12 noyabr 2019


İstehsalat > Kağız > İsitmə və soyutma avadanlıqları və istehsalı > Maşın və avadanliq > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Asfalt, beton, sement firmaları və layihələr > Kondisioner və soyuducular > Zavodlar > Tikinti materialları > Tikinti şirkətləri > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > Kimya sənayesi > Elektrik və elektron avadanlıgı > Energetika > Tütün və alkoqol > Ətraf mühiti qoruma vasitələri > Sənaye avadanlıqları > Yeyinti sənayesi və süd məhsulları > Neft sənayesi > İçkilər > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"ALTEN GROUP"
 
 

2009-cu ildə təsis edilmiş ALTEN QRUP (Alternativ Enerji Qrupu) “United Enterprises İnternational” (UEİ) qrupunun www.ueiholding.com törəmə şirkətidir.

ALTEN QRUP elmi-tədqiqat və təcrübə-konstruktor işləri (ETTKİ), bərpa edilə bilən enerji məhsulları və mənbələrinin təkmilləşdirilməsi və onlardan istifadənin genişləndirilməsi üzrə ixtisaslaşıb. Şirkət Azərbaycanda fəaliyyət göstərir və hal-hazırda beynəlxalq inkişaf üzrə öz proqramını tərtib edir. ALTEN QRUP Azərbaycanın bərpa edilə bilən enerji potensialını reallaşdırmaq üçün Azərbaycan dövləti ilə sıx əməkdaşlıq edir.

ALTEN QRUP rayon rəhbərləri, fermerlər, şəxsi mülkiyyət sahibləri və dövlət sektoru ilə birgə əməkdaşlıq nəticəsində yaradılmış yerli əməkdaşlıq şəbəkəsi vasitəsilə bərpa edilə bilən enerji layihələrinin tərtibini həyata keçirir. O həmçinin xarici resursların cəlb edilməsi və istehsalın təkmilləşdirilməsi üzrə proqramın bir hissəsi olaraq beynəlxalq orqanlarla əməkdaşlıq edir. Şirkət Azərbaycanda çox sayda günəş enerjisi ilə işləyən küçə lampalarını, bioqaz reaktor qurğularını təsis və idarə etməklə bərabər bioqaz, külək, su və günəş texnologiyalarını təmin etmək üçün ixtisaslaşmışdır. ALTEN QRUP hal-hazırda bioqaz istehsal edən qurğuları, külək turbinlərini və günəş fotoqalvanik qurğuları (PV) əlaqələndirən, Orta Asiya, Qafqaz və Avropada unikal olan hibrid elektrik stansiyasının layihələndirilməsi ilə məşğuldur. Şirkət istehsalatda geniş şəkildə enerji sərfini və ənənəvi istehsalat texnikaları ilə əlaqədar çirklənmənin səviyyəsini azaldan ən müasir texnologiyalardan istifadə edir.

ALTEN QRUP, şirkətin məhsullarının nomenklaturasını yüksək şəkildə layihələşdirməsi və tərtib etməsinə imkan yaratmaq üçün perspektivli olan materiallara investisiya yatırır. Şirkətin alternativ enerji məhsulları üzrə istifadə edilən paylarının əksəriyyəti rəqabət baxımından qiymətləndirilmişdir və məhsulların müvafiq qaydada qablaşdırılmasını təqdim etməyə icazə verən yerli istehsalçılar tərəfindən əldə edilir.

Neft ehtiyatları azaldıqca, enerjinin alternativ formaları bərk xassələrinə görə üstünlük qazanır. Üzvi yanacaqlar artan qiymətlərə və ekoloji təsirə görə tədricən daha az əhəmiyyət kəsb edir. ALTEN QRUP sözün əsl mənasında dünyanı daha da işıqlı və aydın etməklə gələcəyin fərqli olmasına inanır.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu