25 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"ALFA Sıgorta" ASC
 
  • AZ 1007, Azadliq küç., 87
    Tel.:  (99412) 440 07 97,440 07 98
    Fax:  (99412) 440 07 30
    E-mail: office@alfa.az
    Web: www.alfa.az

Şirkətimizlə ünsiyyət qurduğunuz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Gündəlik həyatda onlarla müxtəlif risklərlə qarşılaşan insan bəzən heç gözləmədiyi hadisələr nəticəsində maddi ziyana uğrayır, bədən xəsarəti alır, həyat və sağlamlığını itirir. Sükan arxasında olan sürücü, istehsalatın müxtəlif sahələrində çalışan işçi, sahibkarlığın müxtəlif formaları ilə məşğul olan şəxslər gün ərzində hansı acı sürprizlərlə qarşılaşacaqlarını bilmirlər. Hər gün üzləşdiyimiz yanğınlar, yol-nəqliyyat hadisələri, zəlzələ, təbii fəlakətlər, oğurluq, bədbəxt hadisə və bu kimi onlarla xoşagəlməz hadisələr insanları daim narahatçılıqda, intizarda saxlayır.

Doğrudur, sığorta belə hadisələrin qarşısını almağa qadir deyil. Lakin, əgər sığortaçı seçimində yanılmamısınızsa, sığorta şirkətiniz belə anlarda uğradığınız zərərlərin əvəzini ödəyərək, sizin ən yaxın dostunuza və maliyyə dəstəyi verən tərəfdaşınıza çevrilir.

1997-ci ildən Azərbaycan sığorta bazarında fəaliyyət göstərən «ALFA SIĞORTA» şirkəti yarandığı ilk gündən bu amalla işə başlamış, daim müştərilərinə gözəl xidmət göstərməyi, çətin anlarda onların yanında olaraq dəstək verməyi, öz peşəkar komandası və işinə qarşı yüksək məsuliyyət hissi ilə Sizin ən yaxın dostunuza çevrilməyi qarşısına məqsəd qoymuşdur.

Ölkə qanunvericiliyinin sığorta şirkətlərinin nizamnamə kapitalına dair müəyyən etmiş olduğu tələblərdən artıq miqdarda ödənilmiş nizamnamə kapitalına malik olan şirkətimiz hal-hazırda Azərbaycanın dinamik inkişafda olan, stabil və etibarlı sığorta şirkətinə çevrilmişdir. Respublikamızın əksər böyük şəhər və rayonlarında fəaliyyət göstərən xidmət bölmələrimiz və nümayəndələrimizlə Sizlərə yüksək peşəkarlıqla qulluq etməyə hazırıq.

Əminik ki, bizimlə quracağınız əməkdaşlıq bu gün aldığınız təəssüratları daha da gücləndirəcəkdir.

Sadəcə bizə inanın və bu “əminliyinizin sadə həlli” nin ALFA SIĞORTA olacağının şahidi olun.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu