12 avqust 2020


Mağazalar > Hədiyyələr, Suvenirlər, Çiçəklər > Supermarketlər > Uniformalar > Saatlar > Elektronika və texnika > Elektrik > Şirniyyat mağazaları > Ticarət mərkəzləri > Optika > Hamilə qadınlar üçün geyim > Mobil telefonlar > Mebel > Əntiq mallar > Dəftərxana malları və seyflər > Kitablar > Xalçalar > Kontakt linzalar > Məişət avadanlığı > Laboratoriya avadanlıqları > İçkilər > Sənaye avadanlıqları > Kabellər, sistem və avadanlıq, fibro-optik > Spirtli içkilər > Santexnika > İnteryer və tekstil > Kassa aparatları > Qapılar

"Yağmur-2"
 

“Yağmur-2” şirkətinin fərqləndirici xüsusiyyəti odur ki, biz öz sifarişçilərimizə

suvarma məsələsinin tam həllini təklif edə bilirik: müasir texnologiyalar və xüsusiləşdirilmiş

kompüter proqramlarından istifadə etməklə suvarma sistemlərinin layihələndirilməsi;

bilavasitə suvarma avadanlıqlarını əhatə edən tam komplektləşdirmə, komplektləşdiricilər,

Amerika, İtaliya, Almaniya və İspaniya istehsalı olan nasos stansiyaları. Eləcə də biz konkret

götürülmüş bir layihə üçün zəruri olan əlavə avadanlıq da təqdim edib, sistemin “açar təhvilini”

həyata keçirə bilərik. Bizim bütün məhsullarımız sizin ümidlərinizi üstələyəcək zəmanətli xidmətlə təmin olunur.

Avtomatik suvarma sistemləri insanın iştirakını minimuma endirməyə, axıdılan suyun miqdarını

dəqiq dozalaşdırmağa, eləcə də kompüter vasitəsilə məsafədən suvarma prosesinə nəzarət

etməyə imkan verir. Bizim avtosuvarma sistemlərimiz mürəkkəb landşaftlı fərdi sahələrdə,

idman qurğularında (futbol meydançalarında), şəhər qazon və bağlarında, istilikxanalarda və

digər sahələrdə uğurla tətbiq edilə bilər. Müxtəlif təyinatlı suvarma sistemlərinin layihələndirilməsi

və inşası zamanı əldə etdiyimiz təcrübə və biliklər, bizə sifarişçiyə onun istək və tələblərindən çıxış

edərək daha optimal təklif etməyə imkan verir.

Onu da xüsusi qeyd etmək lazımdır ki, “Yağmur-2” şirkəti Amerikanın aparıcı şirkətlərinin rəsmi distribütorudur.

Firmamız, öz növbəsində Azərbaycana praktiki olaraq suvarma avadanlığının bütün çeşidini və

sistemlər üçün komplektləşdiriciləri idxal edir.

Avtomatik suvarma sistemi – bu, texnoloji baxımdan mürəkkəb və təkmil qurğuların bütöv bir kompleksidir.

Bizimlə işləyərkən siz bu sahədəki peşəkarlara etibar etmiş olursunuz.

Ayrı-ayrı şəxslər və təşkilatlar üçün aşağıdakı xidmətlər kompleksini təklif edirik:

  • suvarma məsələləri üzrə məsləhətlər;
  • pulsuz ilkin təklif (yağışyağdırıcıların ərazidə yerləşdirilməsi layihəsi, boru kəmərlərinin hesablanması,
  • avadanlıq və materiallar üçün spesifikasiya-təsnifatın tərtibi);
  • suvarma sahəsi üzrə mütəxəssislərin pulsuz öyrədilməsi;
  • avtomatlaşdırılmış suvarma sistemlərinin layihələndirilməsi, işçi sənədlərin işlənib hazırlanması;
  • avadanlığın seçimi, komplektləşdirilməsi və satışı;
  • montaj və buraxılış-sazlama işləri;
  • zəmanətli və zəmanətsonrası xidmət;
  • istənilən, o cümlədən başqa firmalar tərəfindən quraşdırılmış
  • avtomatik suvarma sistemlərinin təmiri və servis-xidməti.

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu