03 avqust 2020


BİZNES VƏ MALİYYƏ > Biznes mərkəzləri > Holdinqlər > Sığorta > Lizinq > Kreditlər və investisiyalar > Bazar araşdırmaları > Birja və Fond > Broker və diler şirkətləri > Biznesə köməkçi (yardımçı) xidmətlər > Bank avadanlıqları > Banklar

“ATALEASING ”
 


AtaHoldinq” şirkətlər qrupuna aid olan “AtaLizinq” ASC 2004-cü ilin iyul ayında “AtaHoldinq”

(64 %) və “AtaBank” ASC (36 %) tərəfindən təsis edilmişdir.

Şirkətin quruluş anındakı nizamnamə fondu 500.000 manat təşkil edir.
“AtaLizinq” ASC-nin yaradılmasında əsas məqsəd respublikamızın sürətlə inkişaf

edən iqtisadiyyatında sahibkarlara münasib şərtlərlə avadanlıq və əsas

vəsaitlərin təmin edilməsinə köməklik göstərməkdən ibarətdir.
Lizinqin bütün növlərini həyata keçirməyi qarşısına məqsəd qoymuş “AtaLizinq” ASC hələlik

qanunvericiliyin əl verdiyi ölçüdə əsasən maliyyə lizinqi sahəsində fəaliyyətə başlamışdır.

Şirkətimiz inşaat, sənaye və istehsal, nəqliyyat və rabitə, səhiyyə, kənd təsərrüfatı və emal

sektorları başda olmaqla bütün sahələrdə fəaliyyət göstərən yerli və xarici

müəssisələrə keyfiyyətli lizinq xidmətləri göstərir.
“AtaLizinq” ASC A. R. Prezidentinin 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası

regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq və regionlarımızın

inkişafını nəzərə alaraq regionlarda fəaliyyət göstərən müəssisə və təşkilatlarla

da sıx əlaqələr yaratmaq niyyətindədir.
“AtaLizinq” ASC A. R. Milli Bankının 2004-cü ilin dekabr ayında kompyuter avadanlıqlarının

lizinq yolu ilə alınması üçün keçirdiyi tenderdə lizinq şirkətləri arasında ən aşağı təklifi

verərək respublikada ilk dəfə olaraq lizinq şirkətləri arasında keçirilən tenderin qalibi olmuşdur.
“AtaLizinq” ASC Azərbaycan Lizinq Şirkətləri Assosiasiasının fəal iştirakçılarından və üzvlərindən biridir. 
Qısa bir müddət ərzində adından sıxca söz etdirən “AtaLizinq” ASC hazırladığı 2005-2008-ci illəri

əhatə edən strateji planla bu dövrdə respublikada davam edəcək investisiya layihələrinin

maliyyələşdirilməsində mühüm rol oynayaraq lizinq şirkətləri arasında hər zaman ilkləri

gerçəkləşdirəcəkdir.

Bu məqsədlə, artıq şirkətdə tam hazırlıq işləri gedir. Belə ki, şirkətimizin əməkdaşları respublikamızda

yeni bir sahə olan lizinqin daha dərindən öyrənilməsi məqsədilə Rusiya, Türkiyə və ABŞ kimi inkişaf

etmiş ölkələrə işgüzar səfərlər etməyə başlamışdır.
Professional kadrları və “AtaHoldinq”in mövcud şəbəkəsi vasitəsilə “AtaLizinq” ASC respublikamızın ən

qabaqcıl lizinq şirkəti olmağı qarşısına məqsəd qoymuş və bu sahədə durmadan fəaliyyət göstərir.

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu