MMC
  • «Viləş-A.A» MMC
  • «Viləş-M.A» MMC
  • «Kommunal» MMC
  • «Aristokrat-İnşaat» MMC
  • «Həbibli-LTD» MMC
  • «GART» MMC
  • «RNT» MMC
  • «STR» MMC
  • «Hüquq» MTK
  • «Konserv Məhsulları İstehsalı»

firmalar daxildir.
 


Fəlsəfəmiz

Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun- Milli Qurtuluş günü xalqımızın fəlakətlərdən qurtulub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür. Bu müqəddəs günü tarixə yazan isə Ümummilli liderimiz Heydər Əliyevdir. İttifaq dağılandan sonra müstəqillik uğrunda alışıb yanan müttəfiq respublikalar kimi Azərbaycanda da xalq hərəkatı vüsət almışdı. Ölkəmizdə baş verən siyasi proseslər digər respublikalardan fərqli idi. Bir yandan hiyləgər qonşularımızın ərazi iddiası ilə apardığı müharibə, digər tərəfdən naşı, səriştəsiz ölkə rəhbərliyinin hakimiyyət hərisliyi xalqı uçurum qarşısına gətirib çıxarmışdı. Belə ağır bir məqamda ölkə xaricində olan qeyri-dostlarımız ölkəmizin yeraltı, yerüstü sərvətlərinə göz dikməsi respublikanı çıxılmaz vəziyyətə salmışdı.

Belə məqamda xalq Heydər Əliyevə pənah aparıb, onu ikinci dəfə hakimiyyətə gətirdi. Taleyini bu dahi şəxsiyyətə etibar edən xalq nəhayət azad nəfəs aldı. Xalqın taleyinə heç zaman laqeyid qalmayan Heydər Əliyev yenə öz həyatını təhlükələrə atıb, siyasi bacarığını işə saldı. Tez bir zamanda ona etibar olunan ölkəni təhlükədən qorudu. Ölkədə yaranan sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etdi. Yaradılan sabitlikdən istifadə edən xarici sərmayədarlar ölkəyə gəlib müxtəlif sahələrə sərmayə qoymağa başladılar. Elə bu andan başlanan inkişaf "Əsrin müqaviləsini", "İpək yolu"nu imzalamağa gətirib çıxardı. Böyük inkişafa qədəm qoyan ölkəmiz dünya dövlətləri ilə bir sırada beynəlxalq təşkilatlara üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatların üzərində dalğalandı. Bu bir xalqın, bir dövlətin məhz Heydər Əliyev zəhməti ilə başa gələn qələbəsi idi. Bu qələbənin əsası məhz 15 iyunda qoyulmuşdu.

Artıq respublikamız müstəqillik yolunda mətinlə irəliləyir, qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilir. Heydər Əliyev dünyaya sübut etdi ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün layaqətlə davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ilk addımında ölkənin inkişafı üçün mühüm sərəncamlar verib, regionlara səfərə çıxdı. Aparılan siyasi kursun doğruluğunu sübut etmək üçün son vaxtlar görülən quruculuq işlərinə, qazanılan uğurlara, əldə olunan nailiyyətlərə diqqət yetirsək bəs etmiş olar.

Həqiqətən də Azərbaycan Ruspublikası bu gün böyük dövlətlər üçün önəmli bir ölkəyə çevrilib. İqtisadi, siyasi sahədə aparıcı bir dövlətə çevrilən Azərbaycan öz müstəqilliyi yolunda mətin addımlarla addımlayır. 15 iyun 1993-cü il tarixi an məhz Heydər Əliyev tərəfindən Azərbaycan təqviminə qızıl hərflərlə yazıldı. Xalq bu günü böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu bayram münasibəti ilə hörmətli prezidentimiz İlham Əliyev başda olmaqla xalqımızı təbrik edir və ən xoş arzularımı bildirirəm.

Hacı Tofik İsayev
Hüquqşunas, iqtisadçı
  

Dəyərlərimiz

  • "İnsan" faktorunu nəzərə almaqla fəaliyyət göstərmək;
    • Qarşılıqlı hörmət, inam, komanda ruhunda çalışmaq;
    • Davamlı inkişaf üçün yeni mənbələr yaratmaq və tapmaq;
    • Daxili və xarici müştərilərimizi məmnun etməyi əsas vəzifə kimi qəbul etmək;
    • Kəmiyyət yox, keyfiyyəti əsas tutaraq hər zaman irəlidə olmaq və bunu qarşımıza məqsəd qoymaq;
    • Görülən bütün işlərdə və şəxsi həyatımızda qrup imicinə uyğun davranmaq;
    • Fəaliyyətimizdə iqtisadi maraqdan əlavə sosial və ictimai maraqları qorumaq.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu