20 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"AZİNTELLEKTSERVİCE"
 
  • AZ 1000, Ə. Quliyev küç., ev 140
    Tel.:  (99412) 493 78 57
    Fax:  (99412) 493 36 41
    E-mail: office@azis.az
    Web: www.azis.az

2002-ci ildə təsis edilmiş «Azintellektservis» şirkəti - əmlakın qiymətləndirilməsi,

layihələrin, biznes planların işlənib-hazırlanması, biznes məsələləri və təşkili

sahəsi üzrə marketinq tədqiqatlarının aparılması ilə bağlı öz müştərilərinə geniş

surətdə konsultativ xidmət göstərən, daim inkişafda olan təcrübəli bir təşkilatdır.

Yaradıldığı gündən başlayaraq şirkətin mütəxəssisləri tərəfindən Bakıda və

Azərbaycanın digər regionlarında mindən artıq layihə işləri müvəffəqiyyiətlə

həyata keçirilmişdir. Bizim tərəfmizdən yerinə yetirilən bu işlər, eyni zamanda da

muştərilərimiz geniş və müxtəlif spektrlidir, belə ki, onlar arasında həm dövlət,

bələdiyyə müəssisələri, investisiya şirkətləri, banklar, emal və maşınqıyırma müəssisələri,

telekommunikasiya və ticarət şirkətləri, həm də qeyri kommersiya təşkilatları,

fondlar və fiziki şəxslər vardır.

«Azintellektservis» şirkətinin yerinə yetirdiyi layihələrin, bütün müştərilərin

tam siyahısını vermək bu sənəd çərçivəsində qeyri-mumkün olduğundan biz onları

iqtisadiyyatın sektorları üzrə sistemləşdirərək və aşağıdakı kimi göstərmişik:

 

  • Dövlət, regional, bələdiyyə müəssisələri və təşkilatları;
  • Banklar, investisiya şirkətləri, fondlar, digər maliyyə idarə və təşkilatları;
  • Əlvan, qara metallurgiya, maşınqayırma və metalemalı müəssisələri;
  • Avtomobil sənayesi, nəqliyyat müəssisələri. Avtosalon və avtoservis;
  • Daşınmaz əmlak səhəsində tikinti kompleksi və xidmət müəssisələri;
  • Tikinti materialları, şüşə, tara istehsalı üzrə müəssisələr;
  •  Kimya, meşəemalı, poliqrafiya müəssisələri. kağız və kağız məhsullarının istehsalı.
  • Toxuculuq və yüngül sənaye müəssisələri;
  • Yeyinti sənayesi, o cümlədən soyuducu istehsalı və digər növ avadanlıqlar üzrə müəssisələr;
  • Qida, tütün, ət və sud sənayesi müəssisələri (istehsalat, emal, satış);
  • Su və içkilərin doldurulması, satışı və istehsalı;
  • Ticarət müəssisələri;
  • İctimai qida və əhaliyə xidmət sahəsi üzrə müəssisələr;
  • Anbar və anbar kompleksləri, bazalar, terminallar;
  • İstirahət və əyləncə müəssisə və obyektləri;
  • İctimai təşkilatlar. Elm, təhsil, mədəniyyət ocaqları.
  • Tibb və farmokoloqiya
  • Kənd təsərrüfatı obyektləri;
  • Digər müəssisə və təşkilatlar;
  • Fiziki şəxslər

 

«Azintellektservis» şirkətinin iş prinsipi keyfiyyət təminatının səmərəlilyi sistemi,

yüksək standartlara uyğun xidmət, müştərinin tələbatına operativ olaraq munasibət

bildirmək kimi amillərə söykənir. Biz maksimum olaraq səy göstəririk ki,

müşətərilər bizi peşəkar, etabarlı biznes-partnyor hesab etsinlər.

«Azintellektservis» şirkətinin göstərdiyi xidmətin dəyəri qiymətəmələgəlmə ilə bağlı ümumqəbuledilmiş

dünya praktikasına əsaslanır, harada kı, konsaltinq xidmətlərinə qoyulmuş qiymətin 3 əsas forması qəbul

olunub: bunlar - vaxt hesabı ilə verilən ödəniş, müəyyən edilmiş, dərəcələrə ayrılmamış (fərqləndirilməmiş)

ödəniş, uyğunlaşdırılmış (kombinə edilmiş) ödəniş.

 

Qiymətəmələgəlmənin bütün bu formaları bazar meyarı ilə ölçülür, yəni, danışıqlar və rəqabətlilik

prosesi zamanı müəyyən edilir. Buna görə də öz gündəlik praktikasında bizim şirkət konkret şəraitlə bağlı

hərəkət edir, belə ki, müştərinin arzu və imkanları nəzərə alınaraq, mövcud vəziyyətə daha adekvat olan

qiymətqoyma formasından istifadə olunur.

Vaxt hesabı ilə və müəyyən edilmiş ödəniş bir-biri ilə necə deyərlər sərt bağlı deyil. Bu da ilk növbədə

firmanın bazar strategiyası ilə izah olunur, belə ki, bu amil bizim şirkətə daha çevik qiymət siyasəti

aparmağa imkan verir. Bir-biri ilə bağlılıq prinsipinə yalnız uyğunlaşdırılmış (kombinə edilmiş) ödəniş zamanı riayət olunur.

Müəyyən edilmiş kateqoriya və növlərlə bağlı göstərilən xidmətin bu və ya digər forması öz bilik

sahəsində mütəxəssis sayılan şirkət tərəfindən müstəqil surətdə həyata keçirilir.

 

 

Marketinq tədqiqatları ilə bağlı konkret layihələrin yerinə yetirilməsinin xidmət haqqı, habelə

istehsalat və kommersiya yönümlü daşınmaz əmlakların, biznesin, aksiyaların və s.

(ipoteka krediti məqsədilə yaşayış mənzillərinin qiymətləndirilməsindən başqa) qiymətləndirilməsi

barədə nəsə öyrənmək istəsəniz birbaşa bizim şirkətin

əməkdaşlarına müraciət edə bilərsiniz.

Azərbaycanda ipoteka kreditinin verilməsi məqsədilə daşınmaz yaşayış sahələrinin qiymətləndirilməsi

layihələri ilə bağlı xidmət tarifləri artıq müəyyən edilmişdir.

 

Fəaliyyətin  əsas  istiqamətləri

 

«Azintellektservis» şirkəti - əsasən üç istiqamətdə işgüzar xidmət göstərən çoxprofilli konsaltinq şirkətidir.

Bu xidmət növləri aşağıdakılardan ibarətdir:

 

  • Qiymətləndirmə
  • Marketinq
  • Konsaltinq

 

Qiymətləndirmə

Bu gün Azərbaycanda haradakı qiymətləndirmə fəaliyyəti bazar infrastrukturunun müstəqil bir qolluna

çevrilmişdir, bu cür məsuliyyətli işin, yəni əmlakın qiymətləndirilməsi işinin aparılıması üçün bu sahə üzrə

mütəxəssisin çağırılması ilə bağlı çətin ki, kimsə ciddi surətdə iddia qaldırsın.

Məhz bu cür mütəxəssislər bizim şirkətdə çalışır, belə ki, əmlakın qiymətləndirilməsi uzun illər boyu şirkətin

əsas fəaliyyət istiqamətlərdən biri olaraq qalır və bir çox mütəxəssislər də 1996-cı ildən başlayaraq bu

sahədə böyük təcrübə toplamışlar.

Ötən dövr ərzində şirkətimiz Azərbaycanın müxtəlif rayonlarında qiymətləndirmənin aparılması ilə bağlı 

unikal təcrübə toplamışlar. Buna da əsasən üç əsas faktorun ustalıqla bir birinə ahəgdar olaraq bağlılığı

sayəsində nail olunmuşdur: bunlar - müştərilər tərəfindən bizə göstərilən etimad, mütəxəssislərimizin

peşəkarlığı, şirkətin ölçülüb-biçilmiş qiymət siyasətidir.

 

«Azintellektservis» şirkətinin qiymətləndirmə üzrə kompleks xidmət fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  •  
  • Biznes və aksiyaların qiymətləndirilməsi
  • İstehsalat üzrə daşnmaz əmlakın qiymətləndirilməsi
  • Kommersiya üzrə daşınmaz əmlakın qiymətləndirilməsi
  • Yaşayış üzrə daşnmaz əmlakın qiymətləndirilməsi
  • Avadanlığın qiymətləndirilməsi
  • Torpaq sahələrinin qiymətləndirilməsi
  • Anbar və terminalların qiymətləndirilməsi
  • İdman obyektlərinin, istirahət mərkəzlərinin, evlərin, bazaların  qiymətləndirilməsi
  • Girovun dəyərinin ədalətli olaraq qiymətləndirilməsi
  • Smeta hesabatlarının həm baza və cari qiymətlərlə tərtib olunması

 

Bu günkü gün necə ki, Respublikada müasir dünya biznesinə müvəffəqiyyətlə inteqrasiya olunması faktoru kimi - mühasibat uçotu və hesabatlarının beynəlxalq prinsiplərinə keçid məsələləri kəskin surətdə qalxır, peşəkar qiymətləndiricinin rolu da kəskin surətdə genişlənir, belə ki, bununla da bazar və ya ədalətli dəyərin (Standart 16, MSFO) düzgün olaraq müəyyən edilməsi imkanı da əldə olunur. Burada da biz həmçinin xidmətlərimizi göstərməyə hazırıq.

«Azintellektservis» qiymətləndirmə şirkəti qismində Azərbaycan Respublikasının İpoteka Fondunda akkreditasiya olunmuşdur.

Marketinq

 

Marketinq bazar maraqlarına istiqamətlənərək, tələbatçıların arzu və istəkləri prioritetinə əsaslanır. Mənfəətin əldə olunmasına aparan ən kiçik yol imkan daxilində alıcının əsl istək və tələbatının nədən ibarət olduğun biləndən sonra istehsalçı üçün qazanc əldə etmək məqsədi saxlanılmaqla onların tələbatını ödəməkdir.

Bu günkü gün qazanc əldə etmək o zaman mümkündür ki, tələbatçının ehtiyacını maksimal şəkildə olaraq ödəyə biləsən. Marketinq alətindən düzgün istifadə mal və xidmət üzrə istehsalçıya bu məsələlərin həll olunmasına imkan verir: yəni, onun potensial alıcısı kim ola bilər, hansı məhsul və xidmətə hal-hazırkı dövrdə tələbat böyükdür, habelə gələcəkdə də ona olan təlabatın mümkünlüyünü qabaqcadan müəyyən etmək, məhsulların çatdırılması və tələbatçıya xidmətin göstərilməsi ilə bağlı optimal kanalların araşdırılması və s.

«Azerintellektservis» şirkətinin əsas fəaliyyət istiqaməti aşağıdakılardır:

 

  • Marketinq planlaşdırılması
  • Marketinq tədqiqatı

Konsaltinq

 

«Azerintellektservis» şirkətinin konsultasiya biznesi özündə daşınmaz əmlak iqtisadiyyatı üzrə investisiya layihələrinin işlənib-hazırlanmasını, habelə daşınmaz əmlakın idarə olunması məsələləri ilə bağlı müştərilərə ölçülüb-biçilmiş, əsaslandırılmış tövsiyyələrin verilməsini birləşdirir.

Amma biz bu konsaltinq işini aparan zaman müştərilərə biznes barədə necə deyərlər dərs keçmək firkrində deyilik. Bizim müştəri ilə münasibətlərimiz müəllim- şagird münasibətləri olmayıb, ümümi məqsədlərə çatmaq məqsədilə konstuktiv dialoq xarakteri daşıyır.

Muştərilərlə qarşılıqlı etimad üzərində qurulan bu cür dialoqlar prosesində konsultantların və müştəri şirkətlərin bilik və təcrübəsini biz bir araya gətiririk. Bunun nəticəsində ortaya çıxan səmərəlilik müəssisədə pozitiv dəyişikliklərin əldə olunmasına  imkan  yaradır və onları daha səmərəli və rəqabətqabiliyyətli edir.

Bu işlər bizim investora imkan verir ki, araşdırılan daşınmaz əmlak obyekti ilə yəni, binalarla, kompleks binalarla, torpaq sahələri ilə, başa çatmamış tikililərlə bağlı investisiya məsələlərini səmərəli və əsaslandırılmış surətdə həll etsin.

 

«Azintellektservis» şirkətinin kompleks şəklindəki konsaltinq xidmələrinin əsas fəaliyyət istiqaməti aşağıdakılardır:

  • İnvestisiya layihələrinin hazırlanması və konsultasiyalar:
  • İnvestisiya layihələrinin səmərəliliyinin təhlili;
  • Biznes-planların işlənib hazırlanması;
  • İnvestisiya layihələrinin maliyyə baxımından əsaslandırılması;
  • Əmlakdan daha səmərəli istifadə olunmasının təhlili;
  • Digər təşkilatlar tərəfindən yerinə yetirilən layihələrin ekspertiza olunması.

Qiymətləndirməni həyata keçirən haqqında məlumat:

Qiymətləndirməni həyata keçirən

«AzİntellektServis» Konsaltinq Şikəti

Fəaliyyət ünvanı

Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 140

VÖEN

1300452871

Baş direktor

Samiqulin Ənvər Nail oğlu

Əlaqə telefonları

+994 (12) 493 - 78 - 57;  +994 (50) 200 - 97 - 47;

Lisenziya

Seriya AB № 029046, Qeydiyyat nömrəsi SFL 3/1068,  20.08.2002-ci il

Mülki məsüliyyət sıqortası,  № TRL FGM 0022/09

Beynəlxalq Sırorta Şirkəti, sırorta məbləği 100 000 dollar US

İcraçılar:

«AzİntellektServis» Konsaltinq Şirkətinin Əmlakın qiymətləndirilməsi və uçotu departamenti

SAMİQULİN  Ənvər  Nail  oğlu

-

Baş ekspert-qiymətləndiricisi

BAĞIYEV Aslan Elxan oğlu

-

Ekspert-qiymətləndiricisi

RƏŞİDOV Rasim Qüdrət oğlu

-

Ekspert-qiymətləndiricisi

Xidmət göstərildiyi zamanı istifadə olunan proqramm resursları

Şirkətimiz tərəfindən sifarişçilərə xidmət göstərildiyi zamanı peşakar və düzgün

səviyyədə hesabat tərtib olunması üçün aşağıdakı proqram resurslarından istifadə olunmuşdur:

  • ApPro-1.0 - «Raboçee mesto oüenhika»
  • «Qamma-qarantiə» proqram modulu
  • WinaverSmeta, Smeta 2004
  • PriceMash
  • Gkspress oüenka
  • Project Expert
  • Forecast Expert
  • Small Buiseness Management Pro
  • AVK - proqram modulu

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu