25 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"ATA HOLDING”
 

2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHoldinq"

ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu,

maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə

olunmasını və korporativ idarəetməni

həyata keçirir.Qeyri-rezidentlərin investisiyaları hesabına

formalaşan nizamnamə kapitalı, əsasən maliyyə,

sənaye, telekommunikasiya və İT, xidmət, inşaat və turizm

sahələrinə yönəldilmişdir. "AtaHoldinq" ASC şirkətlər

qrupuna daxil olan bütün təsərrüfat subyektlərində fəaliyyət yüksək

professionallıq, yeni texnologiyaların tətbiqi və

korporativ idarəetmə prinsipləri üzərində qurulmuşdur.2006-cı ildə

"AtaHoldinq" ASC-nin menecment sistemi beynəlxalq

"Bureau Veritas" şirkəti  tərəfindən İSO 9001 standartlarına uyğun sertifikatlaşdırılmışdır.

Holdinq Azərbaycanın həm fiziki, həm də intellektual resurslarından səmərəli istifadə etmək,

yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərinin məmnunluğunu

ən üst səviyyədə təmin etmək və nəticədə Azərbaycanın rifahı və iqtisadi inkişafına

dəstək olmağı qarşısına məqsəd qoymuşdur.

"AtaHoldinq" ASC sosial yönümlü proqramlarda, xeyriyyə tədbirlərində yaxından iştirak edir,

ölkə mədəniyyəti və incəsənətinin inkişafı, təhsilin səviyyəsinin daha da artması məqsədilə

həyata keçirilən layihələri dəstəkləyir. Holdinqin şirkətləri öz fəaliyyətləri

ilə ölkə iqtisadiyyatının inkişafına, xalqın sosial rifahının yüksəlməsinə xidmət edir. Beynəlxalq

şirkətlər ilə ortaqlıqlar və birgə müəssisələr yaradaraq özünü bütün dünyaya tanıtmaq niyyətində

olan "AtaHoldinq" artıq Gürcüstan da öz nümayəndəliyini açmışdır.  İngiltərə, Rusiya, Türkiyə və

Şimali Kipr Türk Respublikasında nümayəndəliklərin açılması planlaşdırılır. 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu